Prezident İlham Əliyevin Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanından sonra vətəndaşlarda güzəştlərin tətbiqi, kompensasiya mexanizmi və digər məsələlərlə bağlı suallar yaranıb.
Qadin.Net trend-ə istinadən bildirir ki, iqtisadçı Vüqar Bayramov bir sıra suallara aydınlıq gətirib:
1. Devalvasiyadan əvvəl kredit götürüb və hər hansı yubanma olmadan krediti ödəmiş vətəndaşlara kompensasiya veriləcəkmi? Nümunəvi kreditorlara kompensasiyanın verilməsi nəzərdə tutulur. Məsələn, vətəndaş 2015-ci il fevralın 21-dən əvvəl 10 min dollar kredit götürüb və hər iki devalvasiyaya baxmayaraq kreditini geri qaytarıb. Fərmana əsasən, devalvasiya nəticəsində yaranan fərq təsdiq olunan mexanizmə uyğun olaraq hesablanacaq və həmin məbləğ artıq kreditini bağlamış şəxsə ödəniləcək.
2. Hazırda kreditlər üzrə aylıq ödənişləri olanlar ödənişi davam etdirsinlərmi? Fərman qəbul olunandan sonra edilən ödənişlər də hesablanacaq və kompensasiya hissəsi geri qaytarılacaq. Bu baxımdan ödənişə davam etmək heç bir problem yaratmır, vətəndaş həmin vəsait üzrə də kompensasiya alacaq.
3. Güzəştlər yalnız dollarla götürülən kreditlərə aiddirmi? Güzəştlər həm dollar, həm də manatla götürülən kreditlərə aiddir. 17 min manatadək kredit götürmüş vətəndaşlarımız da güzəştlərdən yararlana biləcəklər.
4. Kreditə görə ödənilən kompensasiya devalvasiya məbləğindən daha çoxdursa, vətəndaş kompensasiyanı necə alacaq? Bu zaman bankda vətəndaşın adına bank hesabı açılacaq və vəsait həmin hesaba köçürüləcək. Vətəndaşımız həmin hesabdan pulunu nağdlaşdıra biləcək.
5. Hansı halda vəsait banka və hansı halda vətəndaşa ödəniləcək? Kompensasiya məbləği hesablanacaq və əgər qalıq borc bağlandıqdan sonra əlavə məbləğ qalarsa, vətəndaşa ödəniləcək. Məsələn, borc qiymətləndirildikdən sonra vətəndaşa ödəniləcək kompensasiya 4 min dollardır və onun min dollar borcu qalır və bu zaman 3 min dollar vətəndaşın bank hesabına ödənilir, qalan min dollarla kredit bağlanır.
6. Avro və ya rubl ilə götürülən kreditlərə güzəşt şamil olunacaqmı? Məbləği 10 min dollardan çox olmayan bütün xarici valyutada olan kreditlərə güzəşt şamil olunacaq. Bu baxımdan rublla kredit götürənlər də bu imkandan yararlana biləcəklər.
7. Bank olmayan kredit təşkilatlarından kredit götürən vətəndaşlarımıza kompensasiya veriləcəkmi? Bütün növ kredit qurumlarından kredit alan vətəndaşlarımız bu güzəştlərdən faydalana biləcəklər.
8. Kompensasiyadan sonra kredit borcu qalanlar borclarını necə qaytaracaqlar? Məsələn, qiymətləndirmədən sonra vətəndaşın kredit qalığı 6 min dollardır və onun kompensasiya məbləği 4 min dollardır. Bu zaman həmin kredit üzrə 2 min dollar borc qalır. Həmin borc manata çevrilir. Bu zaman qalıq borc 3.4 min manat olur. Bu borcu ödəmək üçün vətəndaşa 1 ili faizsiz və qalan illəri 1 faiz olmaqla 5 illik kredit verilir və yeni ödəniş cədvəli tutulur və ona aylıq ödənişlər kəskin azaldılır. Yəni faktiki olaraq qalıq borca faiz hesablanmır, müddətsə uzadılır ki, vətəndaş ödəniş edə bilsin.
9. Ödəniş ediləcək vətəndaşlarımızın siyahısı və kompensasiya məbləği nə zamanadək bəlli olacaq? Fərmana əsasən, fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği 45 gün müddətində müəyyən ediləcək. Bu isə o deməkdir ki, ən geci aprelin ortasınadək hər bir vətəndaş alacağı kompensasiya məbləği barədə məlumatlandırılacaq.
10. Vətəndaşlar kompensasiyanı nə zaman ala biləcəklər? Fərmana əsasən, ən geci mayın 28-dək bütün kompensasiyalar ödəniləcək.
XƏBƏR LENTİ
Mariya Şarapova ərə gedir
Bakıda 8 zolaqlı yolun tikintisi başa çatır
Buğa bürcü qadını
Hava haqqında - 14.02.2014
"Bu layihələr başa çatandan sonra ölkəmizə böyük həcmdə vəsait gətirəcək"
Millimiz FİFA reytinqində irəlilədi
Avronun məzənnəsindən xəbəriniz var?
Elmi işçilərə fərdi təqaüdlər verildi
Somon balığı kotleti (foto resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Sentyabradək 6 yaşı tamam olmayan uşaqlar I sinfə götürüləcəklərmi?
Qafqaz Müsəlmanları İdarəsindən dünya ictimaiyyətinə MÜRACİƏT
Acundan "O səs Türkiyə" ilə bağlı açıqlama
Hava haqqında - 20.11.2013
Sabah Bakıda atəşfəşanlıq olacaq
Yağıntılı havalar meyvə ağaclarına hansı təsiri göstərib?
"Ermənilər sülh danışıqlarına gəlmək istəmirlər"
Ermənistan ordusu təşvişdə: Yoxlamalar başladı
Kemal Doğulu onu təhqir edənləri HƏDƏLƏDİ
Feysbuk-dakı şəxsi mesajlarımızı oxuya bilirlər
Keyt Middlton kraliçanı əvəz edəcək
Televiziyalara bu reklamlarla bağlı xəbərdarlıq edildi
75 ildir böyüməyən ağac-FOTO
İlham Əliyev Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşüb
ABŞ rəsmi olaraq ÜST-dən çıxdı
Mudafiə naziri cəbhə xəttində
Paşinyan: “Çox böyük itkilərimiz var, son günlər geri çəkilmişik”
Böyük səhraya düşən meteoritdə Marsa məxsus su tapılıb - FOTO
19 yaşlı rəssam qəribə portretləri
"Məzarıma bir cüt ayaqqabı qoyun"
Heç bir xəstəliyi olmayan 13 yaşlı uşaq koronavirusdan öldü-FOTO
Hamiləlikdə ayaqqabı secimi necə olmalıdır?
Yoqurtlu maffini (foto resept)
Azərbaycanda uşaqların Novruz şənliyi ləğv olundu
“Onlara bunu söyləyin ki, qapılar üzünüzə açılsın” - Dahilər qadınlar haqqında
Bülent Ersoy Ramazan ayından danışdı-FOTO
Doğulduğumuz fəslin xasiyyətimizə təsiri
Azərbaycanda benzin ucuzlaşacaqmı?
Dərini nəmləndirən banan maskası
“Diqqət!Ebola qızdırması”
Mobil telefon bir neçə saniyəyə enerji yığacaq…
Hava haqqında - 06.04.2014
Yunuslara qarşı ittiham irəli sürüldü
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
Araxisli peçenye (foto resept)
Trampın 6 müsəlman ölkəsinə qoyduğu QADAДћA TƏSDİQLƏNDİ: bundan sonra...
Sinan Akçıl AÇIQLAMA verdi-FOTO
"Mehriban" tortu (foto-resept)
Prezident İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi
“Disney”dən ailə ənənələrinin əks olunduğu maraqlı animasiya -VİDEO















- ŞƏRHLƏR