"İqlim dəyişmələri tək birbaşa deyil, dolayısı təsirlərlə də özünü biruzə verir".
Qadin.Net trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, dünyada son illərin meteoroloji tədqiqatları göstərir ki, minimal temperaturların maksimal temperaturlarla müqayisədə yüksəlmə tempi daha çoxdur. Soyuq günlərin sayı azalır, isti günlərin sayı artmaqdadır: "Azərbaycanda çox illik məlumatların təhlili göstərir ki, havanın minimal temparaturu dekabr ayında son onilliklərdə 1961-1990-cı illərlə müqayisədə 0,4 dərəcə azalıb, yanvar ayında 0,2 dərəcə artıb, fevral ayında isə 0,1 dərəcə azalıb. Dekabr ayında müşahidə olunan bu azalma yalnız bir ili 2002-ci ilin hesabına olub, 2002-ci ildə orta aylıq temperatur normadan 5,6 dərəcə aşağı olaraq bütün müşahidə sırasına görə ən soyuq dekabr ayı kimi tarixə düşüb. Və həmin ilin nəticəsini nəzərə almasaq, dekabr ayında umumi tendensiya müşahidə edilir. Soyuq hava dalğalarının sayında da azalma qeydə alınır".
U.Tağıyeva bildirib ki, qış fəsli üçün Bakı və Abşeron yarımadasında havanın orta temperaturu müsbət 3,2 dərəcədir: "Ölkənin relyefi və Xəzər dənizinin təsiri nəticəsində qış yumşaq keçir. Abşeron yarımadası üçün kəskin şaxtalar səciyyəvi deyil.
Dekabr ayının birinci yarısında havanın temperaturu norma göstəriciləri ilə müqayisədə 2-3,3 dərəcə yüksək olub. Yağıntının miqdarı isə iqlim normanın cəmi 33-48 faizini təşkil edib.
İlkin proqnozlara görə ayın ikinci yarısında artıq hava şəraiti əlverişsiz olacaq. Ayın birinci yarısı ilə müqayisədə havanın temperaturu aşağı enəcək, yağıntılı və küləkli günlər daha tez-tez müşahidə olunacaq.
Belə ki, ayın 16-da göndüz şimal küləyinin güclənməsi nəticəsində temperatur kəskin aşağı enərək dekabrın 17-də 4-6 dərəcə təşkil edəcək. Uçüncü ongünlükdə bəzi günlərdə yağıntıların intensiv olacağı ehtimal olunur.
Bizim regionda bu ilin qış fəslində havanın temperaturu iqlim norma göstəricilərdən 0,5-1,0 dərəcə yuxarı olacaq. Bu, o deməkdir ki, qışın şaxtalı keçməsi ehtimalı azdır. Əlbəttə ki, qış fəsli ərzində ayrı-ayrı dövrlərdə arktik hava kütlələri də daxil olacaq, temperatur aşağı nəcək. Amma bu dövrlərin çox davamlı olması pronozlaşdırılmır.
Mülayim günlər soyuq və şaxtalı günlərlə müqayisədə üstünlük təşkil edəcək".
XƏBƏR LENTİ
Ancelina Coli qala gecəsində geyimi ilə göz qamaşdırdı - FOTO
Hamilə xanımların diqqətinə...
Məşhur aparıcı meşə aldı-FOTO
Hava haqqında
Suxarı salatı (foto resept)
Müdafiə Nazirliyində yeni təyinat
Görmənin gigiyenası
Macar pizzası
Neft qiymətlərindən son məlumat
Dollardan üz çevirdi
İdmançımız erməni rəqibini əzdi
Pendirli toyuq qızartması (foto resept)
Pomidor, xiyar, kartof, soğan ucuzlaşıb
Kraliça şahzadənin qərarından narazıdır
Məşhur model həbs olundu-12 il-SƏBƏB-FOTO
"Ufak tefek cinayetler"dən getmə xəbərindən danışdı
QASIRДћA ABŞ-a yaxınlaşdı
Badımcan salatı (foto resept)
Hava haqqında - 04.02.2014
Hadisenin görənlər TƏƏCCÜBLƏNDİ-FOTO
"Cücələrin bayramı'' salatı (foto resept)
Çin rəssamının nağıl portretləri
Ağciyərlər koronavirusdan necə sağalır?
Siqaret
"Ən yaxşı sosial çarx" müsabiqəsinin qalibləri açıqlanacaq
Səhiyyə Nazirliyindən əhaliyə xəbərdarlıq
Koronavirusun vətəni Hindistan imiş?
Bakıda külək enerjisindən istifadə edən bina inşa ediləcək
Günün ulduz falı - 12.10.2013
Könüllü işləmək istəyənlərin nəzərinə
Cəbhədə son vəziyyət
Qafqaz Müsəlmanları İdarəsi fətva verdi
ABŞ İraqa ordu yeridir
Uşaqlarda qida və yuxu pozğunluğu
Ərzaq alarkən diqqətli olun!
Kıvanç Tatlıtuğ nişan üzüyünə görə 6 MİLYONDAN İMTİNA ETDİ
Futbol qaydaları dəyişdi - SİYAHI
4-cü dəfə xərçəng olan gənc bloger öldü-FOTO
Şvartsenegger uzunqulağı ilə məşq etdi - VİDEO
İtaliyada yayılan quş qripi Azərbaycan üçün təhlükədir?
Yarım tonluq adam öldü
Hər kəs "Atiye" serialının bu səhnəsindən danışır
Azərbaycan 177 ölkənin sırasına qoşuldu...
Bikinilərin dünəni və bu günü
Ermənistan prezidenti Rusiyaya qeyri-rəsmi səfər edib
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Hava haqqında
Südlü türk paxlavası (foto resept)
Saç baxımında doğru bilinən yalnışlar
Azərbaycanda müəllimlərə əməkhaqqı müjdəsi















- ŞƏRHLƏR