Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 18-də 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
Bu barədə DİM-dən məlumat verilib.
İmtahanlar 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 49 binada aparılır. İmtahanların idarə olunmasına 183 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2137 nəzarətçi-müəllim cəlb olunub.
İmtahanda 26332 abituriyentin iştirakı gözlənilir. Onlardan 21734 abituriyent I qrup üzrə, 4598 abituriyent IV qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 24244 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 20125, IV qrup üzrə 4119 nəfər), 2088 nəfəri isə rus bölməsinin (I qrup üzrə 1609, IV qrup üzrə 479 nəfər) məzunudur. Abituriyentlərin 15496 nəfəri oğlanlar (I qrup üzrə 14116 nəfər, IV qrup üzrə 1380 nəfər), 10836 nəfəri isə qızlardır (I qrup üzrə 7618 nəfər, IV qrup üzrə 3218 nəfər). 21425 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 4260 nəfər əvvəlki illərin məzunlarıdır. 67 nəfər ali təhsil müəssisələrinin, 580 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 115 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1962-ci ildən, ən gənci isə 2003-cü ildəndir.
Bakı şəhərində 12130, Naxçıvanda 859, Gəncədə 2626, Sumqayıtda 1732, Mingəçevirdə 1127, Şəkidə 1662, Bərdədə 947, Göyçayda 1162, Şirvanda 1372, Lənkəranda 1598, Xaçmazda isə 1117 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanın gedişini işıqlandırmaq üçün 55-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test tapşırıqlarının ekspertizası aparılacaq. Bu gün "Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.
XƏBƏR LENTİ
Ən xəyanətkar kişilər bu ölkədə yaşayırlar
NASA-nın kosmik aparatı Günəşə çox yaxınlaşdı
10 addımda düz qarına sahib ol!
Moskvadan Ankaranı məyus edən açıqlama
Qaralan qoltuq altı üçün nə etməli?
Pendirli poğaça (foto-resept)
Koronavirusla bağlı SON STATİSTİKA
Qaqarinin paltarları, meteoritlər, 4 milyard yaşlı daş
Erməni vandallığının izlərini silirik: Cəbrayıla işıq gəlir - VİDEO
Çıxılmaz vəziyyətə düşənlər
Müəllimlər İnstitutunun saxta diplomu tapıldı
Bu göldə çimənlərin saçları saralır
Kişilərin koronavirusa görə qadınlardan daha tez ölməsinin səbəbi açıqlandı
Binaları sevən rəssam
Günün qoroskopu: əhvalınız gözəl olacaq
İnternetdə hadisələrin səbəbkarları kimdir?
Maraqlı aksiya: Bu rayonlarda çörək ucuzlaşdı
Moskvada yüzlərlə skinhed qafqazlı miqrantlara hücum edib
Çempionlar Liqasının oyunları telekanallarda
Badamlı keks (foto resept)
Dul kişilər daha yaxşı yaşayırlar?
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT - Müsahibə elan olundu
Harri Şahzadə Diananın işini təkrarladı-FOTO
Rusiya Avropa Oyunlarını keçirməyəcək
Göy qurşağı
Özgü Namal 6 ildən sonra ekranlara qayıdır
Dağ peçenyesi (foto resept)
92 yaşlı nənənin əl işləri
Səkinə İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi
Hər il 5.3 milyon insan “tənbəllik”dən ölür.
Azərbaycanda bağlanan və pozulan nikahların statistikası açıqlandı
Südün faydaları
Almalı bükmə (foto resept)
Demet Akalın barışıq xəbərindən danışdı-FOTO
Səbəbsiz olaraq kədərli hiss edirsiniz?
“Zombi” qadın hər kəsi TƏƏCCÜBLƏNDİRİR
Çak Norrisdən Azərbaycanla bağlı açıqlama: “Qarabağ, sən indi xoşbəxtsən” - VİDEO
Çimərliklərə getmək olar, yoxsa qadağandır? – DİN-dən AÇIQLAMA
Çağırışçılar hərbi xidmət yerlərini sayt və SMS vasitəsilə öyrənə bilərlər
Sabah Qaz Olmayacaq!
Xanımlarımızın kompleksləri - 2
Artıq küçəyə elektron icazə aldıqdan sonra çıxa biləcəksiz
Hansı ölkədə daha çox pul qazanırlar?
Kadırov İŞİD-ə meydan oxudu
Castin Biber xanımına surpriz etdi- FOTO
Sobada soğan halqası (foto resept)
Samsung yeniliyə sürətlə hazırlaşır
Yeni peyvəndlər bəşəriyyətin pandemiyadan xilası olacaqmı? - ELMİ RƏYLƏR
Bakıda ili küləklər sovur
Koronavirusla bağlı SON STATİSTİKA














