Qoç - istənilən, hətta ən kiçik işlərdə fayda və mənfəət arayın. Hadisələri tələsdirməyin. Etdiyiniz seçimi dərhal açıqlamayın. Ev işləri və ailə tədbirləri üçün əlverişli zamandır.
Yeni işə və ya fəaliyyət sahəsinə maraq yarana bilər.
Günün ikinci yarısında yeni ideya və fikirlərinizi yaxın ətrafınızdakı insanlarla bölüşə bilərsiniz.
Axşam saatlarında aktiv istirahəti seçin.
Buğa - yaxın ətrafınıza, yaşam arealınıza diqqət yetirin. Ağıllı və fəndgir davranın, ehtiyatı əldən verməyin.
Qüvvələrinizi bərpa etməyə çalışın. Bunun üçün təmrinləri və ya prosedurları müəyyənləşdirin.
Yeni informasiya alına bilər. Bu xəbər işlərin gedişatında, işgüzar tərəfdaşlarla münasibətlərdə dəyişikliklər yarada bilər.
Başlanmış prosesi dayandırmağa can atmayın, çünki niyyətiniz reallaşmayacaq.
İşdə kiçik, amma önəmli detalı aşkarlayın. O detal və ya ünsür işi tamamlamağa, onu mənalandırmağa imkan verir.
Əkizlər - perspektivdə başlanacaq layihələr və ya işlərlə bağlı gərgin mübahisələrə qatılmayın, enerjinizi mənasız işlərə sərf etməyin.
Cari işlərə yetərincə vaxt ayırın.
Təxirəsalınmaz müdaxilə tələb edən işlərdə aktiv olun.
Təəssüratlar, tələblər, iddialar və dəvətlər çoxdur. Axşam saatlarını romantik görüşə ayıra bilərsiniz.
Xərçəng - yeni və ağır işə başlamazdan əvvəl cari situasiyanı yetərincə dəqiq şəkildə dəyərləndirin. Mümkün perspektivləri proqnozlaşdırın. Real potensialınızın imkan vermədiyi qərarlar qəbul etməklə irəliləyə bilməzsiniz.
Günün ikinci yarısında fəaliyyət sahəsini dəyişmək barədə düşünmək olar. Alış-veriş üçün əlverişli zamandır. Sevdiyiniz insanla münasibətlərinizi inkişaf etdirin. Qarşılıqlı sayğı çox önəmli məsələdir.
Şir - daxili emosional durumunuz bu gün xüsusi əhəmiyyət kəsb edəcək. Əhvalınız ailə üzvlərinizin davranışı və yaxın ətrafınızdakı insanların əməllərindən də asılı olacaq.
Yaşamla, daşınmaz əmlakla bağlı məsələlərin çözülməsində ehtiyatlı olun. Düşünülməmiş qərarlar verməyin.
Günün ikinci yarısında işgüzar münasibətlərdə səlis, məntiqli addımlara zərurət duyulur. Bununla belə gündəlik qayğıları, xırdalıqları, detalları unutmayın. Alış-verişdə çox pul xərcləməyin. Maliyyə, pul məsələlərində sayıq olun.
Önəmli ödənişləri ertələyin.
Qız - günün ilk yarısından etibarən yaranan çətin, birmənalı olmayan situasiyalarda səliqəli davranın. Özünüzə qarşı kritik olun. Fəaliyyət sahənizdən kənar işlərlə çox məşğul olaraq vaxtınızdan qeyri-effektiv şəkildə yararlanmayın.
Günün ikinci yarısında işgüzar tərəfdaşlar və etibarlılığına şübhə etdiyiniz insanlarla əməkdaşlıqda onlara çox inanmayın. İntuisiyanız sizə dürüst qərar verməyə yardım edəcək. Dəqiq cavabını bilmədiyiniz məsələlərdə təhtəlşüurunuza güvənin.
Tərəzi - başladığınız işləri bitirmək üçün kənardan yardımlar gözləməyin. İşdə rəhbərliyin tapşırıqlarının öhdəsindən gəlməyə çalışın. Müstəqil fəaliyyət üçün münasib zamandır. Rəqibləri üstələyərək məqsədə doğru sürətlə irəliləyin.
Günün ikinci yarısında planlarda dəyişikliklər, qrafikdə yenilənmələr ola bilər. Dövlət qurumlarına yollansanız, gözləntiləriniz doğrulmayacaq. Gərəkli məmur yerində olmayacaq.
Axşam saatlarında normal istirahət edin.
Əqrəb - yaşımınızda uğurlu dövr başlanır. Bəxt üzünüzə güləcək. Başladığınız işi əsla yarımçıq qoymayın. Problemlərin həllində aktiv və sürətli olun. Xüsusi önəm verdiyiniz məsələlərdə gecikmələrə yol verməyin. Diqqətli və sərvaxt davranın.
Günün ikinci yarısında yaxşı düşünülməmiş qərar qəbul etməyin. Yaxın ətrafınızdakı insanların intensiv fəaliyyətini təmin etmək üçün liderlik məziyyətlərinizdən yaralanın.
Axşam saatlarında əyləncəyə vaxt ayıra bilərsiniz.
Oxatan - günün ilk yarısından etibarən yaşanan olaylar üzərində kontrolu itirməyin. Tərəfdaşlardan və ya şəriklərdən biri etimadınızı doğrultmayacaq. Mühüm görüş, rəhbərliklə müzakirələr və ya dövlət qurumunun nümayəndəsi ilə söhbət ümidlərinizi puç edə bilər.
Günün ikinci yarısında mövqelərinizi daha möhkəm, daha səbatlı edin. Ən kiçik maneə, cılız problem əhvalınızı korlamasın. Məqsədə aparan yol gözləniləndən uzun olarsa, əndişələnməyin.
Axşam saatlarını ailəyə həsr edin.
Oğlaq - intuisiyanıza güvənin. Qarşı tərəfin maraqlarını da nəzərə alın. Məntiqə xəyanət etməyin. Rəqəmlər, faktlar, hesablamalara xüsusi diqqət yetirin. Mübahisəli məqamları tərəfdaşlar, şəriklərlə müzakirə edin.
Günün ikinci yarısında çalışdığınız yerdə rəhbərliklə münaqişə yaratmayın. Səhvlər və yanlışlıqlar fəaliyyətinizdə geriləmələrə səbəb olmamalıdır. Sevdiyiniz insana hədiyyə verin.
Axşam saatlarını dəyər verdiyiniz insanlara sərf edin.
Dolça - günün ilk yarısından problemlərin və qayğıların sayı artacaq. İşinizlə bağlı məsələlərdə qəfil çətinlik istisna deyil. Tələskənliyə yol verməyin. Problemi həll etmək üçün bilikli və təcrübəli insanların məsləhətlərindən yararlanın.
Günün ikinci yarısında rəqiblərdən biri sizi sınağa çəkmək istəyəcək. Yaxınlarınızla və qohumlarınızla təmaslarda səmimi, qayğıkeş olun. Qohumlardan birinin yardıma ehtiyacı var. Neqativ emosiyaların hərəkətlərinizi idarə etməsinə imkan verməyin.
Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
Balıqlar - proseslər üzərində tam nəzarətə malik olduğunuzu düşünməyin. Belə kontrol hissi illüzordur. Xəyallara aldanmayın. Gərəkli vaxtda lazımi yerdə olmaq üçün bütün imkanlardan istifadə edin.
Yaxın gələcəklə bağlı perspektivlərinizi dəyərləndirin. Qəfil xəbərlərdən maraqlarınız üçün istifadə edin. Mühüm olay yaşanacaq.
Günün ikinci yarısındakı hadisələr, situasiya təsadüfi deyil.
Həmkarlar və dostlarla aktiv təmaslarda olun. Ehtiyac duyduğunuz məlumatları əldə etməyə can atın. Tələsik təmaslarda heç bir fayda yoxdur.
XƏBƏR LENTİ
Güllərimizi düzgün seçək
Uşaqlarda ağız və diş sağlamlığı(1)
Beş rəfiqə eyni anda necə hamilə qaldığını danışdı - FOTO
Dəhşətli xəstəlik 40 can aldı
Sabah Bakının bu hissələrində qaz olmayacaq
Şəhid Xudayar “Azərbaycan Bayrağı” ordeninə layiq görüldü
Ayda nəhəng tunel aşkarlandı - FOTO
Murat Boz evlilik təklifindən danışdı-FOTO
Kompüterin var, dərdin var?
Dil və düşüncə
Azərbaycanda dördəm doğulub
Jeniffer Aniston yeni FOTOsu ilə diqqət çəkdi
İngiltərədə həkimlər mahnı oxudu, Klopp ağladı - VİDEO
İntihar etmək istəyən şəxsə necə kömək edək? – PSİXİATR YAZIR
"Ginnesin Rekordlar Kitabı"nın seçmə rekordları
Şərbətli-portağallı keks (foto resept)
Oqtay Əsədov imperatorla görüşdü
Məqamında çəkilmiş şəkillər
Texniki baxışla bağlı sürücülərə – ŞAD XƏBƏR
Ramazan ayının təqvimi
“Pərviz “Survivor”da finala gedəcək” - VİDEO
Lələklərdən ibarət qanad
Meqan Markl şahzadəyə görə sevimli itini buraxıb
Belə insanlara əsla etibar etmə...
Qlamur yataq dəstləri
4 qız atası Simon Hooper
Vladimir Putin İlham Əliyevi təbrik edib - YENİLƏNİB
Tələbələrə kredit veriləcək - Fond yaradılır
Bakıda 12 milyona villa satılır
Bu qadın 20 ildi yaşıl geyinir - FOTO
17 yaşı tamam olmamış...
Lotoreyada 63 milyon avro uddu
Məşhur cütlüyün oğlundan GÖZLƏNİLMƏZ addım-FOTO
Qadınlarda böyrək daşı xəstəliyi
Panik Atakın 30 Simptomu
Prezident onları təltif etdi
Azərbaycan əsgərləri Şuşa məscidində namaz qılır - VİDEO
Epidemiya zamanı xiyar yeməyin faydaları
Günün ulduz falı
Dövlət qulluqçularına xoş xəbər
Pendirli, göbələkli ravioli(foto resept)
"Atiye"nin aktrisası diqqət çəkdi-FOTO
Günün ulduz falı
Əhalinin işini asanlaşdıracaq yenilik
"Şarapovanın bütün titulları geri alınmalıdır"
Hər bir dodaq boyası ayrılıqda stil tələb edir
İdman geyimləri
WhatsApp-dan möhtəşəm yenilik!
2020-ci ilin trendləri
HAVA necə olacaq?-XƏBRDARLIQ