Qoç - səfər, səyahət və ya ezamiyyətdə olanları uğur gözləyir. İşgüzar ünsiyyət çevrəsini genişləndirə bilərsiniz. Təmaslarda səmimilik, nikbinlik qarşı tərəfin rəğbətini qazanmağa yardım edəcək.
Maliyyə problemlərini həll edərkən sayıq olun, aldanmayın.
Şəxsi münasibətlər müstəvisində situasiya sakit deyil. Xoşagəlməz vəziyyət yarana bilər. Münaqişə və ya qarşıdurma riski var.
Daha fəal olun. Yaxınlarınıza yardım edin. Məhz bu gün sizdən kömək uman insanları incitməyin.
Axşam saatlarında istirahət edin.
Buğa - nüfuzlu insanlardan biri ilə təmasları aktivləşdirmək və gördüyünüz işə diqqəti cəlb etmək üçün əlverişli vaxtdır. Dəvət aldığınız tədbirlərə qatılın.
Bacarıq, bilik və imkanlarınızı nümayiş etdirin.
Günün ikinci yarısında bir qədər fəal olun.
Şansınızı qaçırmayın.
Darıxdırıcı, yeknəsək iş sizi tez usandıra bilər. Vaxtınızın qədrini bilin, məntiqsiz diskussiyalara və mənasız mübahisələrə qatılmayın.
Alış-veriş üçün əlverişli vaxtdır.
Əkizlər - maraqlarınızın təminatı üçün gərəkli bildiyiniz addımları atın. Astagəl və süst olsanız, önəmli məqamlardan biri diqqətinizdən yayınacaq. Başladığınız işin mühüm ünsürünü ön plana çəkin. Böyük ümidlərinizin olduğu istiqamətdə hadisələrin cərəyan istiqamətinə fikir verin.
Günün ikinci yarısında kimsə yaşamınızda dəyişiklik etməyə çalışacaq. Uğursuzluq siqnallarını sezin. İlk baxışdan çox qəribə və absurd təsir bağışlayan məlumatlardan belə, yararlanmağa çalışın.
Sizi maraqlandıran situasiyanı çözmək üçün əlverişli variant formalaşır.
Şəxsi münasibətlər üçün yaxşı zamandır. Təşəbbüskar olun. Olaylara təsir imkanlarına maliksiniz.
Xərçəng - bərabər variantlar arasında münasibini seçin, onu reallaşdırmaq üçün gərəkli addımlar atın. Hadisələrin intensivliyi artır, görüləsi işlər çoxalır. Səhhətinizə fikir verin. İnfeksiya riski var. Yorğunluq və fiziki işlər əhvalınızı korlaya bilər.
Günün ikinci yarısında kimsəyə imkan verməyin ki, işlərinizə qarışsınlar. Yaşamın şərtləri güzəşti istisna edir. Problemləri təxminləmək və onların həll variantlarını preventiv hazırlamaq üçün sayıq olun. Daxili gərginlik sizdə aqressiya yaratmamalıdır.
Axşam saatlarınıda özünüzə əlavə çətinliklər yaratmayın.
Şir - çətin, qarışıq, amma çoxdan reallaşdırmaq istədiyiniz işlərdə irəliləyişlər vəd edən zamandır. Məişət qayğılarının həllinə başlayaraq tapşırılan işləri və göstərişləri unutmayın. Hansısa istiqamətdə proseslər uğurlu gedərsə, sakitləşməyin, rahatlaşmayın. Prosesi təkrarlamaq üçün əsas işdən yayınaraq maliyyə xərclərini artırmayın.
Günün ikinci yarısında birmənalı olmayan, amma maraqlı situasiya yaranacaq. Detallarla təfərrüatları dəqiqləşdirin. Zərurət yaranarsa, mütəxəssislərlə məsləhətləşin. Bütün problemlərə və maneələrə rəğmən qarşınıza qoyduğunuz məqsədə doğru irəliləyin.
Nikbin olun. Olaylara süni təkan verməyin.
Qız - ünsiyyət və əməkdaşlıq üçün mürkkəb zamandır. Mürəkkəb suallara cavab aramağın yolu qarşılıqlı güzəştlərdən keçir. Yaxın ətrafınızdakı insanların hər biri öz işi ilə məşğuldur. İlkin təəssüratlara aldanmayın.
Günün ikinci yarısında əhəmiyyətli dönüş zamanıdır. Tələsik qərar verməyin. Konkret situasiyada məsuliyyət hiss edirsinizsə, sayıq davranın.
Dəyər verdiyiniz insanla münasibətləri sərinləşdirməyin. Axşam saatları əsəbləriniz tarıma çəkilə bilər.
Normal istirahət etməyə çalışın.
Tərəzi - enerjiniz çoxdur, amma ondan məhsuldar şəkildə yararlanın. Ətrafınızdakı insanlara qarşı sərt mövqe tutmayın.
Belə davranış münasibətlərdə harmoniyaya səbəb olmayacaq. Yumşaq olun, həssas davranın. Çətinlikləri dəf edərək daha pozitiv ola bilərsiniz.
Yaxınlarınızın qəlbini yaralamayın.
Ailə üzvləriniz sizdən açıqlama gözləyirlər. Maliyyə məsələlərində düşünülməmiş addımlar atmayın.
Axşam saatlarında yaşam potensialınız yüksək olacaq. Aktiv istirahəti seçin.
Əqrəb - təəssüratlar bol, hadisələr çoxdur. Yaşananların təhlili və dəyərləndirilməsi çox vaxt aparacaq. Başqalarının problemləri ilə məşğul olaraq qarşınızda duran məqsədləri reallaşdırın.
Maraqlarınızın və vaxtınızın dəyərini bilin.
Günün ikinci yarısı super emosional zamandır. Çətin situasiyalarda diqqətli olun, sayıq davranın. Dəyər verdiyiniz insanların hisslərini sınağa çəkməyin. Fəsadları aradan qaldırmaq asan olmayacaq.
Oxatan - yeni tanışlıqlar güclü emosiyalara səbəb olacaq. Problemlərin həllinə yaradıcı yanaşmayın. Yaşam və fəaliyyət arealını qaydaya salın. Alış-verişdə bədxərclik etməyin.
Xoş təəssüratlar əldə edə biləcəyiniz rahat dönəm günün ikinci yarısında başlanacaq. Tərəfdaş, şərik tapa biləcəyiniz yerdə olun. Layihələrinizi genişləndirməyə can atın
Əmək məhsuldarlıq səviyyəniz yüksək olarsa, xeyli faydalı iş görə bilərsiniz. Yaxın gələcəkdə effektiv yenilikləri reallaşdırmağınıza imkan verəcək islahatlara başlayın. Səhhətinizə fikir verin.
Axşam saatlarında diqqətli olun.
Oğlaq - günün ilk yarısında planlarınızda arzuolunmaz dəyişikliklər yaşana bilər. Müəyyən mövzu aktuallığını itirəcək. Təcili qərarlar verin, sürətli olun. Təşkilati tədbirlər, fəaliyyətə başqa adamların cəlb edilməsi istisna deyil.
Emosiyalarınıza nəzarət edin. Həddən artıq aktiv olmayın, yaxın ətrafınızdakı insanlara təzyiq göstərməyin. Bəzi işləri etibar etdiyiniz adamlarla paylaşmaq olar. Tapşırıq ağır, yerinə yetiriləsi iş mürəkkəb, ayrılmış vaxt isə azdır.
Kimdənsə tam diqqət və ya ifrat qayğı tələb etməyin.
Dolça - enerjili, aktiv olun. Ziddiyyətli maraqlar və niyyətlər qarışıq durum yarada bilər. Başladığınız işi yarımçıq qoymayın, gərginliyə qapılmayın. Eyni vaxtda bir neçə işi görməyə çalışsanız, ciddi çətinliklərlə qarşılaşa bilərsiniz.
Tələsməyin.
Günün ikinci yarısında önünüzə çıxan sədləri dəf edin, maneələri aradan qaldırın. Ən önəmli məsələləri müəyyənləşdirin.
Boş danışıqlara qatılmayın, işə köklənməmiş insanlardan uzaq durun. Gərəksiz əşyalardan qurtulun, mənasız əlaqələri bitirin.
Balıqlar - günün ilk yarısını kiçik problemlərin həllinə, qayğıların yerinə yetirilməsinə həsr edin. Sizə təzyiq göstərmələrinə imkan verməyin. Başqasının məsuliyyətini paylaşmayın. Sənədlərdə qaydaya fikir verin.
Günün ikinci yarısında bir qədər müstəqil çalışmağa can atın. Danışıqlar fikrinizi yayındıra bilər. Tərəfdaşlar bir zaman verdiyiniz vədləri xatırladacaqlar. Verdiklərinizlə aldıqlarınız arasında paritetə nail olun.
Axşam saatlarında maddi marağınızı təmin etməyə yönəlmiş aqressiv addımlar atmayın.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycan Kuboku: 1/8 final oyunları
Xəstəliklərə qarşı möcüzəvi ərzaqlar
Şakira və CeyLodan möhtəşəm şou - FOTO+ VİDEO
Kişilərə faydalı məsləhətlər
Uşağınızın dahiliyini göstərən 7 cəhət (II hissə)
Orta məktəblərdə bu şagirdlərə pul mükafatı veriləcək
Azərbaycanlılarla əcnəbilər arasında nikah: vəziyyət nə yerdədir?
Şirniyyat aksesuarlar
Evdə işləri asanlaşdıran dizaynlar
“Azərbaycanda erməni kəşfiyyat şəbəkəsi aşkarlanıb”
Bu gündən karantin rejimi sərtləşdirilir
HAVA necə olacaq? -27 Mart
Sandra Ballokdan ŞOK ETİRAF
İlin ilk Günəş tutulmasının vaxtı açıqlandı
Məşhur aktyor "Barselona"nı ələ saldı
Xərçəng riskini artıran amillər
Məşhur futbolçu 5 milyona torpaq aldı-FOTO
Azərbaycan və Türkiyənin birinci xanımlarının görüşü olub
Kənd toyuğu bahalaşdı
Kosmosda qəbristanlıq tapıldı
Avro dəyərdən düşür
Ebola virusu qarşıdurma yaratdı
Qol vuran qazanır!
Ermənistanda güclü zəlzələ oldu
Balıq piroqu (foto resept)
İlham Əliyev: “Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı”
Çiyələkli parfe (foto resept)
Yeri təhlükə gözləyir-Foto
İdeal bədənin 7 sirri
Yalan danışan uşağa necə davranmalı?
Boyun qırışlarını necə azaltmalı?
Dünya mədəniyyətinin ilkləri
Müdafiə Nazirliyindən müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə MÜRACİƏT
Bakıda siqaret qadağasına əməl olunurmu?
İspan dili 11-ci dərs
Təhsili olmayan dahilər
Miqrenə qarşı yeni dərman
Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindi
Uşağınız sol əlini işlədirsə diqqət!
Kreativ kitab rəfləri
Əgər prezident olsaydım...
Günün ulduz falı
Divardan asılmış restoran
Diş ağrısını azaldan 3 təsirli üsul
Milanda gəzməli yerlər
Nəcməddin Sadıqov işdən çıxarıldı?- Rəsmi açıqlama
Özcan Dəniz qalmaqallı FOTO haqqında danışdı
Ürəyimiz yananda çay?
Ayaqqabı və çantalar
Bir damın altında