Qoç - səbrli və təmkinli olun. Gərəksiz mübahisələrə, dartışmalara qatılmayın. Xərclərinizi nizamlayın. Maliyyə imkanlarınızı düşünülməmiş şəkildə sərf etməyin. Sərmayə və ya layihə üçün əlverişli zaman deyil. Tələskənli, düşünülməmiş qərarlar itkilərə səbəb ola bilər.
Günün ikinci yarısı dostlarla birgə fəaliyyət üçün əlverişlidir. Ünsiyyət xoş, səmimi olmalıdır. Emosional yüksəkliş hiss edəcəksiniz. Axşam saatlarında qüvvənizi bərpa etməyə çalışın.
Buğa - əlverişli, münasib gündür. Bəzi çətinliklərlə qarşılaşa bilərsiniz. Situasiya ağır olsa da, yaşananların fəaliyyətinizə müsbət təsirini sonradan anlayacaqsınız. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə tam qarşılıqlı anlaşmaya nail olacağınızı düşünməyin.
Günün ikinci yarısında münaqişəli situasiyalara qatılmayın. Səbrli, təmkinli davranın.
Ailə üzvlərinizlə qohumlarınızın dediklərində maskalanmış ifadələr, üstüörtülü ibarələr aramayın. Bəzi adamların hərəkətləri şübhəli təsir bağışlasa da, aqressiv olmayın.
Axşam saatlarında hisslərə qapılmayın.
Əkizlər - bilik və bacarıqlarınızdan yararlana biləcəyiniz insanlarla sıx təmaslarda olun. Bu gün uğur qazana bilərsiniz. İşdə kollektivin dəstəyini almağa çalışın. İradəli, qətiyyətli olun. İş axtarırsınızsa, ən müxtəlif variantları nəzərdən keçirə bilərsiniz.
Günün ikinci yarısında potensial sifarişçi ilə danışıqlarda sərvaxt olun. Təsir altına düşərək potensial gəlir imkanını itirməyin. Yaxınlarınızla münasibətlərdə yeni, müsbət yönlər aşkarlanacaq. Axşam saatlarında enerji potensialınızın səviyyəsi aşağı düşə bilər.
Normal istirahət edin.
Xərçəng - bu gün qeyri-adi ideyaların yaranmasına səbəb olan yeni şərtlərlə qarşılaşacaqsınız. Məqsədlərinizi dəqiqləşdirin. Hədəfləriniz səpələnmiş halda olmamalıdır. Gərəkli prioritetləri aydınlaşdırmağın zamanıdır.
Günün ikinci yarısında alış-verişə yollanmaq olar. Daşınmaz əmlakla bağlı məsələnin həllini ertələməyin.
Sevdiyiniz insanla söhbət zamanı gələcək planları müzakirə edin. Şəxsi münasibətlərdə yenilik istəyirsinizsə, dərhal işə başlayın.
Axşam saatlarında aktiv olun.
Şir - qıcıqlı, aqressiv, kobud olmayın. Tənqidə sərt reaksiya verməyin. Hisslərinizi cilovlayın, emosiyaların əsiri olmayın. Dediyiniz sözlərə fikir verin.
Günün ikinci yarısında mübahisələrdə opponenti üstələmək istəyi sağlam məntiqə güc gəlməməlidir. Mübahisələrə qatılmayın. Pozitiv olun. Yarımçıq saxladığınız işə davam edin.
Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
Qız - yeni tanış olduğunuz insan barədə ilkin təəssüratlara inanmayın. Yaxşı ilə pisi ayırd etmək çətinləşəcək. Situasiyaya fərqli yönlərdən baxın. Dürüst qərarlar verin. Yaxın adamlardan biri sizi dəstəkləyəcək. Məsuliyyətdən qurtulmağa cəhd etməyin.
Günün ikinci yarısı şəxsi münasibətlər üçün o qədər də yaxşı zaman deyil. Məişət problemləri ilə bağlı iradlarla yanaşı, sevdiyiniz insandan tənqid eşidəcəksiniz. Səmimi söhbət və dialoq şübhələrdən qurtulmağın ən yaxşı yoludur. Vəziyyəti normallaşdırmaq istəyirsinizsə, axşam saatlarında bir az tək qalın.
Tərəzi - çoxdan bəri yığılıb qalan və həllini tələb edən məsələləri çözmək üçün yaxşı gündür. Adətən öhdəsindən çətinliklə gəldiyiniz problemlərdən birini həll edə bilərsiniz. Peşəkar fəaliyyət sahəsində müşküllər və gecikmələr olsa da, ruhdan düşməyin. Təşəbbüskar olun.
Günün ikinci yarısında işə diqqətli yanaşmağınız nüfuzlu şəxslərdən birini maraqlandıra bilər.
Şəxsi münasibətlərdəki vəziyyət pis deyil. Bəzi psixoloji nüansların öhdəsindən gələcəksiniz. Sonradan təəssüf hissi doğuran addımları niyə atdığınızın səbəblərini dərk etməyə çalışın.
Əqrəb - yaradıcılıq potensialınız yüksəkdə olmalıdır. Yeni ideyalar və maraqlı fikirlər yaranacaq. Çətinliklərdən qorxmayın, bütün sədləri dəf etmək üçün inadla işləyin. Eqoistcəsinə davranmayın. Yaxın ətrafınızdakı insanları düşünün. Onlardan üstün olduğunuzu göstərməyə can atmayın.
Günün ikinci yarısında əhvalınızın pisləşməsi istisna deyil. Maraqlandığınız işlə məşğul olun. Yarımçıq layihələri bitirin. Bədbinliyə qapılmağınız əhvalınıza pis təsir edə bilər.
Axşam saatlarını ailə üzvlərinizə həsr edin.
Oxatan - fəaliyyət göstərdiyiniz sahədə genişmiqyaslı təşəbbüslər üçün əlverişli gün deyil. Tənqidə və irada sərt reaksiya verməyin. Qabalıq, kobudluq yaxın ətrafınızdakı insanlarla münasibətlərinizə zərbə vura bilər.
Cəhdlərinizlə səylərinizin müsbət nəticə verməsinə çalışın.
Günün ikinci yarısında aktiv olun, ətalətə qapılmayın. Neqativ emosiyalardan uzaq olun. Dəyər verdiyiniz insana münasibətinizi göstərməkdən çəkinməyin. Tələskənliyə yol verməyin, səbrli olun.
Oğlaq - diqqətli və sayıq davranın. İşgüzar tərəfdaşlarla danışıqlarda məqsədlərinizi açıqlayın. Karyeranızın asılı olduğu insanlarla münaqişə yaratmayın. Hadisələri sürətləndirmək üçün olaylara süni təkan verməyin.
Situasiyadan yararlanaraq işlərinizin müsbət nəticə verməsinə çalışın.
Bilik və bacarıqlarınızı nümayiş etdirin.
Günün ikinci yarısında şəxsi münasibətlərinizdə durum pis olmayacaq. Dəyər verdiyiniz insanın və potensial tərəfdaşın diqqətini cəlb edin. Sevdiyiniz insandan mənəvi dəstək ala bilərsiniz.
Axşam saatlarında yaxşı əylənə bilərsiniz.
Dolça - ünsiyyətdə olarkən fikirlərinizi normal izhar etməyə çalışın. Yaxın ətrafınızdakı insanlar bəzən sizin nə demək istədiyinizi anlamağa çətinlik çəkirlər. Rəqibləriniz heç bir qayda və qanunlara əməl etməyərək çalışırlar. Siz də qətiyyətli, hətta zərurət yaranarsa, kobud olun.
Günün ikinci yarısında ailə həyatınız və şəxsi münasibətlərdə problemlər müşahidə olunmayacaq. Ailə üzvlərinizdən biri məsləhət, yardım istəyəcək. Səhhətinizə fikir verin.
Rasionunuz sağlam olmalıdır.
Balıqlar - adi günlərdən fərqli olaraq bu gün ifrat qıcıqlı dərəcədə davranmayın. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşma əldə etməyə çalışın. Tanımadığınız insanlara meydan oxumayın. Yaxınlarınızın qəlbinə dəyməyin. Belə davranışın sonradan çox pis fəsadları ola bilər.
Günün ikinci yarısında şəxsi münasibətlərdə status-kvonu qorumaq çətindir. Köklü olmasa da, dəyişikliklər və yeniliklər istəyəcəksiniz. Ailədəki durum sizi narahat edə bilər. Sevdiyiniz insanla təmaslarda sərin yellər əsməməlidir.
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
Azərbaycan kino tarixində bir İLK
Doğum haqqında şəhadətnamələrin kağız formasında verilməsi ləğv ediləcək?
Ştrudi Rus şirniyyatı
Məşhur cütlüyün övladının cinsiyyəti bəlli oldu - FOTO
Sosial şəbəkələrdən dərs veriləcək
Ləzzətli peçenye (foto resept)
Bakıda maşınların orta hərəkət sürəti artıb
Azərbaycan Zaqrebdə keçirilən xeyriyyə yarmarkasında təmsil olunub
Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 363 yeni yoluxma
Günün ulduz falı - 25.10.2013
ABŞ-ın koronavirus peyvəndinin qiyməti açıqlandı
İspaniya, Barselona, Antoni Tapies muzeyi…
Vaşinqton Xankəndidəki girovlarımızdan danışmaq istəmir
Azərbaycan və Bəhreyn hərbi əməkdaşlıq planı imzaladılar
Fransanın birinci xanımı nəvələrini necə tərbiyə edir?
Kırmızıgül anasının 2 milyonundan danışdı
Tacikistanda bir sutkada 4 zəlzələ: onlarla evi dağıldı
Bu günün hava proqnozu
Latviyaya səyahət
Yeni ildə sakitlik olacaq?
Hava haqqında
Ət alarkən diqqətli olun!
Yaşıl çay saç maskası
Kadir İnanır müsahibə verdi
Evdən gözəl eyvanlar
Heydər Əliyevin ən uzun səfəri
Bədən quruluşuna görə palto seçimi
İnternetdə zibil artıb
Çində tibbi maska çatışmazlığına görə yeni çarəyə tapdı
Stiv Cobsun ölümqabağı məktubu
Londonda ingilis dilində çap edilmiş “Bakı haqqında xatirələr” kitabının təqdimatı olub
Şeyxin ailəsi və evinin fotoları yayıldı
"Sevgi" tortu (foto resept)
Çərəzli konfetlər (foto resept)
Yol polisi xəbərdarlıq etdi
"Çukur"u məhkəməyə verdilər-SƏBƏB
Hamar qarına sahib olmanın 10 yolu
Pasportlar üçün ödənilən dövlət rüsumu
Bu günün Ramazan təqvimi (13 iyul)
Yay tortu (foto-resept)
Qızılgül mürəbbəsi (foto resept)
Nüsret 1 milyonluq gəlirini evsizlərə bağışladı
İran "Yəsir" adlı yeni pilotsuz təyyarənin istehsalına başlayıb
Notr-Damın yanma səbəbi məlum oldu
Düz bir qarın üçün 4 tövsiyyə
Həftəsonu sərnişindaşıma tam dayandırılacaq - BNA
Milli Məclisdən "avtoş"lara zərbə!
Dibçək güllərinə qulluq
“WhatsApp”dan YENİLİK!
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət etdi
