Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə iyulun 22-də keçirdiyi qəbul imtahanının nəticələrini bu gün elan edib. İmtahanda I ixtisas qrupu üzrə iki abituriyent (Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin və Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunları), IV ixtisas qrupu üzrə isə bir abituriyent (Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
Qadin.Net xəbər verir ki,modern.az I və IV ixtisas üzrə keçirilən imtahanda 700 bal toplayan abituriyentlərlə əlaqə saxlayaraq, onların təəssüratlarını öyrənib.
Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunu Jalə Məmmədova də birinci imtahanda yüksək nəticə göstərib, amma 700 bala ikinci imtahanda nail olub:
"Birinci imtahanda 695 bal toplamışdım. Amma hədəfim 700 bal idi. Ona görə də ikinci imtahana qatılmalı oldum. Hələ ki hansı universitetdə təhsil alacağımı müəyyənləşdirməmişəm. İxtisasa gəlincə, ya kimya mühəndisliyi, ya da proseslərin avtomatlaşdırıması ixtisası üzrə təhsil almaq istəyirəm".
Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin Ziya Müslümov deyir ki, birinci imtahanda yaxşı nəticə göstərsə də, bununla kifayətlənməyib:
"Birinci imtahanda 675 bal toplamışdım. Amma bu balla kifayətlənmədim. Ona görə də ikinci imtahana qatıldım. Fərdi müəllim yanına getməmişəm. Orta məktəbdə hazırlaşmışam. Təhsilimi Azərbaycan Tibb Universitetində davam etdirəcəm. Gələcəkdə isə xaricdə oxumaq istəyərəm".
Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Qabil Əliyev 700 bal toplamaqdan çox məmnun olduğunu vurğulayıb:
"Birinci imtahanda 680 bal toplamışdım. Amma fikirləşdim ki, əgər 700 bal toplaya bilərəmsə, niyə də olmasın. Təhsilimi Bakı Ali Neft Məktəbində davam etdirmək istəyirəm. İxtisasa gəlincə, ya ya kimya mühəndisliyi, ya da proseslərin avtomatlaşdırıması ixtisasını seçəcəm".
Qeyd edək ki, iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyyə olunan abituriyentlər üçün qəbul imtahanı iyulun 27-də keçiriləcək. Həmin abituriyentlər üçün "imtahana buraxılış vərəqəsi" iyulun 25-də gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.
XƏBƏR LENTİ
Evlərimizin bəzəyi
İndoneziya qorxuya düşdü
Günün ulduz falı - 13.03.2014
Daxili Qoşunların Ali Hərbi Məktəbinə tələbə qəbulu elan edilib
“Dünya romanıma çevrilib” - Stiven Kinq
8 ermənini məğlub edən qazaxlı idmançı
Beş il əvvəl itkin düşən kişinin skeleti yaşadığı mənzildən tapıldı
Günün qoroskopu: mənfi tendensiyaların təsiri güclü olacaq
Instagram-da Yenilik
Övladını məktəbə göndərmək istəməyən valideynlərin nəzərinə
Pijamalar
Yaralı əsgərimiz: "Canımdan keçməyə hazıram"
Uğur testi
Kristiano Ronaldu XXI əsrin ən yaxşı futbolçusu seçilib
ABŞ-da virusa yoluxanların sayı 90 mini ötdü
Məşhurların fitness sirləri
Sonsuz güzgü otağı
4 gün iş olmayacaq
Bu gün növbəti imtahanlar keçirilir
Aldıqları villa cütlük üçün əsil kabusa çevrildi - FOTO
Obama ailəsi ilə 5,3 milyonluq evə köçür - FOTO
İlin ən yaxşı müğənniləri onlar oldu-SİYAHI
İlham Əliyev: "Səninki səndə, mənimki məndə"
İdman zalı üçün saç düzümlər
Bella Hadid Abu-Dabidə-FOTO
Çingiz bu gün sonuncu oxuyacaq
Pazllar ("Epik")
Uğur gündəliyini necə tərtib etməli
Çavuşoğludan Qarabağla bağlı AÇIQLAMA
Misirdə yenə qan su yerinə axır: 44 nəfər öldürüldü
Hansı IT peşəsində nə qədər pul qazanmaq olar?
Daha bir ayrılıq nişanəsi-FOTO
Koronavirus səbəbi ilə Rusiyada məktəblərin qarşısında uzun növbələr yarandı - VİDEO
Ağız qoxusuna son
Çinlilər karantindən sonra bu məhsulu yeməyə başladı - Şok menyu
Evlilərdən subaylara məsləhət (1-ci hissə)
Yaz aylarında necə qidalanmalı?
Suyun altında Dünya rekordunu təzələdi-FOTO
"Ayrıldılar" deyilən cütlük toya hazırlaşır
Başqa planetlərdə bitkilər nə rəng ola bilər?
Kəndirin köməyilə artıq çəkini təyin edin- TEST
Mədə və onikibarmaq bağırsaq yarası
Xocalı soyqırımı günü Bakıda bu yollar bağlanacaq
Dama-dama çantada həbsxanadan qaçan şəxs 21 il sonra ələ keçdi
Yataq örtüyü modelləri
Günün qoroskopu:Bədxərclik etməyin!
Ermənilərdən qənimət götürülən tanklar Bakıya gətirilir - VİDEO
Hadisə konsertini oturaraq başa vurdu-FOTO
Amaliya Pənahovaya film həsr olunacaq
Prezident İlham Əliyev "Yasamal" parkının açılışında iştirak edib