Milli.Az lent.az-a istinadən "Narınc" Uşaq Psixologiya Mərkəzinin rəhbəri, uşaq psixoloqu Narınc Rüstəmovanın məqaləsini təqdim edir.
Hər bir ölkənin sağlam gələcəyi onun vətəndaşlarının keçmiş tarixini unutmamasındadır. Sağlam gələcək naminə uşaqlarımıza uşaqlıq dönəmindən vətənpərvərlik duyğusu aşılamalıyıq. Vətən hər zaman "Ana Vətən" kimi simvolizə olunur. Çünki hər bir insan üçün onun valideynləri, xüsusən, anasının onu dünyaya gətirməsi, bəsləməsi, qoruması vətənlə eyni mənanı kəsb edir. Sağlam ailədə böyüyən, valideynləri ilə sağlam münasibətdə olan hər bir uşaq böyüyəndə vətənini sevəcək, onu bütün müstəvilərdə qoruyacaqdır. Bu məsələni çox xırdalamaq istəmirəm. Sözümün canı odur ki, uşaq artıq bağça dönəmindən vətəninin tarixi günləri ilə tanış olur. Onun əlamətdar adətlərini öyrənir. Gözəl, sevinc dolu bayramlar (novruz, qadınlar, həmrəylik və s.) uşaqlara ailə və ətrafı daha rahat anlamağa kömək olur.
Ağır, acılı günlərimizi necə?! Bax burada hər kəs tərəddüd yaşayır. Necə edək ki, uşağımıza vətənpərvərlik duyğusunu aşılayaq, tarixini tanıdaq və bununla paralel onun psixikası zədə almasın?! Şəhidlərimizin foto görüntüləri göstərilsinmi?
Öncə onu qeyd edim ki, uşaqlar ölümü 7 yaşa qədər anlamırlar. Onlar bu yaşa qədər ölümü sonlanmış proses kimi yox, gedib sonradan gələcək bir hal kimi anlayırlar. Ona görə də bu günü bağça dönəmlərini yaşayan uşaqlara mütəxəssislər anladarkən hadisələri detallı şəkildə foto görüntülərlə anlatmamalı, orada olan şiddəti sözlü şəkildə qismən izah etməli, daha çox vətəni sevmək, onu qorumaq, ağır günündə yanında olmaq və s. kimi gözəl, güvənverici duyğulara fokuslanmalıdırlar. Bu əlamətdar gündə uşaqların himni bilməsi, onlara vətənlə bağlı şeirlər öyrədilməsi, səhnələşdirməsi məqsədəuyğundur.
Məktəb dönəmində isə artıq uşaq ölümü dərk edə bilən yaşdadır. Burada mütləq müəllim-pedaqoq diqqətli olmalı, məktəb psixoloqunun iştirakı və ya nəzarəti altında məlumat verilməlidir. Emosional sferası davamsız olan uşaqlar hələ də ölümü anlamamış ola bilərlər. Bu uşaqlar xüsusi seçilməli, izahatda onlar da nəzərə alınmalıdırlar. Cinsi yetişkənlik yaşına (9 yaş sonrası) kimi uşağın işgəncə video və fotoşəkilləri izləməsi məqsədəuyğun deyil. Bu, uşaqlarda artıq bu acı günə, bu günün niyə qeyd olunduğuna deyil, görüntüdəki işgəncələrin təsiriylə hadisələri öz üzərinə köçürüb yaxınlarını itirmə və ya məktəb qorxusuna çevirə bilər. Bunun nəticəsində onlarda yuxuda sayıqlamalar, yuxuya gedərsə, hadisələrdən xəbərsiz olacaq və pis bir şey baş verəcək düşüncəsinə qapılaraq yuxu pozuntusu, səbəbsiz hərarət, qarın ağrısı və s. fobik əlamətlər baş verə bilər. Bəzən pedaqoq elə düşünür ki, uşağa şəkilləri göstərərsə, bu hadisəni daha dərindən anlayacaq. Əslində özlərini bir az əziyyətə salıb hadisələri nağıl edərək danışsalar, heç bir uşaq qorxunu nifrət şəklində yaşamadan hadisələri gözləri önündə canlandıracaq. Təsirlənəcək, qəzəblənəcək, məsuliyyət hissinin verdiyi qeyrət onda hər zaman vətəni qorumaq instinktini oyaq saxlayacaq. Kimisi seçdiyi idmanla, kimisi yaxşı bildiyi fənlə önə gedib vətənimizin adını uca zirvələrdə daşımaq istəyəcək. Nəinki məktəbdən qorxacaq, səhəri gün ağlayaraq məktəbə getmək istədiyini dilə gətirəcək.
Şəhidlərimizə verilmiş işgəncələri hər uşaq öz təxəyyülünə uyğun olaraq canlandıracaq. Onları necə qaz balonunda kilidli saxlandığı, soyuq qarlı havada əliyalın meşədə qalmaları, bütün bu hadisələrin hər biri müəllimin dilindən incəliklə, böyük həssaslıqla izah edilməlidir. Soyqırımı mütləq sükutla yad edilməlidir. Hər bir kiçik yaşlı uşaq artıq 9 yaşından sonra bu görüntüləri gizlətsəniz belə, axtarıb tapacaq, bütün sənədli filmləri izləyəcəkdir. Uşağa erkən yaşda bunu doğru formada izah etməsək, əsl şəxsiyyət kimi formalaşmağa başlayan, yəni yeniyetməlik dönəmində bu proseslərdən qaçacaqdır. Soyqırımı övladlarımızda ruh düşkünlüyü yox, daha mətin, daha mübariz olmağı formalaşdırmalıdır.
Faciə hamımızın faciəsidir. Bunu gələcək nəsillərə çatdıracaq bu günün uşaqları sabahın Mübarizidir. Həyatını dəyişənlərə rəhmət, xalqımıza səbir arzulayıram.
Milli.Az
XƏBƏR LENTİ
Azərbaycanda daha 63 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Mobil telefon satışları niyə artır?
637 bal toplayan qız: “İnternatda oxumuşam…” – VİDEO
Hülya Avşardan hamam FOTOsu
Azərbaycan ordusunun təlimləri bitdi
Azərbaycan hərbçiləri sertifikat aldı
Hörüklü saç modelləri
Müharibə və qadın..
Ərikli küftə (foto resept)
Maraqlı şəkillər
Yeni peyvənd gəlir
"Bozun 50 çaları" filmindən ilk görüntülər
Qəribə toy: bəylə gəlin yuxarıda, qonaqlar aşağıda
2018-in gəlinlikləri
Digər ölkələrin toy adətləri
Depressiyadan xilas olmaq üçün 13 üsul
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - RƏSMİ
İnsanlar yadplanetliyə ÇEVİRİLƏCƏK: orqanlar tamamilə dəyişəcək
Payız geyimləri
Muncuqdan üzük hazırlayaq
Qazaxda 1200 rayon sakininə qurban payı göndərilib
Türkiyə Rusiya ilə sərhədləri açır - Dəqiq tarix bəlli oldu
Buğa bürcü qadınına nə hədiyyə etməli?
Dirsəkdəki qaralmaları aradan qaldıran üsullar
"Verilişlərin keyfiyyəti aşağıdır, amma..."
"Canlı Barbi" idmançı oldu
Hava haqqında - 12.08.2013
Xankəndi boşdur: 40 min insan Ermənistana qaçıb
Xoşbəxt evlilik sizin əlinizdədir
Şokoladlı kokteyl (foto-resept)
Günəş
Cənubi Koreya Kim Çen Inla bağlı kəşfiyyat məlumatlarını açıqladı
"ASAN xidmət"in səlahiyyətləri artırıldı
Günün qoroskopu: laqeyd olmayın
"Babil" serialının səhnəsi sosial mediada SƏS-KÜY yaratdı - VİDEO - FOTO
Deputat: "Biz Allaha qarşı gedə bilmərik”
Ayaqqabıya başqa görünüş vermək
Azərbaycanda ehtiyatda olan hərbçilər geri çağırılır
Əliyev türkiyəli həmkarı ilə Gəncədə görüşəcək
Əsgərlərimiz Qafan aeroportunun qarşısında Azərbaycan bayrağı qaldırdılar - VİDEO
Gimnastımız Avropa çempionatında 3-cü oldu
Vaginizmdən xilas olmaq üçün nə etməli?
Bu xəstələr qısa müddətdə həyatını itirir...
Karantin dövründə yorulmuş əllərə qulluq
Prezident xanımı ilə ziyafətdə - FOTO
Qoşunların təmas xəttində monitorinq keçiriləcək
Türkiyədə zəlzələ olub
Diabet xəstəsinin əl işləri
Deputat: "Azərbaycanda erkən nikahların qarşısı maksimum dərəcədə alınıb"
Xanımlar üçün müxtəlif geyimlər