Son bir neçə ayda Bakıda su filtri satışı ilə məşğul olan firmalar fəallaşıblar. Qapı-qapı gəzərək sakinləri içdikləri suyun yararsız olmasına inandıran belə şirkət nümayəndələri filtri satmayana qədər əl çəkmirlər. Onlar daha çox axşam saatlarında, bütün ailə üzvlərinin evdə olduğu vaxtda mənzillərin qapısını döyürlər. Əvvəlcə işi mənzilə yol tapıb ev sahibini suyun analizi üçün təcrübəyə razı salmaqdan ibarət olan xanım əməkdaş göndərilir. Daha sonra bir neçə qurğu ilə ailənin istifadə etdiyi suyun heç texniki suya da yaramadığını "sübut edir" və sağlam yaşamağın yeganə yolunun su filtri almaq olduğuna inandırırlar.
Milli.Az xəbər verir ki, şikayətçilərin virtualaz.org-a bildirdiyinə görə, təcrübə zamanı istifadə edilən su elektroliz cihazı ilə parçalanır və mineralları ayrılır. Bu zaman suyun üzünə qara palçığa bənzəyən maddə çıxır ki, sakinlərin də təşvişinə səbəb olan məhz budur. Çirkli su içdiklərini düşünən istehlakçılar nəyin bahasına olursa-olsun dərhal su filtrini almağa razılaşırlar.
Şikayətçilər deyirlər ki, fırıldaqçılıqla məşğul olan bu şirkətlərin əksəriyyəti rəsmi qeydiyyatdan keçməyib və qanunsuz fəaliyyət göstərirlər.
500 manatlıq filtri 1200 manata satırlar
Şikayətçi Vüsalə Rüstəmovanın sözlərinə görə, fırıldaqçılıqla məşğul olan şirkət həm də filtri bazar qiymətindən bir neçə dəfə baha satır.
"Bizə tez-tez gəlirlər. Hətta bir dəfə evə buraxdım ki, görüm necə yoxlayacaqlar. Qaynanmış su ilə qaynanmamış suyu yoxladılar. Şirkət nümayəndəsi dedi ki, suyunuz təmiz deyil, mütləq aparat alıb süzməlisiniz. Qiyməti də 1200 manat. Sonra həmin filtri 500 manata "Sədərək" ticarət mərkəzində gördüm".
Digər bir şikayətçi Rəşad Süleymanov isə yaşadığı binadan belə fırıldaqçılıqla məşğul olan şirkətin 10 nəfərlik qrupunu qovduğunu deyir.
"Çox həyasızlıq edir, mənzilə zorla girirlər. Bu işdə xüsusən də, qadın əməkdaşlar canfəşanlıq edirlər. Binada 1100 manata təklif etdikləri filtri mənə 470 manata satırdılar", - deyə şikayətçi bildirir.
"Su filtri bazarında hərc-mərclikdir"
Bəs filtr satan firmaların fırıldaq olduğunu necə bilək? Onlar istehlakçıları necə aldadırlar? Əslində içdiyimiz suyun təmiz olduğuna əminikmi? Sayt bu suallara aydınlıq gətirmək üçün araşdırma aparıb. Məlum olub ki, su filtrlərinin satışı ilə məşğul olan firmalardan Azad İstehlakçılar Birliyinə (AİB) xeyli şikayət daxil olub. AİB sədri Eyyub Hüseynovun sözlərinə görə, əksər hallarda filtri quraşdırıb gedəndən sonra belə firmaları tapmaq müşkülə çevrilir.
"Ötən həftə bizə su filtri quraşdıran şirkətlə bağlı belə bir şikayət daxil olmuşdu. Biz araşdırdıq, məlum oldu ki, su filtri satan şəxsin heç ofisi də yoxdur, internet vasitəsilə sifariş edir, gətirib insanların evinə quraşdırır, sonra da telefon nömrəsini dəyişib aradan çıxır. Biz bu şikayəti araşdıraraq zərərçəkmiş şəxsin pulunu geri qaytarmağa nail olduq", - deyə AİB sədri bildirir.
Ekspertin sözlərinə görə, su filtrlərinin satışı ilə məşğul olan şirkətlər əhalini suya elektroliz cihazı qoymaqla aldadırlar. Cihaz suyun daxilində olan zərrələr və ionların bir-biri ilə toqquşmasına səbəb olur. Bundan sonra suyun içində olan minerallar yanır və ortaya qatı palçıq kimi maddələr çıxır. Gördüyü qarşısında heyrətə düşən istehlakçı asanlıqla reklam olunan su filtrindən almağa razı olur. Əslində isə ortaya çıxan palçıqvari maddə suyun daxilində olan mineralların yanması nəticəsində əmələ gəlir ki, bu da normal prosesdir.
Bu su filtrləri həm də ona görə təhlükə mənbəyidir ki, suda insan bədəni üçün əhəmiyyətli olan kalsium, natrium, maqnezium, fosfor, kalium, dəmir, mis və sink kimi mineralları yox edir.
Hazırda ölkədə su filtri bazarında hərc-mərclik olduğunu deyən E.Hüseynov hesab edir ki, bunda həm də əhali günahkardır. Kanalizasiyaya içalat, pampers və digər tullantıların atılması təmizləyici qurğuların işini çətinləşdirir. Bu vəziyyətdən istifadə edən su filtri satanlar da at oynadırlar. AİB sədri hesab edir ki, problemin hökumət səviyyəsində qaldırılmamasının səbəbi ölkədə istehlakçı hüquqlarının qorunmamasıdır. "Bu qədər şikayət olsa da, heç bir dövlət qurumu problemin qarşısını almaq istəmir. İqtisadiyyat Nazirliyi heç bir müraciət olunan şikayəti araşdırmır", - deyə AİB sədri bildirir.
Əhaliyə verilən su standartlara cavab verir?
"Azərsu" ASC-dən isə su filtri satan fırıldaqçılarla bağlı dəfələrlə əhaliyə xəbərdarlıq edildiyini deyirlər. ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, əhaliyə verilən su standartlara cavab verir:
"Bu məhsulları satan şəxslərin şirkəti qeydiyyatdan keçməyib, onlar fərdi qaydada işləyirlər. Onlara qarşı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, İqtisadiyyat Nazirliyinin İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti mübarizə aparmalıdır və bu məsələdə vətəndaşlar da fərdi qaydada iş görməlidirlər. Biz deyirik ki, bizim suyumuz standartlara cavab verir və suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Səhiyyə Nazirliyi də bunu təsdiqləyir", - deyə A.Cəbrayıllı bildirir.
Şikayətlər araşdırılır, tədbir görülür, amma...
İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən virtualaz.org-a verilən məlumata görə, nazirliyinə bununla bağlı hər hansı şikayət daxil olsa, araşdırılaraq tədbir görülür:
"Bizə bu il bir şikayət daxil olub. Belə ki, istehlakçı mağazadan su filtrini alıb, amma onun reklamındakı göstəriciləri real göstəricilərlə üst-üstə düşməyib. Biz bunu araşdırmışıq və həmin istehlakçının pulu geri qaytarılıb. Əgər bizə belə şikayətlər olarsa, biz araşdırmağa hazırıq", - deyə nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib.
"Beynəlxalq sertifikatımız var, fırıldaqçı deyilik"
Su filtrlərinin satışı ilə məşğul olan şirkətlərin də cavabını öyrənmək istədik. Lakin əksər şirkətlərin nə adlarını, nə də telefon nömrələrini tapa bildik. Tapdığımız nömrələrə ya zəng çatmadı, ya da cavab vermək istəmədilər. Yalnız "Dinamik Okean" şirkəti ilə əlaqə saxlaya bildik ki, onlar da fırıldaqçılıqla bağlı deyilənlərlə razılaşmadılar. Şirkətdən Amerika və Almaniya texnologiyalarla çalışan su filtrləri satdıqlarını və hətta beynəlxalq sertifikatlarının da olduğunu dedilər. Məlum oldu ki, günahkar mineralların təhlükəli olduğunu anlamayan əhalidir.
"Azərbaycanda mineralları faydalı şey kimi başa düşürlər. Əslində isə bunların normadan artığı ziyandır. Düzdür, təcrübə zamanı suyun qaralması elektroliz cihazı ilə parçalanma ilə bağlıdır. Biz filtrdən keçən suyu da elektroliz aparatına qoşuruq. Orada nisbətən az saralma olur. Bu orada mineralların miqdarında olmasını göstərir, burada heç bir fırıldaq yoxdur. Qiymətlərə gəlincə isə, bir məhsulun müxtəlif qiymətlərə olması normaldır, bizim satdığımız filtrlər keyfiyyətli olduğuna görə bahadır", - deyə şirkətdən bildirdlər.
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bakıda qadınlar üçün taksi
Qadin.Net-lilər bu il görüşəcəkmi? (görüş keçirildi)
Kənarlaşdırılmanın (dışlanmanın) sosial psixologiyası
Nazir tapşırıq verdi
Qış xəstəliklərindən qoruyan 3 ərzaq
Pensiyaçılara şad xəbər
Fahriye Evcenin pəhrizi
İşinizə yarayacaq ixtiralar
ABŞ-ın Azərbaycana qərəzi
Payız yaş üzünü nə vaxtadək göstərəcək?
Rusiyalı oyunçu ömürlük futboldan uzaqlaşdırıldı
Kibrit qurabiyələr (foto resept)
İngilis dili-Ss
Ramazan ayının ilk gününün duası
Qısqanclıq sizi bitirməsin!
Ailəsinə şəhadət xəbəri verilən qazimiz: “Atamla danışanda mənə inanmadı, dedi, şəhid olmusan”
Yeni il axşamı üçün makiyaj və saç
Dolu dabanlı ayaqqabılar
Alimlər vegetarianlar üçün “ət” icad ediblər
2015-ci ilin telefon qabları
Dünyanın ən varlı qadını məlum oldu
Quru əncir dolması (foto resept)
Bu xoruz 10 min dollardır
Türkiyə kuboku: "Fənərbağça" biabır oldu!
Azərbaycanın 2 qadın boksçusu finalda
Müxtəlif yastıq modelləri
Qurban bayramı nə vaxtdır?
Benzinin qiymətindəki dəyişlik Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətinə təsir etməyəcək
"Yaşıl ada" salatı (foto resept)
Kartofla dəri baxımı
Saça necə qulluq etməli
"Qara dəniz fırtınası" əsdi, "Rubin" sevindi
Mənim sevimli Aishvaryam
Çində məktəb binası yerdən götürülərək 62 metr kənara çəkildi - VİDEO
Model ayaqları ilə 100 min qazanır-FOTO
Prezident əlillərin avtomobillə təmin edilməsi ilə bağlı sərəncam imzalayıb
Xoşbəxt Yusifzadə: "Bu gün neftin bir barelinin qiymətinin 60 dollar olması elə də kiçik rəqəm deyil"
Saatlar geri çəkildi, fen qadağan olundu
Azərbaycanın Avstraliyada fəxri konsulu təyin edilib
Makedoniyalı İsgəndərin xəzinəsi tapıldı
Azərbaycanın Avropaya daxil edilməsi üçün ekspedisiyaya başlanılır
Köhnə trend geri qayıtdı: İlan dərisi
Azərbaycanda temperatur rejiminin anomal gedişi nə ilə bağlıdır?
Gələn il pulsuz qalacağıq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq - SİYAHI
Ezgi Mola ərə gedir
Bulqurlu, qiyməli börək (foto resept)
Emin Ağalarov İlham Əliyevi təbrik etdi - FOTO
"WhatsApp"da 3 YENİLİK!
Builki Həcc-in ÖZƏLLİKLƏRİ: Zəvvarlara sterilizə edilmiş daşlar paylanıb














