Azərbaycanda dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət torpaq sahələrinin özəlləşdirilməsi və icarəyə verilməsi zamanı qiymətlərin müəyyən edilməsinə dair yeni prosedur tətbiq olunacaq.
Day.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"də dəyişikliklər edib.
"Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"yə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri iki hissəyə - texniki pasportlarında göstərilmiş bina və əsaslı tikililərin altında yerləşən torpaq sahələri ( tikinti altındakı torpaq sahələri) və bu kateqoriyaya aid edilməyən torpaq sahələrinə (sərbəst torpaq sahələri) bölünür. Özəlləşdirilən tikintisi yarımçıq qalmış obyektlərə ayrılmış dövlət torpaq sahələri də iki hissəyə bölünür. Bura üzərində tikintisinə başlanılmış və tikintisi yarımçıq qalmış bina və əsaslı tikililərin altındakı torpaq sahələri (tikinti altındakı torpaq sahələri) və bu kateqoriyaya aid edilməyən torpaq sahələri (sərbəst torpaq sahələri) daxildir. Yeni prosedur qayda sərbəst torpaq sahələri ilə bağlıdır. Hazırda sərbəst torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən torpağın yerləşdiyi zonaya görə müəyyənləşdirilmiş əmsalı zonaların bazis qiymətinə vurulur. Məsələn, Bakı şəhəri üzrə şəhərin 12-ci zonasında yerləşən 100 kv.metr torpağın bazis qiyməti 400 manat, Sumqayıt və Gəncə şəhərlərinin 6-cı zonası, Abşeron rayonunun qəsəbə və kəndləri üzrə 90 manat, Naxçıvan, Xankəndi, Şirvan, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərlərinin 4-cü zonası üzrə 50 manat, Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Zaqatala və Göyçay şəhərlərinin 3-cü zonası üzr 40 manat, rayon mərkəzlərinin 2-ci zonası üzrə 30 manatdır. Tutaq ki, Bakıda 1-ci zonada yerləşən 100 kv.metr torpağın normativ qiyməti hesablanarkən bu zonaya görə müəyyənləşdirilmiş 8,7 əmsalı bazis qiymətinə, yəni 400 manata vurulur və 3480 manat qiymət müəyyən edilir.
Dəyişikliyə əsasən bundan sonra həmin torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq həyata keçiriləcək. Başqa sözlə, tutaq ki, Bakının 1-ci zonasında 100 kv.metr torpağın real bazar qiyməti 3480 manatdan bahadırsa, bu halda həmin torpaq sahələrinin qiymətləndirilməsi "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq həyata keçiriləcək və real qiymət müəyyənləşdiriləcək.
Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqının hesablanması proseduru da dəyişdiilib. Hazırda özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın normativ qiymətinin 10 faizi, respublikanın digər şəhər və rayonlarında icarə haqqı normativ qiymətlərin 5 faizi həcmində müəyyən edilir. Bundan sora isə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın normativ qiymətinin 10 faizi deyil, bazar dəyərinin 3 faizi, respublikanın digər şəhər və rayonlarında icarə haqqı normativ qiymətlərin 5 faizi deyil, bazar dəyərinin 2 faizi həcmində müəyyən ediləcək.
XƏBƏR LENTİ
Bu şagirdlər qəbul imtahanından azad olacaq-FOTO
Koronavirusun səthdə qalma müddəti 10 dəqiqəyə qədər artıb
Sabah QAZ OLMAYACAQ!
Səudiyyə Ərəbistanı qadınlarla bağlı daha bir QƏRAR verdi
Ən böyük şar yığını
Murad Dalkılıç və Hande Erçelin görüntüləri izləyiciləri sevindirdi-VİDEO
Sürücülərə XƏBƏRDARLIQ: "Diqqətli olun"
"Balıqqulağı" qəlyanaltısı (foto resept)
Dünyada İLK - Siçan Virusu
Türkiyədən Avstriyanın qərarına etiraz: səfir geri çağırıldı
Müğənni Hadisenin yeni klipi trend oldu-VİDEO
Vermeşilli kotlet
65 il sonra qovuşdular
Stress qırığı nədir?
İlklərin təbəssümü
Məşhur müğənni şalvarı ilə diqqət çəkdi-FOTO
Müqəddəs Kəbə Həccə hazırlanır
Yanan binadan köç başladı
Provans salatı (foto resept)
Azərbaycan dili - VIII dərs
Günün qoroskopu: Bədxərclik etməyin!
Uşaqlarla düzgün ünsiyyət qurmaq üçün tövsiyələr
Sinan Akçıl yoldaşının gəlinliyindən DANIŞDI
"Yuxu xəstəliyi"nə tutulmuş kənd sakinləri köçürüləcək
Yeməyini tülkü ilə paylaşdı, trend oldu - VİDEO
Alimlər kliniki ölüm zamanı "tunelin sonundakı işığ"ın sirrini açıblar
Xaçmazda zəlzələ baş verib
Aşura günü bunlar qadağan ediləcək - GENERALDAN AÇIQLAMA
Hava haqqında
Yann Tiersen
İtalyan Omleti - Frittata (foto-resepti)
Aktrisa FOTOsu ilə diqqət çəkdi
Yeni tədris ilində dərslər necə təşkil olunacaq? - VİDEO
4 həssas nöqtəyə 4 həssas qulluq
Kələm turşusu (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-14 Oktyabr
31 oktyabr tarixdə bu gün
Ermənistan və İran arasında vizasız səfərlərin tətbiqinə başlandı
Məşhur aktyor karantindən sonra ilk dəfə-FOTO
Hər gün bir-birindən fərqli oriqami hazırladı
Qadınların 44%-də olan xəstəlik
Rayon adamları Bakıda sosial ev ala bilməyəcəklər
Şeyma Subaşı və Fransız DJ-in VİDEOSU
Geyim seçərkən etdiyimiz səhvlər
Dünya tarixində ən varlı adamının adı açıqlandı
Süd verən anaların qidalanması
Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən 100-ü keçdi
İki gün qar uçqunu altında qalan uşaqlar xilas edildi-FOTO
669 bal topladı, universitetə qəbul ola bilmədi
Maraqlı təsadüf: ABŞ-da Kovid adlı dizayner pandemiyadan bir il əvvəl maskalı geyim təqdim edib