Hər il 20 sentyabr tarixi Azərbaycanda neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər günü kimi qeyd olunur.
Milli.Az "Report"a istinadən bildirir ki, bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.
Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında 8 ölkənin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, Yaponiya, Rusiya və Səudiyyə Ərəbistanı) 13 məşhur neft şirkəti (BP, SOCAR, "Amoco", "McDermott", "Unocal", "LUKoil", "Statoil", "Exxon", TPAO, "Pennzoil", "Itochu", "Ramco", "Delta") arasında müqavilənin imzalanması ilə bağlıdır.
Təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını alıb.
"AÇG" yatağı altı hasilat platformasından - "Çıraq-1", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli", "Qərbi Çıraq" və ən müasir texnologiyalarla təchiz edilmiş iki texnoloji emal, kompressiya, suvurma və texnoloji təchizat platformasından ibarət olan kompleksə malikdir.
"AÇG" yatağının işlənməsi bir neçə mərhələdə həyata keçirilib. "Çıraq-1" platformasında hasilata 1997-ci ildə, "Mərkəzi Azəri"də 2005-ci ilin əvvəlində, "Qərbi Azəri"də 2005-cı ilin dekabrında, "Şərqi Azəri"də 2006-cı ilin sonunda başlanılıb. AÇG-nin növbəti işlənmə mərhələsi olan "Dərinsulu Günəşli"dən (Faza-3) hasilat 2008-ci ilin aprel ayında başlanıb.
Sonuncu mərhələnin başlanması isə 2010-cu ildə sanksiya verilən "Çıraq" neft layihəsidir. "Qərbi Çıraq" platforması dənizin mövcud "Çıraq" və "Dərinsulu Günəşli" platformaları arasında quraşdırılıb və burada 2014-cü il yanvarın 28-də hasilat başlayıb.
Bu müqavilə ilə "AÇG"də hasil edilən neft Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri ilə dünya bazarlarına ixrac edilir.
"AÇG"də hazırda BP (operator - 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3 %), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8 %), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (2,7 %) paya malikdir.
Neftçilər günündə sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir, bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.
Milli.Az
XƏBƏR LENTİ
Azərbaycan və ABŞ arasında hava nəqliyyatı haqqında saziş təsdiq edildi
Əhməd Ağayevin anım günüdür
Flavia Desgranges van der Linden
Siçan ili bizə nə vəd edir?
Maydanda ötən gecə
Məşhur aktyor evləndi-FOTO
Sinqapur şirin-qazlı içkilərdən imtina edir-SƏBƏB
Qızı olanlara müjdə
Ledi Qaqa yenə diqqət mərkəzindədir-FOTO
Dünyanın ən uzun təyyarəsi hazırlanır
Taksi sürücüsü davranışı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Bakıda internet istifadəçilərinin sayı açıqlandı
Qara nöqtələr üçün maska
Bu gün Milli Teatr Günüdür
Səmada ifa: Pianoçu hamını heyrətləndirdi - VİDEO
Xoşbəxtlik bizim içimizdədir
Bu qız İnstagram-ın yeni ulduzudur
Yerindən tərpənmədən arıqlamağın yolu tapılıb
Bayram günü 39 dərəcə isti olacaq
Meyvə pəhrizi
Dağlıq Qarabağda baş verən son hadisələr AŞPA-nın yaz sessiyasında
Praqa Qradı (Praqa kremli)
Apple yeni şirkət alır
Öd kisəsi polipləri
Kələm salatı (foto resept)
Azərbaycan bu ölkələri geridə qoydu
Ukraynada ikinci Çernobıl faciəsi yaşana bilər?
Murat Boz ayrılıq haqqında-FOTO
Müharibədə şəhid olmuş və xəsarət almış hərbçilərin sığorta ödənişilə təmin olunma qaydası AÇIQLANDI
Ətdən imtina etdi xəstəxanalıq oldu-FOTO
Amerikada görüşən Ancelina Coli ilə Tuba Büyüküstünü nə birləşdirir? - FOTO
Peter Gerasimonun əsərləri
Sabahın HAVAsı
Düşmən Goranboy, Tərtər və Bərdəni atəşə tutur - RƏSMİ
Alişandan sürpriz evlilik təklifi
Hücuma keçən düşmən hərbçiləri məhv edildilər
Naomi Kempbel paylaşımı ilə diqqət çəkdi - FOTO
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”
Mətbəx mebelləri
Qara meşə tortu (foto resept)
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Koronavirus Niderlandda xaosa səbəb oldu
Kökəlməyin sirləri
"Qarabağ"a 1 milyon ayrıldı
Koronavirusa yoluxanların sayı 15 milyonu keçdi - STATİSTİKA
Tez-tez və isti su ilə çimənlərə XƏBƏRDARLIQ
Divar kağızları
Əsgər erməniləri niyə qırıb?
Kral ailəsində qalmaqal böyüyür-SƏBƏB
Məzəli şəkillər