Bu gün Azərbaycan estradasının tanınmış nümayəndəsi, xalq artisti Flora Kərimovanın 75 yaşı tamam olur.
Milli.Az xəbər verir ki, sənətkar aznews.az-a açıqlama verərək bildirib ki, yubiley mərasimini sentyabrda keçirəcək: "Yubileyimdir. 75 yaşım tamam olur, amma mən onu bu gün qeyd etməyəcəyəm. Bu gün Ağdamın işğalı günüdür. Bu səbəbdən yubiley mərasimi təxirə salındı. Sentyabrda qızım, oğlum gələcək, o zaman böyük bir tədbir keçirəcəyik. Cavan heyranlarım var, onlar mənim yubileyimi qeyd edir. Məni təbrik edən bütün dostlara təşəkkür edirəm".
F.Kərimova 75 il ərzində çətin tale yaşadığını vurğulayıb:
"Bilirsiniz, dönüb geriyə baxanda görürəm ki, çox çətin taleyim olub. Amma mənə olan səmimi münasibət bütün yaşadıqlarımı yadımdan çıxarır. Hamını başıma yığa bilirəm, xalqın qarşısında baş əyirəm. Bu millət bütün xalqlara hörmət edib və edəcək də".
"Azərbaycan mədəniyyəti və incəsənətində göstərdiyiniz xidmətlərə görə əməyiniz lazımınca qiymətləndirilibmi?" sualına sənətkar belə cavab verib:
"Mən ömrümdə heç kimlə alver etməmişəm, barterə getməmişəm. Mən vicdan sahibiyəm, mənəviyyat sahibiyəm. Mənəviyyatımı qorumağa çalışmışam. Vicdanıma xələl gətirən münasibəti yaxınıma qoymamışam. Ən başlıcası vicdanımı satmamışam, dəyişməmişəm. Bundan sonra da etməyəcəyəm, bu ağlıma da gəlməz. Bəlkə də buna görə xalqım mənə hörmət edir. İtirməkdən qorxduğum bir şey var, o da övladlarımın, millətimin sevgisi, inamıdır. Nə cənnətə susamışam, nə cəhənnəmdən qorxmuşam. Baş ağrısız yaşamaq mənim üçün böyük hədiyyədir. Təki millətimin gözündən düşməyim".
Milli.Az
Bənzər xəbərlər...
![](/sfiles/img/icons/news-icon.png)
XƏBƏR LENTİ
Qorbaçov ölüm yatağında
İstanbul baş prokuroru: "İstintaqa təzyiq edilmir"
Toy üçün möhtəşəm tortlar
Filippində güclü zəlzələ ölüb, ölənlər var
Azərbaycanda iş saatı dəyişdirilir
BÜRCLƏR bizə nə vəd edir?-30 noyabr
Bakıda uşaq musiqi məktəbi açıldı
Boşanma dövrünü rahat keçirmək üçün ...
Şəhid bacısı: “Dedi ki, gəl, səni bir də öpüm, birdən şəhid olaram” - VİDEOREPORTAJ
Uşaqlar üçün bədii film çəkilir
Ukrayna-Aİ arasında vizasız rejim başlandı
Ermənistanın əsir və girovluğundan azad edilmiş 12 nəfər - SİYAHI
Məşhur ginekoloq Azərbaycan qadınının problemlərindən danışdı
Sualtı dəniz muzeyi
Aleyna Tilkinin oxşarı-FOTO
İsmayıllı rayonu
Hamilə olmağın bədənimiz üçün faydaları
Kremldə koronavirusa yoluxma faktı
Çin dollar satışını məhdudlaşdırıb
Bu mesajlara aldanmayın! - FOTO
"Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi"
Güclü külək Azərbaycanın bölgələrində bir sıra fəsadlar törədib
Özge Ulusoy
FİFA prezidenti istefa verdi
Göz yaşlarının intiharı
Ayaqlara qulluq
Ziyafət donları
Azərbaycanın dühalarından biri: Altov
Güllərin rənginə görə mənası
Paris qan içində: 7 terror aktı, 153 ölü
May ayının qalibləri!
Körpənin çənəsi niyə əsir?
Ağstafa şəhəri
Yedəkləmə üzrə rekordçu minik avtomobili
Demet Akalın izləyicisini belə sudurdu-FOTO
Düyünün içindən 3 milyon pul çıxdı – FOTO
Yaxın 16 ildə mən nə edəcəyəm?
Dollar yenə bahalaşdı
İpoteka kreditlərində YENİLİK
Selena Qomez reklam qiymətini açıqladı - FOTO
Azərbaycanda neft hasilatı 2,8 dəfə artıb
Tələbə qız bir ilə 90 kq arıqladı
Qırışlar üçün cirə maskası
2017-ci ilin ilk ayının hava proqnozu AÇIQLANDI
Daha bir idmançımız Avropa Çempionu oldu
Çox yaşamaq istəyirsən? Ətdən uzaq dur
İlk baxışdan məhəbbət yalandır?
Sürücü səhərədək sərnişini gözlədi-SƏBƏB
Bakının mərkəzi bazar oldu
Körpələri öpmək niyə zərərlidir?
![](/sfiles/img/icons/valuable-icon.png)