Millət vəkili Qənirə Paşayeva Ruandanın Xarici işlər və Əməkdaşlıq naziri Louise Mushikiüabo və Gender və Ailə naziri Diane Gashumba ilə görüşüb. Trend-ə verilən məlumata görə, Azərbaycanın Ruanda ilə dostluğun inkişafına önəm verdiyini deyən millət vəkili onlara Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.
Q.Paşayeva Dağlıq Qarabağ münaqışəsi ətrafında son vəziyyətdən də danışıb və Ruandanın Xarici işlər və Əməkdaşlıq naziri Louise Mushikiüabo və Gender və Ailə naziri Diane Gashumbaya Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları,1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə aərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib.
O qeyd edib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.
Ruandanın da Azərbaycanla dostluğun inkişafına önəm verdiyini deyən Ruandanın Xarici işlər və Əməkdaşlıq naziri Louise Mushikiüabo və Gender və Ailə naziri Diane Gashumba iki ölkə arasında münasibətlərin inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdə və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb. Millət vəkili Ruandanın Xarici işlər və Əməkdaşlıq naziri Louise Mushikiüabo və Gender və Ailə naziri Diane Gashumbaya Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı materiallar da hədiyyə edib.
Mənbə: Trend.Az
XƏBƏR LENTİ
Bu gün atəşfəşanlıq olacaq
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
Batanları xilas etmək üçün “canlı zəncir” yaratdılar
Haluk Levent üsyan etdi: - "Nankorsunuz"
Astronomiyadan təsirlənən manikür
Azərbaycan tarixindən yüz şəxsiyyət-81
Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Ana südü çatışmırsa
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
Günün ulduz falı
Cinsi həyatınızın qayğısına qalın
Polis Akademiyasında oxumaq istəyirsiniz?
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Karma qanunu
Qurban Qurbanov koronavirusa yoluxub
“Uzunömürlülüklə məşğul olan elmi-tədqiqat mərkəzi yaradılmalıdır”
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Saç tökülməsinə qarşı maska
Mayli Sayrus toyu təxirə saldı-SƏBƏB
DİQQƏT: Bu yoqurtlar TƏHLÜKƏLİDİR - FOTO
Cavanlıq sirri qulaq arxasında gizlənib
Qədim dövrlərdə istifadə olunan 3 gözəllik üsulu
Rusiya şokdadır: rubl dibə vurdu
Ledi Qaqa Bakıya neçəyə gəldi?
Brüksel kələmli makaron (foto-resept)
Çin balqabağının nəyi yaxşıdır?
Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı
Nişanlılıq dövrü
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
Xəstəliklərin psixoloji səbəbi var!
Kokoslu peçenye (foto resept)
Ərikli bükmə (foto resept)
Leonardo Di Kaprio tanınmaz halda-FOTO
Sınaq imtahanında 2 nəfər 700 bal topladı
Virtual Mercedes real olacaq
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
Solyari dəri xərçəngi əmələ gətirir?
Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...
Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi
Azərbaycanlı gənc rəssamın “yaratdığı” Arda Turan
Azərbaycandan sərt etiraz
Antibiotiklər: yanlış fikirlər və reallıq
Dəbli pencəklər
Naxçıvana qar yağır - FOTO
Braxioplastika – qolların gərilməsi
İlham Əliyev Təhsil Nazirliyinə bir milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
BÜRCLƏR bizə nə vəd edir? - 13 Aprel
15 marşrutun dayanacaq məntəqəsi dəyişdirildi