Davudoğlu ilk olaraq baş qərargah rəisi ordu generalı Hulusi Akarla görüşüb. Görüş zamanı Akarla yanaşı milli müdafiə naziri İsmət Yılmazla da bir araya gəlib.
Ziyarət zamanı Davudoğlu nazir olduğu dönəmdə Türk Silahlı Qüvvələrinin bir çox çətin tapşırıqları uğurlu bir şəkildə yerinə yetirdiyini bildirib.
“Türkiyə dövlətinin əsas onurğa qurumlarından biri silahlı qüvvələrdir. Nazir olduğum dövrdə Türkiyə Silahlı Qüvvələri bir çox çətin tapşırıqları uğurla yerinə yetirib. Ətrafımızda münaqişə zonasında yaşayan bir çox dövlətlər təhlükəsizlik problemi ilə qarşılaşarkən Türkiyə təhlükəsizlik və demokratik sistem içərisində gələcəyinə parlaq şəkildə baxır. Bunun təminatçısı Türk Silahlı Qüvvələridir. 78 milyonun rahatlığını və təhlükəsizliyini gecə-gündüz durmadan qoruyan Türk Silahlı Qüvvələri varlığımızın ən vacib təminatçılarıdır”, - deyə Davudoğlu çıxışı zamanı söyləyib.
O, Silahlı Qüvvələrinin öz vəzifəsini nizam-intizam, vətən sevgisi, tapşırığın dərk edilməsi və millətə olan sevgisilə yerinə yetirdiyini vurğulayıb.Türkiyənin bir müddət əvvəl istefa verən baş naziri Əhməd Davudoğlu Bosniya-Herseqovina səfərindən dönərkən Ankaradakı taksi dayanacaqlarını ziyarət edib. Sürücülərlə söhbət edən baş nazir paxlava ilə çay içərək onların problemlərini dinləməklə yanaşı, dayanacağa gələn zənglərə də cavab verib.
Mənbə: ANS PRESS