Milli.Az Azərtac-a istinadən bildirir ki, o, "İland" telekanalının "Bizim ada" verilişinin tanınmış aparıcısı David Konn ilə söhbətində bildirib ki, bu gün dünyada siyasi, elmi, intellektual və biznes-elita nümayəndələrinin görüşdüyü belə intellektual məkan demək olar yoxdur. O deyib: "Dünyanın 140 ölkəsindən 1400-dən çox iştirakçı dünya birliyi üçün multikulturalizmin müqayisəli tədqiqi, qlobal vətəndaş təhsili, vətəndaş cəmiyyəti və biznes, sülh, təhlükəsizlik və inkişaf naminə birgə fəaliyyət, sülhə və terrorun qabağının alınmasına şərait yaratmaq, zorakı ekstremist təbliğatın qarşısının alınmasında jurnalistikanın rolu, informasiya mıəkanının qloballaşması şəraitində medianın aktual məsələləri kimi mühüm problemləri həll etməkdən ötrü BMT-nin himayəsi altında Bakıya toplaşmışdı".
İsrail eksperti aparıcı Konnun onun Azərbaycan XİN-in təşəbbüsü ilə ötən həftə xarici jurnalistlərlə birlikdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri ilə həmsərhəd Ağdam şəhərinin Çəmənli, Qaradağlı və Afaslı kəndləri ərazisindəki cəbhəyanı bölgəyə səfəri ilə bağlı sualın cavabında deyib: "Burada vəziyyət mürəkkəb və gərgindir. Yəqin ki, ən dəhşətlisi qeyri-müəyyənlikdir ki, o da burada xüsusilə hiss olunur. Burada nə müharibə, nə də sülh şəraiti olduğu üçün real şəkildə başa düşürsən ki, bu yerlər üçün atəşkəs rejimi anlayışı çox kövrək və zəifdir. Bir çox ekspertlər belə bir faktı vurğulayırlar ki, Ermənistan Respublikası təmas xəttində döyüşlərdə məğlubiyyətə uğradığı üçün belə çirkin addımlara əl atıb. 1990-cı illərin əvvəllərində olduğu kimi, yenə də mülki əhalini hədəfə alıb. Silahsız əhali ilə müharibə aparmaq isə ağır hərbi cinayətdir".
Sonra Ağdam şəhərinin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri ilə sərhəddə yerləşən Çəmənli, Qaradağlı və Afaslı kəndləri ərazisində cəbhəyanı zonanı, yerli sakinlərin raket və artilleriya mərmilərindən əziyyət çəkdiyini aydın göstərən videolentlər nümayiş etdirilib. A.Qut İsrailin "Zamanın çağırışları" informasiya-analitika saytının "Bizim ada" verilişində deyib: "Ağdam və Ağcabədi rayonlarında 500-dən çox evə ziyan dəyib, 100-dən çox ev tamamilə dağılıb. Mən evini və əmlakını itirmiş insanların faciəsini öz gözümlə gördüm. Amma insanlar ümidlərini itirməyiblər və indi də ümidlə yaşayırlar. Demək olar, hamı silaha sarılıb Vətənini, evini və ailəsini müdafiə etməyə hazır olduğunu bildirir. Qonşular tərəfindən bütün təhdidlərə baxmayaraq, onlar burada yaşayır, ev-eşik qurur və bacardıqları şəkildə erməni silahlı birləşmələrindən müdafiə olunurlar. Amma ümid edirlər ki, bu torpaqda əmin-amanlıq bərqərar olacaq. Bir israilli kimi, raket və artilleriya mərmilərinin nə demək olduğunu çox yaxşı başa düşürəm. Mən Ağdam, Tərtər və Ağcabədinin azərbaycanlı sakinlərinin ağrı-acısını və faciəsini bölüşürəm. Amma insanı təkcə təcavüzkarın yırtıcı siması deyil, həm də yalan və bəşəriyyət əleyhinə cinayətin cəzasızlığı ağrıdır".
İsrail eksperti qondarma "Dağlıq Qarabağ Respublikasının" Ermənistan tərəfindən tanınması imkanlarına toxunaraq bildirib ki, "DQR Ermənistan tərəfindən yaradılan separatçı oyuncaq terrorçu qurumdur. O deyib: "Tutaq ki, Ermənistan bu oyuncaq qurumu tanıdı, bəs sonra? Ermənistan bu yanlış addımı atsa, ilk növbədə beynəlxalq hüququn əsas norma və prinsiplərinə, danışıqlar prosesinə, ATƏT-in Minsk qrupuna və onun həmsədrlərinə hörmətsizlik nümayiş etdirəcək. Ermənistanın necə bir acınacaqlı iqtisadi durumda olduğunu biz hamımız çox yaxşı bilirik. Bu ölkə Cənubi Qafqazın ən asılı ölkəsidir və iqtisadi baxımdan erməni diasporunun xarici yardımından asılıdır. Bugünkü vəziyyətdə Ermənistanın müstəqil qərar qəbul etməsinə heç kəs yol verməyəcək. Dağlıq Qarabağın "müstəqilliyini" tanıdığı halda, Ermənistan özü münaqişə törədəcək, bununla da müharibə yoluna qədəm qoyacaq. Bu isə indiki Serj Sarkisyan rejiminin terrorçu mahiyyətini, beynəlxalq hüququn nizamnamələrinin bu rejim üçün yalnız kağız parçası olduğunu bir daha sübut edəcək".
A.Qut Azərbaycanın mövcud status-kvo ilə heç vaxt razılaşmayacağını bəyan etdiyini diqqətə çatdıraraq deyib: "Rəsmi Bakı sülh danışıqlarının başlanmasına hazırdır. Dünyada beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş normaları var. 1992-ci ildə Azərbaycan BMT-yə daxil olanda, Azərbaycan Respublikasının ərazi bütövlüyünün sarsılmazlığı və toxunulmazlığı təsdiq edilib. Bu gün Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Buna baxmayaraq, Azərbaycan danışıqlara hazırdır və qabaqca Ermənistandan Azərbaycanın Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən rayonların azad olunmasını tələb edir. Azərbaycan gələcəkdə Dağlıq Qarabağın status məsələsini həll etməyə və erməni əhaliyə Azərbaycan çərçivəsində dünyada olan ən yüksək muxtariyyət statusu verməyə hazırdır. Mən tez-tez Bakıda oluram və eşidirəm ki, Azərbaycanın Sarkisyan rejimindən əziyyət çəkən erməni xalqı ilə heç bir problemi yoxdur. Amma Cənubi Qafqazda ikinci erməni dövlətinin yaradılması qeyri-mümkündür. Dünya bunu başa düşür. Odur ki, dünya birliyi susmağa və Ermənistanın nazı ilə oynamağa son qoymalıdır".
Arye Qutun fikrincə, bu gün Ermənistan geosiyasi və geoiqtisadi təcriddədir. İsrail Prezidenti fikrini belə yekunlaşdırıb: "Bu ölkə faktiki olaraq öz inkişafının əsirinə çevrilib. Gələcəyə inanmayan gənclər ölkəni tərk edirlər. Sarkisyan rejiminin yürütdüyü siyasət nəticəsində ölkədə vur-tut 1,5 milyon adam ya qalıb, ya da qalmayıb. Bu rejim öz xalqına qarşı "ağ soyqırımı" həyata keçirir. İndi isə Azərbaycana baxın. Bu ölkə dünya birliyinə özünün konfessiyaların dinc yanaşı yaşaması nümunəsini, multikülturalizm və tolerantlıq modelini təklif edir. Azərbaycan Prezidenti İlham Əliyev dünya birliyinə daim multikulturalizm ideyaları ilə müraciət edir, bunu Azərbaycan xalqının həyat tərzi sayır və mən deyərdim ki, multikülturalizmi və tolerantlığı dövlət səviyyəsinə qaldırıb. Maraqlıdır, görəsən kimsə Ermənistan prezidentindən etnik ermənilərdən başqa, demək olar, heç kəsin yaşamadığı, 1988-ci ildə 250 min azərbaycanlının cəmi bir gecədə öz dədə-baba torpaqlarında qovulduğu monoetnik Ermənistanın multikulturalizmi haqqında bəyanatlar eşidibmi?"
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Ayaq ağrısı üçün məşqlər
Mobil rabitə operatorları təşvişdə...
Məşhur aparıcı koronavirusa yoluxdu
İranda gözəl olmaq da bir dərddir: işdən qovurlar
Qara noqtələrə son
Mükafatların verildiyi gün – RAMAZAN BAYRAMI
Yeni il gecəsi üçün makiyaj tövsiyələri
Rusiyadan ABŞ-a XƏBƏRDARLIQ
Putinin istirahət otağı ilk dəfə nümayiş olundu - VİDEO
Amerikanın köhnə yarası deşildi
Həftənin ilk iş günü yağış yağacaq
Duman
2014-cü ilin nişan üzükləri
Bundestaq erməni "soyqırımına" görə məhkəməyə verildi
Ebru Yaşar Serdar Ortaça dəstək oldu
Sürücülər qeydiyyat nişanı yerinə öz adlarını yazır
Azərbaycanda daha 20 nəfər koronavirusdan öldü: 2075 yeni yoluxma
Ordumuz düşməni öz silahı ilə vuracaq
Sobada pendirli makaron (foto resept)
TaTu qrupu illər sonra-FOTO
Yaşlarına rəğmən cavan nənələr
İstanbul-"Qız qalası" əfsanəsi
Söz yarası - mismar dəliyi
Rahatlıq bəxş edən yataq dəstləri
Baş Nazirdən təhsillə bağlı QƏRAR
Ətli pomidor souslu spagetti (video-resept)
Nurgül Yeşilçay ideal bədən ölçülərinə qovuşdu - FOTO
Dünyada ən minimalist telefon təqdim olundu
Sorğu nəticəsinə əsasən Hillari Klinton Donald Trampı 11% qabaqlayır
Göz ətrafı qırışlarla mübarizə aparan 3 üsul
Möhtəşəm don modelləri
Paltolar
Minlərlə insan vağzalda qaldı
1 günə izləyicilərinin sayı 2 milyona çatdı - FOTO
Milli Sevgililər Günü
Pendirli pomidor dolması (foto-resept)
Günün ulduz falı
Leyla Əliyeva qızını belə təbrik etdi - FOTO
Buxar maskasının faydaları
Bağlanmış banklardakı əmanətlərin qaytarılması ilə bağlı VACİB AÇIQLAMA
Göstəriş: "Ancaq kartı olanlarla işləyin"
Prezident : "Həkimlərin peşəkarlığı, bilikləri artmalıdır"
Ermənilər cəbhə bölgəsində çəkiliş aparan jurnalistləri atəşə tutdular - VİDEO
Rosalianın sevimli kostyumları
"Survivor"da gecə saatlarında - Yer silkələndi-VİDEO
Hansı daha vacibdir?
Boks üzrə Azərbaycan çempionatında ilk dəfə
Sandra Bullock kimi yaşlanmağa qalib gəlin
Epidemioloq Sergey Kravçenko: “Pandemiyanın “üçüncü dalğası” yoxdur” - MÜSAHİBƏ
Dünya çempionu ilk məğlubiyyətdən sonra boksu tərk etdi