Azərbaycanda bütün qan qrupları üzrə qan ehtiyatı var, lakin daha çox ehtiyat 1 və 2-ci qruplar üzrədir, 3 və 4-cü qruplar üzrə qan ehtiyatı isə daha azdır. Bunu Trend-ə B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Z.Əlimirzəyeva bunu dünyada da insanlar arasında ən çox rast gəlinən qan qrupunun 1 və 2-ci qrup olması ilə izah edib.
İnstitut direktorunun sözlərinə görə, rezus mənfiyə nisbətən rezus müsbət qan ehtiyatı daha çoxdur. Bu göstəricinin bütün dünyada belə olduğunu deyən Z.Əlimirzəyeva bunu da insanların 85 faizində qanın rezus müsbət, 15 faizində isə rezus mənfi olması ilə əlaqələndirib: "Qanda rezusun mənfi-müsbətliyi müəyyən antigenlərin olub-olmaması ilə bağlıdır. İnsanın sağlamlığı üçün qan qrupunun mənfi və ya müsbət olmasının heç bir əhəmiyyəti yoxdur, amma qan köçürmədə onun əhəmiyyəti var. Ona görə də rezus mənfi qan ehtiyatı az olur, çünki əhali arasında da ona az rast gəlinir".
Onun sözlərinə görə, fövqəladə hallara görə qan ehtiyatı hər zaman olmalıdır. Buna görə də Mərkəzi Qan Bankında daim tükənməyən qan ehtiyatı saxlanılır və bu qan ehtiyatı daim yenilənir: "Qanın eritrosit kütləsinin saxlanma müddəti 42 günədək, plazmanın saxlanma müddəti isə daha çoxdur. Buna baxmayaraq, qan ehtiyatı daim yenilənir. Bu məqsədlə də mütəmadi olaraq qanvermə aksiyaları keçirilir".
İnstitut direktoru əlavə edib ki, son 4 ildə Azərbaycanda donorların sayı 20 min nəfər artıb. 2015-ci ildə 75 184 nəfər donorluq edərək qan verib: "Əgər insan təmənnalı qan verirsə, o özünün hansısa xəstəliyini açıb deməyə bilər. Ancaq təhlükəsiz qan üçün könüllü donorluq vacibdir. Ümumdünya Səhiyyə Təşkilatının proqramına əsasən, 2020-ci ilədək bütün ölkələr təmənnasız, mütəmadi donorluğa nail olmalıdırlar. Çünki könüllü donorluq təhlükəsiz qan deməkdir".
Z.Əlimirzəyeva bildirib ki, təhlükəsiz qan əldə etməkdən ötrü Azərbaycanda da donor olmaq üçün müraciət edənlərə xüsusi sorğu vərəqi təqdim edilir. Həmin vərəqdə müraciət edən şəxsə onun uşaqlıqda hansı xəstəlik, əməliyyat keçirməsi, hansısa ölkədə olması və s. barədə suallar verilir: "Əgər donor yaxın vaxtlarda xaricdə olubsa, ondan qan götürülmür. Çünki həmin şəxs tanımadığımız infeksiyaya yoluxa, o da müayinə zamanı özünü göstərməyə bilər".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Bürclərə görə ev dekorasiyası (1)
Dahilərdən gözəl sözlər - 14
Fəlakət: ən böyük göl qurudu
Günün ulduz falı
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Qazaxıstan Azərbaycanla məhkumların təhvil verilməsi haqqında müqaviləyə düzəlişləri parafladı
“İmtahanların vaxtı gələn həftə elan ediləcək”
İngilis dili-Pp
Permdə doğulan Ömər Xəyyam
Dərini canlandıran maskalar
Bakı vaxtı: saatların sirləri
Günün ulduz falı - 02.12.2013
Mətbəxdə tapa biləcəyiniz nəmləndiricilər
Şuşanın azadlığını Qurani Kərim, namaz və tortla qeyd etdilər - VİDEO
Hande Erçel anasının donoru olacaq - FOTO
Oruc tutarkən çox susamamaq üçün nə etməli?
Azyaşlı qız prezidenti kədərləndirdi
Səhv diaqnoz həyatını məhv etdi-FOTO
Beynindən qurd çıxarıldı-FOTO
Riqa sammiti: əsassız ümidlər, siyasi boşluq və Azərbaycanın məxsusi fikri
Türkiyədə polislərə daha bir hücum: 4 ölü
HAVA necə olacaq?- 4 fevral
Sobada somon balığı (foto-resept)
Dəbli ayaqqabılar
İlon Mask dünyanın dördüncü ən varlı insanı oldu
Bu çəkmə minada partlamır
Şəhid ailələrinə Bakıda və daha 2 rayonda mənzil veriləcək-SİYAHI
"Halal" markaları əslində...
Cardi Bi Bakıdakı konserti haqqında danışdı-FOTO
Uşaqlar üçün gecə torbası
Özcan Deniz 9 ildən sonra İlk Dəfə
Yıldız Tilbe sevənlərini təəccübləndirdi-FOTO
İlham Əliyev: 100 illik qazımız var
Yenidoğulmuşlar arasında inkişaf qüsurları erkən aşkarlanacaq
Hava xəbərdarlığı - küləkli hava olacaq
Hər kəs "Atiye" serialının bu səhnəsindən danışır
"Sevən ürək" tortu (foto-resept)
Çantalar
Ölkədə mövsümi yarmarkaların fəaliyyəti dayandırıldı
Tərləyəndə çəki azalırmı?
Məktəbəhazırlıq qruplarındakı uşaqlara I sinifdə də eyni müəllim dərs keçəcək?
Günün qoroskopu:Fikrinizi cəmləyin!
Abituriyentlərin qeydiyyat müddəti bu gün bitir
Ebru Gündeş 1 milyonluq maşın aldı_FOTO
Ən az 6 ay əmizdirərək diabetdən qorun
Jurnalistin canlı yayımda ürəyi getdi - VİDEO
Cəbhə xəttində son vəziyyət: şiddətli atışma başlayıb
Qulaqlıqla musiqi dinləmənin zərərləri
Uzun cins ətəklər
Putinin Qarabağı Əliyevə güzəştə getməsinin səbəbi















- ŞƏRHLƏR