Yunanıstanın paytaxtı Afinadakı “Ideal Cinema” kinoteatrında ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan beynəlxalq mükafatlar laureatı “Endless Corridor” (“Sonsuz dəhliz”) adlı sənədli filmin nümayişi və “Khojaly Witness of a war crime – Armenia in the Dock” (“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”) kitabının təqdimatı keçirilib.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə,“Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycanın Yunanıstandakı səfirliyi və TEAS tərəfindən təşkil edilmiş anım gecəsi 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilib. Qətliam nəticəsində 613 Xocalı sakini ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Həlak olanlar arasında 106 qadın, 63 uşaq və 70 qoca da vardı.Yunanıstanın ictimai-siyasi xadimləri, diplomatlar və mətbuat nümayəndələri də daxil olmaqla 120 nəfərlik auditoriya qarşısında çıxış edən Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev deyib:
“Azərbaycan illər boyu beynəlxalq ictimaiyyəti təsirləndirmək və Xocalıda baş vermiş mülki vətəndaşların soyqırımına gətirib çıxaran hadisələr barədə həqiqəti çatdırmaq üçün böyük kampaniyalar keçirərək, hökumət və milli parlamentləri bu faciəvi hadisələrə düzgün siyasi və hüquqi qiymət vermələrinə çağırır. Belə ki, Xocalıda baş vermiş vəhşiliklərin miqyasının dünya ictimaiyyətinə çatdırılması üçün 8 may 2008-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası başlanıb. Kampaniya Yunanıstan da daxil olmaqla 30-dan artıq ölkədə 100 mindən artıq insanın və 100-dən artıq milli qrup və assosiasiyanın iştirakı ilə həyata keçirilib.
Fürsətdən istifadə edərək sizdən, Yunanıstan xalqından “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək verməyinizi rica edirəm. Gərək biz hamımız milli şovinizm ideologiyasına qarşı birgə mübarizə aparaq. Bu faciəvi hadisələrə siyasi qiymətin verilməsi, təkcə qətlə yetirilmiş və yaralanmış azərbaycanlıların xatirəsi üçün vacib deyil. Bu, dünya ictimaiyyətinin bu cür faciələrin bir daha təkrarlanmasına yol verməməsi üçün vacibdir”.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
I sinifə qəbul üçün onlayn müsahibələrə start verildi
Cennifer Lopez səhnədə yıxıldı - VİDEO
Zoğal kompotu (foto resept)
Xocalı meşəsi salındı
Foqts yeni müqavilədən danışdı
Yataq otağı mebelləri
Şəriətdə müzaf su deyərkən nə nəzərdə tutulur?
Dünyada İLK: Yeni televizorlar gəlir - FOTO
Tavada dana əti (video-resept)
Uşaqlar üçün papaqlar
Rəngarəng dəst geyimlər
İnsanın görmək istəyəcəyi 10 mükəmməl foto
Ajda Pekkan hamiləlik xəbərləri ilə hər kəsi təəccübləndirdi
Ölkədə nə bahalaşıb, nə ucuzlaşıb? - FOTO
“Dünyanın ən yaxşı futbolçusu özüməm”
Azərbaycanlı professor koronavirusa qarşı vaksin hazırlayır
Öpüşmə bəzi mikroblara qarşı immunitet yaradır
Moruqlu soyuq tort (foto resept)
Hacıqabul gölündəki flaminqolar...
Daha bir serialın yayımı dayandırıldı
Ağdamda “Yallı” rəqsi ifa edən əsgərlərimiz - VİDEO
Uşağı kimə verməli?
Bakıda güclü partlayış
İlham Əliyev bəyanat verdi
Ordumuz dünyanın ən güclüləri sırasında
Magistratura və rezidenturaya qəbul imtahanlarının I mərhələsi keçirilir
Girovlarımızı burda tuturlar
Beynin ən yaxşı işlədiyi yaş
Yeni polis bölməsində yalnız robotlar işləyəcək
Heydi Klum hər kəsi təəccübləndirdi-FOTO
Hande Ataizi hər kəsi təəccübləndirdi-FOTO
Riyaziyyat və din arasındakı körpü - 3
Şokoladlı türk qəhvəsi (foto-resept)
Vaxtında çəkilmiş şəkillər
Dünyanın ən gənc milyarderi artıq subaydır
Tuba hamam səhnəsi ilə gündəmə gəldi - VDİEO
Dəniz daşlarından hazırlanmış bəzək əşyaları (1)
Bu ayaqqabılar satış rekordu qırır - FOTO
Şirinbiyan haqqında bilmədiklərimiz (1)
Təbii antibiotiklər
Sabah yağış yağacaq, şimşək çaxacaq
Rusiyada koronavirusa yoluxma faktı aşkarlandı
Azərbaycan köhnə avtomobillərdən təmizlənir?
Qeyri-adi gözəllik məhsulları
"Xəzər status qazanmağa yaxındır?"
34 azərbaycanlı Ermənistan və Dağlıq Qarabağda saxlanılır
Olimpiya məşəli tarixdə ilk dəfə açıq kosmosa çıxarıldı
"Cəbhədə əsl müharibə gedir..."
Möcüzəvi saçlı bacılar
BÜRCLƏR bizə nə vəd edir?-18 yanvar