Fevralın 19-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Fransa Senatının Yuxarı Departamentindən olan senatoru, Fransa-Qafqaz dostluq qrupunun üzvü Jan-Mari Bokelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli.Az -a istinadən bildirir ki, Fransa Senatının üzvlərini Bakıda görməkdən məmnun olduğunu bildirən Azərbaycanın birini xanımı Mehriban Əliyeva nümayəndə heyətinin bu səfərinin Azərbaycan-Fransa əməkdaşlığının daha da möhkəmlənməsinə, xüsusilə də parlamentlərarası əlaqələrin genişlənməsinə töhfə verəcəyini vurğuladı. Mehriban Əliyeva ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə güclü əməkdaşlığın olduğunu, əlaqələrin yaxşı templərlə inkişaf etdiyini bildirdi. Qeyd etdi ki, əməkdaşlığın yüksək səviyyəyə çatmasında Fransa Senatının üzvlərinin, həmçinin Azərbaycanın Fransadakı dostlarının və Fransa- Azərbaycan dostluq qrupunun üzvlərinin əməyi böyükdür. Dostluq qrupunun əsas məqsədi Azərbaycan reallıqlarını Fransa ictimaiyyətinə çatdırmaqdır.
"Şadam ki, birgə fəaliyyətimiz nəticəsində son illər bir çox uğurlara nail olmuşuq. Bu illər ərzində Fransa və Azərbaycanın 12 regionu və şəhəri arasında qardaşlaşma və əməkdaşlıq haqqında sənədlər imzalanıb", - deyən Mehriban Əliyeva ölkəmizdə Fransız Liseyinin fəaliyyət göstərdiyini, bu il Fransa Universitetinin açılışının nəzərdə tutulduğunu da qonaqların diqqətinə çatdırdı.
Heydər Əliyev Fondunun prezidenti Fransada Azərbaycan mədəniyyəti ilə bağlı müxtəlif tədbirlərin təşkil olunduğunu, bu il də belə tədbirlərin keçiriləcəyini bildirərək, bütün bunların ölkəmizin daha yaxşı tanıdılmasına xidmət etdiyini vurğuladı. Ölkəmizə səfər edən Fransa Senatı üzvlərinin paytaxtla yanaşı, regionlarımıza da səfər edəcəklərini məmnunluqla qeyd edən Azərbaycanın birinci xanımı səfər zamanı qonaqların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş insanlarla görüşəcəklərini dedi. Azərbaycanın 20 ildən çoxdur ki, münaqişənin sülh yolu ilə həllinə çalışdığını diqqətə çatdıran Mehriban Əliyeva danışıqların heç bir nəticə vermədiyini təəssüflə vurğuladı. Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri bildirdi ki, Azərbaycan dövləti bu məsələdə Fransanın dəstəyini yüksək qiymətləndirir.
"Mövqeyimiz bəllidir: bizim digər ölkənin torpaqlarına iddiamız yoxdur. Biz Azərbaycan torpaqlarının azad olunmasını, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını istəyirik", - deyən Mehriban Əliyeva Fransada güclü erməni lobbisinin fəaliyyət göstərməsindən danışdı və vurğuladı ki, onların əsas məqsədi Azərbaycan haqqında yalan informasiya yaymaqdır. Dostluq qrupunun məqsədi isə Fransa ictimaiyyətini həqiqətlərlə tanış etməkdir. Mehriban Əliyeva bu işdə göstərilən dəstəyə görə Fransa Senatının üzvlərinə təşəkkürünü bildirdi.Fransa Senatının üzvü Jan Mari-Bokel Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində rolunu yüksək qiymətləndirdi.
Görüşdə xatirə şəkli çəkdirildi.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Hava haqqında
Qəbələdə torpaqla bağlı sənədlər vətəndaşlara təqdim olundu
Nevrozu necə müalicə etmək olar?
Hava haqqında - 20.02.2014
Türkiyə Azərbaycana yeni səfir təyin etdi
Məşhur aktrisa canlı yayımda utandı
Castin illər sonra Selena Gomez haqqında danışdı
EMİN: "Seçim qarşısında qalsam, biznesi seçərdim"
Körpənizin otağına hansı rəng uyğundur?
Azərbaycanda mobil operatorlar danışıq qiymətlərini ucuzlaşdıracaq
Boğulma riski yüksək olan çimərliklər
Mübariz Mənsimov QƏRAR VERDİ - "Xəzər Lənkəran" fəaliyyətini dayandırdı
İdman zalında çəkilən qəribə şəkillər
Mark Zukerberqə heykəl qoyuldu
Əgər nəqliyyat vasitələri sizi tutursa
Milli Assambleyanın deputatı təxribatçı qətnamənin qəbulu “prosesini” ifşa etdi
90 kq arıqlayan qadın: "Çox pis vəziyyətdəyəm"
Arıqladan südlü yaşıl çay
Əfsanəvi aktyor karyerası ilə vidalaşır
Əsrin ən böyük kometası gəlir
Prezident fərman imzaladı
24 saat dayanmadan spirtli içki içdi bu hala düşdü-FOTO
Türkiyədən Azərbaycana möhtəşəm jest - 100 illiyin şərəfinə pul - FOTO
İngiltərə krallığının iqamətgahı
Həyat yoldaşını qıdıqlamaqla onun həyatını xilas etdi – FOTO
“Harry Potter”in rəsmi mağazası açılacaq
Bu planetdə külək səsdən daha sürətli əsir
Mübahisələrdən sonra
Vaxtı keçmiş məhsullar doğrudanmı zərərlidir?
Sağlam və parlaq saçlar üçün bal qarışımı
Aslı Enver yeni reklama çəkildi-FOTO
Yamandan Demetlə sevgili olmasına münasibət
Bakıda yollar buz bağladı
Facebook-da "təmizlik" başlanır
Seyran Ohanyan Şuşa döyüşləri barədə: “Vuruşsaq da, yenə də məğlub olduq”
Nazirlər toplanırlar - Türkiyədə
Azərbaycanda daha 38 nəfər koronavirusdan öldü: 1428 yeni yoluxma
“Jazz”-ın yaranması
Monika Belluçi imicini dəyişdi-FOTO
Sabahın HAVAsı
Yaşamaq üçün ən yaxşı şəhər seçildi
"Baunti" şokoladlı keks (foto resept)
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Hicablı xanımlar üçün ziyafət geyimləri
Maraqlı dizayn nümunələri
Evsiz ailələrə çox vacib xəbər
Dollarla kredit ləğv edilə bilərmi?
İlk hamiləlikdə yaranan suallar
Giorgi Marqvelaşvili seçicilərin 65 faizinin dəstəyini qazanıb
Ən kiçik güzgü hazırlandı














