"İntihar nəticədir, səbəblər araşdırılmalıdır, intiharın qarşısını son ana qədər ala bilmək mümkündür"...
Milli.Az APA-ya istinadən bildirir ki, bunu sosioloq Cavid İmamoğlu deyib.
Qonaq Azərbaycanda intihar hadisələrinin araşdırılmadığını deyib: "Ölkəmizdə intihar statistikasına təsir edən ən böyük faktorlardan biri də intiharın latent səviyyədə getməsidir. Bir çox ailələr sırf mentalitet faktoruna görə intihar faktını gizlədirlər. Dünyada intihar ölümün 3-cü səbəbidir, Azərbaycanda da bu trendə meyl çoxalır. İntiharın daxili və xarici faktorları mənəvi, psixoloji, mental, sosial, ekoloji, ailə və sair amillərdir".
Cavid İmamoğlu intiharı ictimai səhiyyə problemi hesab edir: "İntihar etmək dərəcəsində olan insanlara sosial dəstək göstərilmir. Bir çox hallarda intihar etmək istəyən insanlar bizim yanımızda olur, biz onların verdiyi mesajları başa düşmürük. İntihar çarəsizlikdir, qarşıdakı problemi idarə edə bilməyən insan stressə düşür, dəstək gözləyir, bu dəstək daxildən və ya kənardan gəlməlidir. Bu dəstəyi görməyən insan sonda özünə qəsd etməyi çıxış yolu kimi seçir. İntihar edən üçün ən son anda bir ümidin yaranması kifayət edər ki, insanı həyata qaytarsın. Bizim cəmiyyətimizdə sosial dəstək çatışmır. Bütün müəssisələrdə sosial işçi olmalıdır, onlar başqalarının görə bilmədiyi məqamları görür, böhranlı halları üzə çıxarır, prosesə dəstək göstərir. Təəssüflər olsun ki, bu məsələ problem hələ də qalır. Bu sosial dəstək faktoru olmadıqca intihar da problem olaraq genişlənir".
Sosioloq yeniyetmə və uşaq intiharlarının səbəblərindən də danışıb: "14-24 yaş arası keçid mərhələsi hesab olunur. Yeni həyat bacarıqları tələb olunan məqamda yeniyetmələrə dəstək verilmədiyi vaxtda çətinlikləri idarə edə bilmirlər. Məktəb imtahanları, sevgi, ailədaxili münaqişələr uşağın özünə qapanmasına, depressiv vəziyyətə düşməsinə səbəb olur. Bu vaxt uşaq özünə təqlid modeli kimi intihar yolunu seçir. Böhran vəziyyətində olan uşaq üçün hər hansı intihar görüntüsü təqlid modelidir. Ona görə də ictimai səhiyyə ilə məşğul olan insanlar ilk növbədə medianın intihar xəbərləri verməsinin yeri və rolu mövzusunda müzakirələr aparırlar. İntihar xəbərləri cəmiyyətdən gizlədilməməlidir, amma bu xəbərlərin verilmə etikası var. Belə mövzuda xəbər və ya müsahibə hazırlananda mütləq psixoloqla məsləhətləşmək lazımdır. Bu işin etikası belədir ki, intihar baş vermiş ailədən müsahibə alınacaqsa, mütləq ailə həkiminin, ailə psixoloqunun rəyi nəzərə alınmalıdır. Çünki ailə artıq böhranlı vəziyyətdədir. Təəssüflər olsun ki, bu gün Azərbaycan reallığında intihar təqlid modeli kimi yayılır. Reytinq arxasınca qaçan sosial medianın hazırladığı "şok olay", "şok görüntü" başlıqları, intihar edənin şəkli, bizim cəmiyyəti böyük bir fəsada salır. ABŞ-da xüsusilə də uşaqlar arasında intihar halları çoxdur. Ümumi proses onu göstərir ki, Azərbaycan reallığında bu gün intiharın yaşı sürətlə yenilənir. Çünki uşaqlar bu gün qloballaşma təsiri altındadır, dünyada gedən prosesdən kənar qalmırlar".
Cavid İmamoğlu kişilərin daha çox intihar etməsindən də danışıb: "İntiharda gender faktoru xüsusi rol oynayır. Azərbaycanda kişiyə aid stereotiplər var, məsələn kişi ağlamaz, dərdini danışmaz, kişi dözər, amma qadın ağlayar, dərdini paylaşar. Bu sosial təsirlər intihara da təsir edir. Bu miflər dağılmalıdır ki, intihar faktorları da fərqli olsun. Kişilər və qadınlar arasında mental xüsusiyyətlər də fərqlidir, genetik və sosial faktorlar da var. Azərbaycan kişisinin bu gün intihara meylli olmasının səbəbi sosial, iqtisadi faktordur".
Qonaq yeniyetmə intiharlarının qarşısını almağın mümkün olduğunu deyib: "Yeniyetmələr həyati bacarıqlara yiyələnə bilmir. Uşağın ətrafında elə mühit formalaşmalıdır ki, onun məktəbi, şəhərin, kəndin icrası, bələdiyyəsi, məktəbdənkənar müəssisələr hamısı elə bir şərait yaratmalıdır ki, uşaq stressi tək daşımasın. İnsan o zaman stressə düşür ki, qarşısına çıxan çətinliyi idarə edə bilmir. Uşaqların daxilindəki potensial ortaya çıxsa, uşaq hər bir prosesi zövqlə yaşayacaq. İntiharın səbəbləri qabardılmalıdır, intihar nəticədir. İntihar sona qədər qarşısı alına biləcək fenomendir. Azərbaycan reallığında bu məsələləri həll eləmək çox asandır, çünki cəmiyyətimiz yardımlaşmağa meylli cəmiyyətdir. Bizdə olan ictimai ruh, Azərbaycan insanının mənəviyyatı, islamda olan dəyərlər intihara meylli yeniyetməyə təsir etmək üçün kifayətdir".
Ekspertin sözlərinə görə, intiharı edəcək şəxs əvvəldən bu barədə siqnallar verir: "Ətrafımızda olan insanların intihara meylli olduğunu bir çox faktorlarla görə bilərik. Həmin insan yuxusuzluqdan əziyyət çəkə bilər, iştahasız, stressli olar. Ölmək istədiyini tez-tez dilə gətirə bilər. Bu kimi mesajları görəndə artıq valideynlər hərəkətə keçməlidir".
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Arıqlamaq üçün məsləhətlər(2)
Azərbaycanda daha 338 nəfərin koronavirusa yoluxduğu aşkarlandı
Bütün Yerdə pulsuz internet olacaq?
BÜRCLƏR bizə nə vəd edir?- 6 fevral
Sarımsaq haqqında bilmədiklərimiz
Ebola bitmədi
Serdar Ortaç koronavirusa yoluxub?
Uşaqların məktəblərə qəbulunda yeni qaydalar
Hazalla Burak arasında QALMAQAL- FOTO
Səyyar ASAN xidmət bu rayonlara gəlir
"Arka Sokaklar"da 13 il sonra ayrılıq - FOTO
Sibel Canın FOTOsu diqqət çəkdi
Buz bağlamış Venesiya - FOTOSESSİYA
İraq ordusu dinc sakinləri Mosulun tarixi mərkəzini tərk etməyə çağırıb
Burakın aktyorluq karyerası ilə bağlı hər şey məlum oldu
Ehtiyatlı olun: WhatsApp virus yayır
II Avropa Oyunları Niderlandda keçiriləcək
Kartoflu ispanaq kotleti (foto resept)
I siniflərə şagirdlərin qəbulu başlayır
Rusiyanın müdafiə naziri koronavirusa qarşı peyvənd vurdurdu
Pərəstişkarı Muradla Aslının barışığını sübut etdi - FOTO
İdmançımız finişə hamıdan tez çatdı
TQDK bu gün qəbul imtahanının nəticələrini açıqlayacaq
Brus Uillis 4 milyonluq ev aldı - FOTO
Günün qoroskopu:Maddi perspektivlərinizi dəqiqləşdirin
Günün qoroskopu: Atdığınız addımları təhlil edin
Beyinlər niyə axır?
HAVA necə olacaq?-31 yanvar
Ziyafət üçün baş örtükləri
DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ
Turşməzə piroq (foto resept)
Prezident başsağlığı verdi
Putindən ərəbləri şoka salan qərar
Yaşayış yeri haqqında arayış elektronlaşdı
Mehriban Əliyeva pomidor-yumurtanı necə bişirib?
Lotereyada $4 milyon uddu
55 ölkə Bakını izləyəcək
Alimlər 2020-ci ilin iqlim müşahidəsi tarixində ən isti beşliyə daxil olacağını proqnozlaşdırırlar
Facebookun qurucusu ata oldu
Yaxşı dostun hansı xüsusiyyətləri olmalıdır?
Cəmi iki uşağınız var? Nahaq...
Azərbaycanda işsizlərə sığorta pulu veriləcək
11 sentyabr”da kral izi
80-cı illərin saç sancağı geri qayıtdı
İşğaldan azad olunmuş ərazilərdəki keçmiş erməni postlarından reportaj - VİDEO
Sərnişinlərə vəd: "Mütləq dəyişdiriləcək"
Bunları bilirsinizmi?
"Yutub"u BAДћLADILAR - Məhəmməd peyğəmbəri təhqir etdiyi üçün...
Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM
HAVA necə olacaq? 6 İyul















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]