Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Kollegiyasının 29 dekabr 2015-ci il tarixli 9 nömrəli qərarı ilə 2016-cı ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq olunub. ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, iş vaxtı norması və İstehsalat təqvimi mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi məqsədinə xidmət edir.
İş vaxtı normasında bildirilir ki, Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 24 dekabr 2015-ci il tarixli 402 nömrəli qərarına əsasən, 2016-cı ildə 1-2 yanvar (Yeni il bayramı), 20 Yanvar (Ümumxalq hüzn günü), 8 Mart (Qadınlar günü), 20, 21 , 22, 23, 24 mart (Novruz bayramı), 9 May (Faşizm üzərində Qələbə günü), 28 May (Respublika günü), 15 İyun (Azərbaycan xalqının Milli Qurtuluş günü), 26 İyun (Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü), 6, 7 iyul (Ramazan bayramı), 12, 13 sentyabr (Qurban bayramı), 9 Noyabr (Azərbaycan Respublikasının Dövlət Bayrağı günü), 31 Dekabr (Dünya Azərbaycanlılarının Həmrəyliyi günü) iş günü hesab edilmir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 402 nömrəli qərarına əsasən 2016-cı ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 25 mart, 30 may, 27 iyun, altıgünlük iş həftəsində isə 25 mart və 27 iyun tarixləri istirahət günləridir.
Sənədə əsasən, 2016-cı ilin fevral ayı 29 təqvim günündən ibarət olduğuna görə il 366 təqvim günündən ibarət olacaq.
Gələn ildə beşgünlük iş həftəsində 243 iş günü (onlardan 6-sı bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan, 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən həftələrarası istirahət günlərinin əvəzinə verilən istirahət günləri), iş günü hesab edilməyən 18 bayram günü (5-i istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü vardır.
Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən, ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Növbəti ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. Bu zaman Məcəllənin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.
Qanunvericiliyə uyğun olaraq 2016-cı il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1937 saat təşkil edəcək. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq tətbiq edilən bir istirahət günü olan altıgünlük iş həftəsi və müəyyən qeydiyyat (uçot) dövrü üçün növbə cədvəlləri beşgünlük iş həftəsinin həmin dövr üzrə iş vaxtı normasına riayət edilməklə tərtib olunur. Əmək Məcəlləsinin 90-cı və 108-ci maddələrinə əsasən altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə sonrakı gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz. Məcəllənin 91-ci, 92-ci və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və Ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2016-cı ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1937 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları, altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.
2016-cı ilin İş vaxtı norması və İstehsalat təqvimi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının (www.mlspp.gov.az/) ön səhifəsindəki "2016-cı ilin istehsalat təqvimi" bölməsində ətraflı tanış ola bilərsiniz.
Milli.Az
XƏBƏR LENTİ
“Instagram”da YENİLİK
Yeməkdən dərhal sonra dişlərinizi fırçalamayın
Məşhur cütlüyə reklama çəkilmələri üçün 3 milyon verəcəklər
Bir gündə 53 nəfərin koronavirusa yoluxduğu məhəllədə son vəziyyət - VİDEOREPORTAJ
Hülya Avşar 350 gəncə iş verib
2013 gəlinlik modelləri
Hava haqqında - 27.12.2013
Yuxudan doymamağın SƏBƏBİ NƏDİR? - ALİM RƏYİ
Vətən Müharibəsi qazisi: “Azərbaycanca “kəşfiyyatdır, atmayın” deyib, bizi aldatdılar” - VİDEO
Yay istirahətinə gedən kişilər genofonda zərbə vuran xəstəliklərlə qayıdırlar
Goranboyda maraqlı toy karvanı-FOTO
Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olsun – TƏKLİF
"Jara" festivalına o da gəlir-VİDEO
Xanımlar üçün paltolar
Sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni mərkəz fəaliyyətə başladı
Peşman olmayan insanların xüsusiyyətləri
Birinci sinfə qəbulla bağlı məktəb seçimi başlayır
İnsan orqanizmi üçün zərərli olan ərzaqlar
Mübariz Qurbanlı: "Beynəlxalq münasibətlərin fundamental prinsiplərində çox dərin böhran yaranıb"
Əsgərimiz şəhid oldu
SABAH da Bakıda 28 muzeyə giriş pulsuzdur - FOTO
Mahatma Qandidən 10 müdrik dərs ( II hissə)
"BakuBus" avtobuslarında "Wi-Fi" sisteminin işə düşəcəyi vaxt açıqlandı
"Bu iş qadınlar üçün deyil"
HAVA necə olacaq?-22 Sentyabr
Rusiyadan Xankəndiyə 60-dan çox hərbi həkim gəldi - VİDEO
Kişilər üçün sadə məsləhətlər
Gözəllik maskaları
Makiyajın möcüzəsi...
Bu çiçəyi nə üçün dərdin?
Google əvəz axtarır
İlham Əliyev Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirini qəbul edib
Cərcis Peyğember (ə) ziyarətgahından görüntülər
HAVA necə olacaq?- 1 APREL
Rənglərin həyatımızda rolu
Qan azlığı ürəyə təsir edir
Britaniyada moda mükafatları sahiblərini tapdı
Kartoflu dəri maskası
Bu pişik internet sensasiyasına çevrildi
Əmək müqaviləsi ilə bağlı tələblər sərtləşdirilir
Həftənin ilk iş günü hava necə olacaq?
Yağ yandıran 2 detoks
XİN-dən ermənilərin uşaqlardan əsgər kimi istifadə etməsinə SƏRT REAKSİYA
Ahıllar pulsuz tibbi müayinədən keçirildi
Kürk geyindiyi üçün təhqir olundu-FOTO
30dan çox insan Həcc ziyarətinə ikinci dəfə gedəcək
Çəki atmağınıza kömək edəcək sirlər
“YouTube”un aylıq izləyicilərinin sayı 2 milyarda çatdı
Ardanın klubu finalda
Təhsil Nazirliyi şagird sıxlığını aradan qaldırmağa çalışır
- ŞƏRHLƏR