Soyuqdəyməni ilk simptomlarından biri olan zökəm adətən ciddi pozulma kimi qəbul edilmir.
Lakin "adi" zökəm asanlıqla haymoritə (həkimlər daha tez-tez "sinusit" termini işlədirlər) keçə bilər. Haymorit isə çox ağır xəstəlikdir. Haymorit çətinliklə müalicə olunur, müalicə zamanı antiotiklərdən, bəzi hallarda cərrahi müalicəsindən istifadə olunur (irinlə dolu olan boşluq deşilir, irin xaric edilir) və s. Haymoritin əsas təhlükəsi ondan ibarətdir ki, irinli ocaq beyinə çox yaxın yerləşir.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, zökəm başladıqda burunda seliyin ifrazı xeyli artır. Bu normaldır və bu orqanizmin müdafiə reaksiyasıdır. Seliklə birlikdə orqanizmdən viruslar, mikroblar, onların toksinləri ifraz olunur. Lakin bunun üçün burunda olan selik daim buradan xaric olunmalıdır. Əks halda burunda durğunluq yaranacaq, selik sinuslarda (boşluqlarda) yığılacaq və mikrobların sayının burada sürətlə artmasına səbəb olacaq. Bu isə haymoritin başlanğıcıdr.
Əgər zökəm 1 həftədən artıq davam edirsə, burundan ifraz olunan selik bulanıq, sarı-yaşıl rəng alıbsa, mütləq LOR həkiminə müraciət edin. Bu artıq zökəmin deyil, haymoritin simptomlarıdır.
Haymoritin xarakterik simptomu alın nahiyəsində, almacıq sümüyündə küt ağrıların olmasıdır. İnsan burnunu boşaldanda ağrı bir qədər azalır, sonra isə yenidən əmələ gəlir.
Zökəm zamanı həkimlər damar daraldıcı damcılardan (burun damcıları) istifadə etmək tövsiyə etmirlər. Bu damcılar müalicə etmir, yalnız müvəqqəti effekt verir. Damcılar burunun selikli qişasında yerləşən və buradan seliyi ifraz etməyə kömək edən kiçik tükcüklərin fəaliyyətini pozur. Nəticədə selik burundan normal çıxa bilmir.
Həkimlər zökəm zamanı burunu tez-tez selikdən təmizləmək, qızdırıcı proseduraları tətbiq etmək tövsiyə edirlər. Bu çox asandır. 2 dənə yumurta bişirin və isti halda burunun hər iki tərəfinə qoyub saxlayın. Bunun nəticəsində seliyin ifrazı asanlaşacaq.
Digər üsul - adi duz tavada yaxşı qızdırılır, kiçik pambıq torbalara tökülür və burun nahiyəsinə qoyulur.
Kamfora yağı çox yaxşı və sınanmış vasitədir. Pambığı kamfora yağında isladın və onun buxarından nəfəs alın.
Xüsusi dəniz suyu əsasında olan burun damcılarından istifadə edə bilərsiniz.
Zökəm zamanı isti ayaq vannaları, inhalyasiyalar da çox yaxşı effekt verir.
Mayenin qəbulunu mütləq artırmaq lazımdır (ot dəmləmələri, çay limonla, zəncəfil çayı, meyvə qurularının dəmləmələri və s.). Bu burun selikli qişalarının normal fəaliyyətini təmin edir, oranizmdən toksinlərin ifrazını sürətləndirir, sağalmanı tezləşdirir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Mehriban Əliyeva şəhidlərin məzarını ziyarət etdi - FOTO
Anadangəlmə qüsurlu qız MODEL oldu - FOTO
Xaricdə oxuyan tələbələrə şad xəbər
Can Yamanı İspaniyada 2000 fanat qarşıladı
Şok qiymət artımı siqnalı
Pelin və Anıl cinayətə şahid oldular-FOTO
Engin Altan Düzyatan yeni serialla efirlərə qayıdır
Havalar isti keçəcək!
15 yaşlı girov geri qaytarılıb
Makiyaj etmədən də gözəl görünə bilərsiniz
Neçə müəllim çöldə qalacaq?
Instagram öz messencerini sınaqdan keçirməyə başlayır
Saat nağılı
Bakıda dəniz üzərindən yeni körpü
Cəbhədə növbəti təxribat
Qızardılmış kartof ruleti(foto resept)
Kakaolu, şokolad souslu "Napoleon" tortu (foto resept)
Qeyri-sağlam vərdişlər
Kosmetikamızı özümüz hazırlayaq
"Gəlin barmağı" tortu (foto resept)
Azərbaycanda 8 müəssisə açılacaq - 1600 yeni iş yeri
Bu ərazilərdə QAZ olmayacaq!
Çin dünya ticarətinin liderinə çevrildi
43 dinozavr yumurtası tapıldı
Facebook daha bir yeniliyi sınayır
BERMUD ÜÇBUCAĞI
İspanaqlı börək (foto-resept)
Qıvrım saçlı xanımların diqqətinə
Çay qadınlarda xərçəngin yaranması riskini azalda bilər
Kombayn sürən azərbaycanlı qadın-FOTO
Kiçik evlərdə də uşaq güşəsi yaratmaq olar
Aşura günü bunlar qadağan ediləcək - GENERALDAN AÇIQLAMA
İngilis-Azərbaycan və Azərbaycan-İngilis lüğəti
Fahriye Evcen yeni şəkillər paylaşdı
"Xoş gəldin"in yaşayışı "xoş getdin" deyir
Düşmənlə təmasdakı Ağdam kəndində son vəziyyət - VİDEOREPORTAJ
İstanbul su altında
Şəhid polkovnik Şükür Həmidovun atası: “Dəfələrlə bildiriblər ki, heç kimin yerini deməyin” - VİDEO
Məşhur muzey Trampın firuqunu zibil qutusuna yerləşdirdi
Millimiz sonuncu oyunda da uduzdu
Əvəzedilməz qadın olmağın sirləri
Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrın 5-də Kiyevdə görüşəcəklər
Bakıya qar yağacaq
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Xocalı faciəsinin 9 yaşlı şahidi: “Xocalı mənim uşaqlıq nisgilimdir” - VİDEO
Güləşçimiz Macarıstanda medal qazandı
Karantinin uzadılıb-uzadılmamasına qərar veriləcəyi vaxt açıqlandı - RƏSMİ
Meqan Markl haqqında yeni FAKTLAR üzə çıxdı
Hündürdaban ayaqqabılar
İlin vacib tədbiri başlayır - ilk qonaqlar gəldi