İlk olaraq, saç tökülməsinin səbəblərindən danışan həkim bildirib ki, onların arasında hormonal balans, əksərən irsi olaraq keçən zob, şəkər, eləcə də mədə-bağırsaq xəstəlikləri, xoralar, parazital və qurd xəstəlikləri var. Bundan başqa həddən artıq medikamentoz müalicə - uzun müddət antibiotikdən istifadə, arıqlama prosedurları aparan insanlarda saç tökülmə mütləq baş verir: "Son vaxtlarda stress, əsəb, gərgin həyat tərzi, bununla yanaşı, düzgün qidalanmamaq, vitamin balanssızlığı da saç tökülməsinə gətirib çıxarır. Bu, immun sistemi ilə də bağlıdır. Zobu və ya parazital xəstəliyi olan birinin saçı tökülməyə bilər. Lakin bir müddət keçdikdən sonra orqanizmdə vitamin balansı və immun sistemi zəifləyir və mütləq saç tökülmələr müşahidə olunur. Saçlarda alopesiya, yağlı, duru sebariyalar, bəzən görürsən saç dibində sanki şama bənzər qalınlaşmış sebariyalar, saçın dibində həddən artıq gərginləşmə, yağlılığın çoxalması, qırılma, codlaşma baş verdikdə onlar tökülməyə başlayır".M.Qəhrəmanova bu cür hallarda saçların təbii müalicə edilməsini məsləhət görür. O qeyd edir ki, saç əkilmə proseduru çox yayılsa da, bu, son nöqtədir və müvəqqətidir. Həkimin sözlərinə görə, orqanizmin öz gücünə, öz hormonları ilə yaranan saçlar qalıcı və uzunmüddətli olur: "Əkilən saçlar daha sonra uzun müddət qulluq və müalicə metodları tələb edir. Təbii artan saçların təbii vasitələrlə müalicəsi daha effektiv nəticə verir və qalıcı olur. Çünki orqanizm öz balansını tənzimləyir, öz gücünə görə yetişə bilir. Saçın müalicəsi ən azı 3 aya qədər aparılır. Bir ay, ay yarıma saç müalicə olunmur".Sirr deyil ki, insanın genetikasından tutmuş irsiyyəti, xəstəlikləri, yaşı, cinsiyyəti saç analizi ilə müəyyən edilə bilər. Hətta DNT testi belə, saçla aparılır. Buna səbəb isə saçın insan orqanizmində ayrıca bir mikroorqanizm olmasıdır. Həkim deyir ki, məhz buna görə saç tükünün dibində olan follekulun normal və sağlam olması üçün həm daxili orqanların mühüm rolu var, həm də yerli müalicələrin: "Bizim hazırladığımız təbii üsullarla müalicələr yeni tüklər əmələ gətirir, tökülən tüklərin qarşısını alır, saç dibində olan qaşınma, səpkini aradan qaldırır. Bəzi xəstələr uzun müddət şampun daxil olmaqla müxtəlif yuyucu vasitələrdən istifadə edirlər, lakin heç bir nəticə əldə etmədiklərini bildirirlər və ümidsiz halda bizə müraciət edirlər. Biz müalicəyə daxili orqanlardan başlayırıq. Parazital xəstəlik varsa, bədəndən təmizləyirik. Kiçik yaşlı uşaqlarda kirpiyin, qaşın tökülməsi, tam keçəlləşmə hallarına rast gəlinir. Bu problemi də 100 faiz həll edirik. Biz müalicələri ev şəraitində aparırıq. Əgər müalicə kompleks formada və düzgün, dəqiq aparılarsa, effektiv nəticə almaq mümkündür".
Boyanmış saçların tökülmə ehtimalıQadınların çoxu saçlarını rənglədikdən sonra tökülmə, quruma, qırılma və uzanmadığından şikayət edirlər. Buna səbəb isə kimyəvi qarışıqlar və kimyəvi yuyucu şampunlardır. Bəzən saç dibində allergik reaksiyalar olması saç boyalarından sonra ola bilir. M.Qəhrəmanova bunun qorxulu olmadığını deyir: "Rənglənmiş boyalı saçlara düzgün qulluq olunarsa, heç bir problem yaranmaz. Saçlarını boyamaq istəyən xanımlar amonyaksız boyalardan istifadə etsinlər. Çünki amonyak saç diblərini qidalandırmağa mane olur və qırılma, tökülməyə gətirib çıxarır. Eyni zamanda həmin insanlarda daxildə vitamin balansı da normal olmalıdır. Kifayət qədər mineral qəbul etmək lazımdır. Çünki saç mikroorqanizmi ən çox minerallarla qidalanır. Saç özü kiçik bir orqandır. Orada hormon, kollagen, zülal sintez olunur. Orqanizmdə vitamin balansı zəifdirsə, sink, dəmirin çatışmazlığı saçların qırılması, ağarması və tökülməsinə gətirib çıxarır".Hamilə qadınlarda və doğuşdan sonra saç tökülməsi də tez-tez rast gələnin hallardandır. Bunun təbii hal olduğunu vurğulayan həkim səbəbi daxili orqanlardakı problem, stress, həmçinin vitamin balansının azalması, immun sisteminin aşağı düşməsi, zəifləməsi, uşaq və ananın normal qidalanmamasında görür: "Saça lazım olan balans orqanizmdə varsa, o, saç tökülmür. Amma bəzən doğuşdan sonra orqanizm zəifləyir, qan itirilmiş olur, ananın uşağa süd verməsi, immun sistemi, mədə-bağırsaq sistemi xəstəlikləri də saçın tökülməsinə səbəb olur. Bunları bərpa etmək üçün düzgün istiqamətdə dəqiq diaqnoz qoyulmalı və müalicə edilməlidir".M.Qəhrəmanova hər bir halda tökülmüş saçın yenidən çıxmasının mümkün olduğunu deyir. Əgər dəri sağlamdırsa, saç follekulunu yenidən yetişdirmək mümkündürsə, saçlar mütləq çıxır. Saçda yeni tüklərin əmələ gəlməsi istənilən yaş dövründə mümkündür: "Müəyyən yaş dövrü var ki, ondan sonra saçın bərpası o qədər də mümkün deyil. Amma 50 yaşa qədər saçın bərpası 100 faiz mümkündür. 50 yaşdan sonra tökülməni dayandırıb, bir qismini bərpa etmək olur. Çünki ümumi orqanizmdə qocalıq gedir".Saçlarının uzanmamasından şikayət edənlər də az deyil. Həkim qeyd edir ki, düzgün müalicə, düzgün qidalanma olarsa, daxili balans normaya düşərsə, saç lazım olan minerallarla təmin olunarsa, saçların uzanması mümkündür: "Saçların tökülməməsi üçün ilk növbədə qulluq lazımdır. Yerli-yersiz tez-tez saçı yumaq olmaz. Lazımi dərəcədə düzgün qidalanma mütləq şərtdir".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Hər mövsümə uyğun yataq dəstləri
Qida və iş
Hər kəs bu qadından danışır-FOTO
Kanadada nadir almaz tapıldı - FOTO
"Uşağa elə dərmanlar yazırlar ki..." - HƏKİM XƏBƏRDARLIQ ETDİ
Bənzədiyi orqan üçün faydalı olan qidalar
Yanvarın 1-dən dövlət tərəfindən hər kəs üçün 90 manat ayrılacaq
Azərbaycan NATO üçün önəmli tərəfdaşdır
Gənc ailədə uşaq
94 kq arıqlayıb MODEL oldu-FOTO
Məşhur rejissor vəfat etdi
Məşhur simaların nikah müqavilələrində AДћLAGƏLMƏZ BƏNDLƏR
Almaniyada İslam əleyhinə görünməmiş nümayişlər
Koronavirusun yayılmadığı yeganə ərazi - FOTO
Bu gündən karantin rejimi sərtləşdirilir
Günün qoroskopu:Aktiv olun!
İran Azərbaycana qapılarını açdı
Heydər Əliyevin vəfatından 11 il ötür
Ziyafət geyimləri
Modadan küsdürən nümunələr
Bakıda yeni kanal tikilir - yarışlara görə
"Sirli" kələm (foto resept)
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın parlaq xatirəsi qəlblərdə əbədi yaşayır
Rusiya mətbuatı azərbaycanlı səyahətçiyə heyran olub
Siqaret yaddaş itkisinə səbəb olur
Araşdırmalara görə ideal kişi
Moskvaya növbəti zərbə
Bakıda ən bahalı yaşayış evinin qiyməti - 3.3 milyon
"Büdcəyə dəyişiklik olunacaq"
Bakını işğal edən kompüter oyunu...
Lotereyada 13,2 milyon dollar uddu
Azərbaycan qatarlarında maraqlı dəyişiklik
Hava haqqında
İrem Derici keçmiş əri ilə olan münasibətlərindən danışdı
İdmanla stresdən uzaq olun
Xankəndi boşdur: 40 min insan Ermənistana qaçıb
Məcidov Londonun qısasını alaraq Dünya çempionatında finala çıxdı
Hikmət Hacıyev: “Gəncədəki hadisə evimizdən bir neçə yüz metr aralıda baş verib, atam dedi ki...”
Neyrofiziologiyada inqilab kimi kəşf
Ən sürətli internet haradadır?
Kölndə məscidi yırtıcı quşlar qoruyacaq
Portağallı kokostar qurabiyəsi (foto-resept)
Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
Güldürən heyvanlar
Nuhdan DƏHŞƏTli proqnoz-FOTO
Məktəbəhazırlıq qruplarındakı uşaqlara I sinifdə də eyni müəllim dərs keçəcək?
Meksikada 5,4 bal gücündə zəlzələ olub
50 yaşlı nənə dördəm doğdu - FOTO
Leyla Əliyeva sakinlərlə görüşdə - FOTO
Qadın və kişilər üçün gözəl kimdir?














