2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib.
Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti indiki üçrəngli və ay-ulduzlu bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı elan edib.2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunub və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib."Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Azərbaycan Respublikasnın Qanununda qeyd edilir:
"Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir".Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam imzalayıb.2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimi keçirilib.
Bayraq Meydanının ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir.İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, Dövlət himninin mətni və ölkə xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.Bundan əlavə, meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Mənbə: Milli.Az

XƏBƏR LENTİ
Əsl məhəbbət necə olur?
"Naznaz" peraşkisi (foto resept)
Ailədə uşaqların sayı
Elektrikli avtomobil Bakıda
Günün qoroskopu: Kreativ olun!
Təbiət möcüzələri
Rembo ekranlara qayıdır
Tarixin ən bahalı 5 telefonu - SİYAHI
Uşaqların sosial-psixoloji inkişafı-29
Qida alarkən diqqətli olun!
Kakoslu peçenye (foto resept)
Noyabr ayının qalibləri!
Elton Conun Səsi Batdı-FOTO
İranda zəlzələ oldu
“ATV” və “Lider” TV-nin yayımı üç saatlıq dayandırılacaq
“Mənim kimi axmaq olmayın” dedi və səhəri koronavirusdan öldü - FOTO
Tolgahan oğlu ilə seriala çəkildi-FOTO
Kəsmikli piroq (video-resept)
Kate Moss Cazelle ayaqqabı reklamında
İnfeksionist koronavirus əlamətlərindən danışdı
Azərbaycanda bulvar, park və istirahət məkanlarına giriş bağlandı
Əllərimiz mikrob mənbəyidir
Qəbul imtahanı başa çatdı
Bu günün hava proqnozu
2020-ci il ev dekorasiyası nümunələri
Qəribə trendlər
Toyuq ətli salat (foto resept)
İlham Əliyev kino xadimlərinə fəxri adlar verdi-SİYAHI
Prezident tək yatmaqdan qorxur - Məşhur türk rəqqasın tələbi...
50 milyon dollarlıq üzük itib
Şahzadə Diananın paltarı 202 min dollara satıldı-FOTO
Şəhid əsgərimiz dəfn edildi
Sultan şirniyyat (foto resept)
Bakıda təhsil sərgisi keçirilib - FOTO
Vahiməyə salan təbiət
"Kann" festivalının qırmızı xalçası
Quş qripi yenidən dirildi
Məşhur müğənni islamı qəbul etdi-FOTO
Daha bir məşhur "Çukur"a gəldi
"Ronaldu olmayan yerdə Beyl əla oynayır"
"Bank of Baku" Android və iPad üçün mobil əlavələrini işə saldı!
Bədənizin susuz olub-olmadığını yoxlayın
Diş fırçasındakı təhlükə
İnternet həyatımızda necə yer tutur?
Dollar bahalaşacaq
Azərbaycanda TƏHLÜKƏLİ virus yayılıb
Asan pizza (foto resept)
İnternetə qoşulanların sayı artacaq
Cəfəri, Kərəviz, Şüyüd
Tanınmış aparıcı həyatını da verilişi kimi yaşayır - FOTO
