Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnikiVaqif Əsədov məlumat verib. Bölmə rəisi qeyd edib ki, 2015-ci ilin əvvəlindən oktyabrın 27-dək Bakı şəhəri üzrə 648 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 183 nəfər ölüb, 703 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yol hərəkəti qaydalarını pozan sürücü və piyadalar barəsində yol polisi əməkdaşları tərəfindən ümumilikdə 771414 inzibati protokol, Mərkəzi Məlumat Xidməti (MMX) tərəfindən isə 271126 elektron protokol tərtib edilib: "Sürücülər barəsindəki inzibati protokollardan 9373-ü, elektron protokollardan isə 179285-i sürət həddinin aşılmasına görə tərtib edilir. Məhz görülən tədbirlər nəticəsində sürət həddinin aşılması səbəbindən baş verən qəzaların sayı 49 faizdən 47 faizə enib. Bununla belə onların çoxluğu ciddi narahatlıq doğurur".V.Əsədov bildirib ki, sürücülər "Yol hərəkəti haqqında" Qanunun 50-ci maddəsinin tələblərini yerinə yetirməli, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidirlər. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir: "Sürücülər yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz. Yaşayış zonalarında və həyət ərazilərində isə, yəni məhəllələrdə, binaların arasındakı küçə və yollarda sürət həddi saatda 20 kilometrdən çox olmamalıdır.Minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda, yəni avtomagistrallarda saatda 110 kilometrdən, başqa yollarda isə saatda 90 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidir.Şəhərlərarası və xüsusilə kiçik avtobuslar və motosikletlər yaşayış məntəqələrindən kənarda bütün yollarda saatda 90 kilometrdən artıq sürətlə hərəkət edə bilməz. Digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda, yəni avtomagistrallarda saatda 90 kilometrədək, başqa yollarda isə saatda 70 kilometrədək sürətlə hərəkət edə bilər. Banında adamlar daşıyan yük avtomobilləri, eləcə də yedəyində mexaniki nəqliyyat vasitələri aparan nəqliyyat vasitələri saatda 50 kilometrlik sürət həddini aşmamalıdır.Təhlükəli, ağır çəkili və iri qabaritli yüklər daşıyan nəqliyyat vasitələri isə daşıma şərtləri razılaşdırılarkən müəyyən edilmiş həddən çox olmayan sürətlə hərəkət etməlidir".Yol polisinin sözçüsü qanunla müəyyən edilmiş sürət hədlərinin aşılmasına görə hansı cəzalar nəzərdə tutulduğunu da açıqlayıb: "İnzibati Xətalar Məcəlləsinin 151-1-ci (Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma) maddəsinə görə, sürücülər müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə 10 manat cərimə edilirlər. Hərəkət sürətini 20-40 km/saat həddində aşan sürücülərə 2 cərimə balı yazılır, üstəgəl 50 manat miqdarında cərimə edilirlər. Sürəti 40-60 km/saat həddində aşanlar 3 balla və 150 manat cərimə edilirlər. Hərəkət sürətini 60 km/saat-dan artıq aşanlar isə 4 bal və 250 manat cərimə ilə cəzalandırılırlar".Bölmə rəisi əlavə edib ki, təəssüf ki, sürücülər barəsində sürət həddi ilə bağlı tərtib olunmuş inzibati protokolların 1691-i müəyyən edilmiş hərəkət sürətinin 60 km/saat-dan artıq aşılması ilə əlaqədar olub. Sürücüləri bir daha qanuna riayət etməyə çağıran V.Əsədov onu da vurğulayıb edib ki, onların hərəkət sürəti müxtəlif texniki vasitələr, müşahidə kameraları, eləcə də patrul avtomobilləri tərəfindən izlənilir və qeydə alınır.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
İspanaqlı lazanya (foto resept)
Bu günün hava proqnozu
Heydər Əliyev Fondu aztəminatlı ailələrə Novruz sovqatları paylayır - FOTO
"Aşk-ı Memnu"nun aktrisası TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yuxulara inanırsınızmı?
Hande və Keremin çəkildiyi serialdan ilk görüntülər-VİDEO
Azərbaycan səhiyyəsi birinci Avropa Oyunlarının keçirilməsinə hazırdır
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?
Qəbələdə 725 yaşı olan kitab sərgilənir
Mayli Sayrus ana olacaq
Gün ərzində 20 dəqiqə
Sobada südlaç (foto resept)
Ölkəmizlə bağlı proqnoz dəyişdi
Litvalı deputat: "Azərbaycanda Avropa standartlarına cavab verən seçkilər keçirildi"
NASA 15 min qalaktikanı eyni anda çəkdi-FOTO
Marsa gedən ilk asiyalı
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
İkinci nəsil Nissan Qashqai
Ballı keks (foto resept)
Ən faydalı göyərti seçildi
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Rafet El Romanın 29 yaşlı sevgilisi diqqət çəkdi-FOTO
İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı - VİDEO
Çağırışçılar üçün yeni xidmət işə düşdü
Hülya Avşar tərzindən danışdı-FOTO
Ali məktəb müəllimlərinin maaşları necə müəyyənləşdirilsin?
Bədəni koronanirusdan qoruyan amillər hansılardır?
Bakıda kimdir günahkar - yolu gedən, yoxsa göstərən?
Adınıza saxta profil yaradılıbsa...
Qoltuqaltı qaralmalarına qarşı 5 təklif
Ruslardan ermənilərə etiraz: "Rədd olun!"
Toronto Film Festivalı: Qırmızı Xalça
Mehriban Əliyeva məzunları təbrik edib
"Linzer" peçenyesi (foto-resept)
Göz quruluğunun yaranma səbəbləri
Həftənin ilk iş günü hava necə olacaq?
Fransız sayağı şorba (foto resept)
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Türkiyənin tanınmış simaları Bakıda - FOTO
70 il sonra gələn məktub
İpoteka almaq istəyənlərə şad xəbər
Südvermə dövründə necə qidalanmaq lazımdır?
Castin Biber satıcı oldu-VİDEO
Millimizin futbolçusu türk klubundan qovulub
Qara rəngli ziyafət donları
Günün qoroskopu: xırda işlərə görə inciməyin
BÜRCLƏR bizə nə vəd edir?-29 Mart
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
Rəqqasə prezidentliyə namizəd oldu - FOTO