Qoç -səhər saatları yetərincə maraqlı olacaq. Fəaliyyət sahəsini və ya istiqamətini özünüz seçə bilərsiniz. Maraqlı olaylar gözlənilir.İdeyalarınızı reallaşdırmaq üçün münasib zamandır.Günün ikinci yarısında sərbəst hərəkət edin. Yaxınlarınız və dəyər verdiyiniz insanların maraqlarının təminatı üçün bəzi planları təxirə salmaq olar. Tərəfdaşlarla, şəriklərlə münasibətlərin daha səmimi olmasına can atın.
Buğa - diqqətli, sayıq olun. Rəqiblər sizi üstələməyə çalışacaqlar. Fəaliyyət müstəvisindəki situasiyanı diqqətlə izləyin. Yeni tapşırıqlar və sifarişlər ala bilərsiniz. Səfər, səyahət, ezamiyyət istisna deyil.
Günün ikinci yarısında iş tempini aşağı salmayın. Belədə zəhmətiniz bəhrəsini verəcək. Qarşı tərəfin maraq və mənafelərini nəzərə alsanız, kollektiv fəaliyyət uğurlu olacaq.Axşam saatlarında normal istirahət edin.
Əkizlər - həddən artıq aktiv olmayın. Hiperaktivlik işlərin zərərinədir. Qarşınıza qoyduğunuz məqsədə qarşı daha sürətlə irəliləmək istəyirsinizsə, hədəfləri təftiş edin. Genişmiqyaslı layihələrin reallaşdırılması üçün münasib zamandır.Günün ikinci yarısında bir qədər istirahət etmək olar. Yeni təkliflər səslənərsə, bir qədər düşünəndən sonra razılaşmaq olar. Problemlərin həllində kreativ olun. Peşəkar bilik və bacarıqlarınızı artırın.
İmkan varsa, çətin vəziyyətdəki qohum və yaxınlarınıza kömək edin.
Xərçəng - tələsik addımlar atmayın, düşünülməmiş qərarlar verməyin. Peşəkar fəaliyyət sahəsində yarana biləcək problemlərin həllində yaradıcı davranış sərgiləyin.Pozitiv olun. Ruhdan düşməyin.Günün ikinci yarısında cari çətinliklərin öhdəsindən daha sürətlə gələ bilərsiniz. Tapşırıqları vaxtında yerinə yetirin. Yaxınlarınızdan biri ilə axşam saatlarında görüş yaxşı nəticələr verə bilər.
Normal istirahət edin.
Qız - qarşılıqlı münasibətlərdəki anlaşılmazlıq inciklik və iradlar yarada bilər. Öhdəlikləri qulaqardına vurmayın. Diqqətli olun, səliqəli davranın. Evdəki situasiya nəzarətdən çıxmamalıdır.
Günün ikinci yarısında hövsələsiz olsanız, yeni problemlər yaranacaq. Dəyər verdiyiniz insanların mövqelərini mütləq şəkildə nəzərə alın. Müştəbeh, xudpəsənd insan təsiri bağışlamayın.
Yaxın ətrafınızdakı insanlarla münasibətləriniz nə qədər yaxşı olarsa, məqsədlərə o qədər tez çatarsınız.Axşam saatları romantika vəd etmir.
Tərəzi - ən sadə və ilk baxışdan asan təsir bağışlayan məqsədə çatmaq üçün ciddi səy göstərməli olacaqsınız.Bu, sizi yetərincə qıcıqlandıracaq. Lakin emosiyaların qurbanına çevrilməyin, mühüm işi yerinə yetirməyə başlayın, irəliləməyə, hədəfə çatmağa çalışın.
Səfər üçün pis gün deyil.
Əqrəb - enerji tonusunuza diqqət verin. Təhlükəli gərginliyin yarandığını hiss etdiyniz məkanda ehtiyatlı olun. Xroniki problem ciddiləşə bilər. Problematik situasiyanı sürətləndirən və dərinləşdirən amillər sizin üçün siqnal olmalıdır.Cari işlərdə diqqətli davranın. Təzyiq, ifrat tələbkarlıq, mübahisələr, fəaliyyət obyektinin dəyişdirilməsinin vaxtı deyil.Evdə təmir aparırsınızsa, bir qədər fasilə verin.
Kompüterin apqreydi, yoxlanılmamış mənbələrdən informasiya köçürülməsi üçün əlverişli vaxt deyil.
Oxatan - böyük maliyyə xərcləri tələb edən planlar var. Gəlir mənbələrini gücləndirmək və artırmağın yollarını düşünün. İşinizi effektiv edin, daha az vaxt sərf edərək daha çox iş görməyi düşünün.
Stresslər az olmayacaq. Lakin onların neqativ və pozitiv məziyyətləri də var.Axşam saatlarında elə istirahət edin ki, sərf olunmuş qüvvənizi bərpa edərək daxili müvazinət hissinin yaranmasına nail olasınız.Ev işləri ilə məşğul olun, iş yerində qayda yaradın. Romantik maraqlar bu gün arxa planda olmalıdır. Sizə ehtiyacı olan insanlara və işlərə diqqət ayırmağa çalışın.
Oğlaq - avantürizmə qapılmayın. Mənasız risklər uğur gətirməyəcək. Bununla yanaşı, təşəbbüskar olun. Karyeranızda irəliləyişlər istəyirsinizsə, aktiv olun.Yaradıcılıq fəaliyyəti üçün yaxşı zamandır.Günün ikinci yarısında dəyişikliklərə və yeniliklərə ehtiyac var. Qarşıya qoyulmuş məqsədə doğru iradə, qətiyyətlə irəliləyin. Astagəllik, süstlük yolverilməzdir.Praqmat olun, hisslərə qapılmayın.
Axşam saatlarını dostlarla keçirin.
Dolça - arxa planda qalsanız, vurnuxmayın, irəli atılmayın. Eqoizm zamanı deyil. Ambisioz davranış planları alt-üst edə bilər. Fikir, mövqe və məsləhətləri nəzərə alın. Günün ikinci yarısında kollektiv fəaliyyətin nüanslarını aydınlaşdırın. Yardım etmək istədiyiniz insanın qeyri-adekvat davranışı sizi sinirləndirməsin.Böyük işə başlamaq fikriniz varsa, etibar etdiyiniz insanın yardımlarından istifadə edin. Belədə problemi qısa zamanda həll edə bilərsiniz.
Balıqlar - mövcud situasiyaya alışmağa çalışın. İş şəraiti o qədər də pis deyil. Yeni tapşırıq, layihə və ya sifarişlə bağlı razılıq verməzdən əvvəl detallarla tanış olun. Yaxın ətrafınızdakı insanlarla mübahisə etməyin.Günün ikinci yarısında müstəqil fəaliyyətə üstünlük verin. Rəqibləri geridə qoymaq istəyirsinizsə, sayıq olun. Hərdəmxəyal insanlardan uzaq durun.Axşam saatlarında ailəvi istirahəti seçin.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Olimpiya oyunlarından YENİLİK
Uşağın böyüməsi və inkişafı
Səhərədək telefona baxdı, kor oldu-FOTO
Son model ayaqqabı modelləri
Geyimlərdə zəif görünmə yolları
Kələm haqqında bilmədiklərimiz
Ermənistan tərəfi dövlət sərhədində mövqelərimizi atəşə tutur - RƏSMİ
Azərbaycanda mütailə avtobuslarının yaradılmasına başlanılır
Məşhur müğənninin konsertini 7500 nəfər izlədi - FOTO
Evdəki vasitələrin möcüzəvi təsiri
Sabunla üz yumaq zərərlimidir?
Sobada badımcan dolması (foto-resept)
20 min illik işıq transformatoru tapıldı: Elmi nəzəriyyə alt-üst oldu
110 min dollarlıq maşını qəpiklə aldı
Payızda saçları gücləndirmək üçün nə etməli?
Qar yağacaq
102 gündən sonra yenidən koronavirus aşkarlanan ölkədə qadağalar başladı
Roma Papası Ermənistanda
“Şellak” manikürü dəri xərçəngi əmələ gətirir –XƏBƏRDARLIQ
Artur Şopenhauer - Dünya iztirabları
Türkiyədə Xocalı abidəsi
Bir udum havaya həsrət
Susuzluğun bədənə təsirləri və nəticələri
Kənan və Beren Saat aylar sonra ilk dəfə -FOTO
Mətbəxiniz üçün modern fikirlər
Azərbaycanda hərbçilər arasında koronavirusa yoluxma var - RƏSMİ
Quru əlləri necə nəmləndirməli?
Kardi B hər kəsi təəccübləndirdi-FOTO
Georq Fridrix Hendel
İnstagram-da yarımçıq YENİLİK
Eşqinizi canlı tutacaq 7 məsləhət
Azərbaycanlı idmançı erməni rəqibinə aman vermədi, qızıl medal qazandı
Oxumamaq dərdi: buna görə əsəbləşməyə dəyərmi?
Orta imkanlı amerikalı necə yaşayır? - FOTOSESSİYA
İlham Əliyev, Putin və Paşinyan görüşü “Haber Global”da - VİDEO
Azərbaycanda üçəm uşağı doğulan ailələrə şad xəbər
“Meyiti yandırılan” kişi evə qayıtdı
Saç qırıqlarından xilas olmaq üçün...
Ətli bağlama (foto resept)
Bu qadın 40 ildir adada tək yaşayır!
Merkelin görüntüləri sosial mediada böyük maraqla qarşılandı - VİDEO
Kremli qurabiyə (foto-resept)
Gicitkən şorbası (foto resept)
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
Qırışlar əleyhinə kremi özünüz hazırlayın
Kosmosda peçenye bişirdilər - VİDEO
15 ay işlədi – 58 milyon qazandı
Günün ulduz falı
Bir il sonra dünya ilə toqquşacaq
"Mourinyo futbol üçün böyük təhlükədir"