ANS PRESS-in məlumatına görə, qəzet bu iddianı hərbi mənbələrinə istinadən irəli sürüb.
Xəbərə görə, Rusiya Suriyanın Cabla şəhərinə yüzlərlə əsgər göndərməyi planlaşdırır. Bildirilir ki, Rusiya şəhərdəki hərbi bazanın tikintisini bu ayın sonunda başa çatdıracaq və bunun üçün Antonov AN-124 tipli nəqliyyat təyyarələri ilə 100-ə yaxın uçuş həyata keçirəcək.Zirehli hərbi texnika, bombalar və modern telekommunikasiya vəsaitləri nəqliyyat təyyarələri ilə Suriya ərazisinə daşınacaq. Tikilməkdə olan hərbi bazada minə yaxın Rusiya əsgəri xidmət edəcək. Hazırda isə həmin bazaya 100-ə yaxın Rusiya əsgəri göndərilib.
Bazanın tikintisinin 28 sentyabrda başa çatacağına diqqət çəkən qəzet yazır ki, Rusiya prezidenti Vladimir Putin BMT-nin Baş Assambleyasının Nyu Yorkda keçiriləcək toplantısında terrora qarşı yeni İttifaq açıqlayacaq və bu İttifaqın İŞİD-lə mübarizə aparacağını bəyan edəcək. Yeni İttifaq Qafqaz və orta Asiyada da aktiv fəaliyət göstərəcək.
İddiaya görə, Putin bir müddətdir ki, yeni ittifaqın yaradılması üçün çalışır. Rusiya prezidenti başda ABŞ olmaqla, Türkiyə, İordaniya, Misir və Səudi Ərəbistanı yeni planına cəlb etmək üçün danışıqlar aparır.Son vaxtlar Rusiya Suriyada hərbi fəaliyyətini daha da artrıb. Hətta bəzi Qərb kütləvi informasiya vasitələrində iddia olunur ki, Rusiya Suriyadakı hərbi əməliyyatlarda birbaşa iştirak edir.
Bir neçə gün əvvəl Moskvanın Suriyaya iki desant gəmisi və əlavə aviagəmini yollaması barədə xəbərlər yayıldı. Bu ərəb ölkəsinə son günlər ərzində Rusiya çox da böyük sayda olmayan desant kontingenti çıxarıb.
Pentaqon nümayəndələri Rusiya silahlı qüvvələrinin Suriyada hansı məqsədi güddüyünü hələ ki, dəqiqləşdirə bilməyiblər. Versiyalardan birinə görə, hədəflərdən biri Suriya ordusunun nəzarətindəki liman şəhəri Latakiyanın yaxınlığında enmə zolağı hazırlamaqdır.
Rusiya tərəfi Suriyada Rusiya hərbçilərinin olduğunu təsdiqləyib. Xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya hərbçiləri uzun müddətdir ki, Suriyadadır və onlar Suriya əsgərlərinə təlim keçirlər.
“Rusiya hərbçiləri göndərdiyimiz hərbi texnikanı suriyalıların terrorçulara qarşı mübarizədə istifadə edə bilməsi üçün təlim keçir. Göndərdiyimiz təyyarələr isə müqavilələrdə qeyd olunub. Bu təyyarələr humanitar yardım daşıyır”, deyə lavrov bildirib.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Rahat doğuş üçün nəfəs məşqləri
Toyuq əti seçərkən nəyə diqqət yetirməli?
Baharın gəlişini qeyd edən dələ
Dünyanın ƏN GÜCLÜ QADINI o oldu-FOTO
Ölkədə bu iki qorxulu xəstəlik geniş yayılıb
“Taxt oyunları”nın aktyoru vəfat edib
Gül suyu maskası
Magistraturaya sənəd qəbulunun vaxtı açıqlandı
Kakaolu un halvası (foto-resept)
Azərbaycan Xalq Cümhuriyyəti, yoxsa Demokratik Respublikası?
TQDK-dan müraciət
Bakıda möhtəşəm atəşfəşanlıq olacaq
Üzünüzə toxunmamaq üçün praktik tövsiyələr
Klipdə 700 kiloqram qidadan istifadə edildi
İstirahət gününün HAVAsı
LG "ağıllı" texnika satacaq
6 şəhər yarışır
Barbi olmaq üçün əməliyyat olunan qız
Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarını pisləyib - RƏSMİ
Şeyma Subaşı Acun haqqında İLK DƏFƏ danışdı
"Südlü" tort - tavada (foto resept)
Həyatımızı asanlaşdıracaq kiçik məsləhətlər
Unudulmayan yaramız (Qubadlının işğalı gününə)
56 yaşında model olan Kathy Jacobs
Cemli yumşaq peçenye (foto resept)
"Azərbaycanlı sığortaçılar yığılan mükafatları doğrultmalıdırlar"
Qoyun ətindən tərxun şorbası
Kişilərin qadınlar haqqında bilmələri vacib olan məsləhətlər
"Sehirli Annem"in aktrisası ikinci dəfə ana oldu-FOTO
Məşhur aktyor xəsarət aldı
Ərəblər Burak Özçivitə SƏRVƏT qazandırdı
Uşaqlarınızı bu qidalardan uzaq tutun
Bakıda qiymətlər artdı?
HAVA necə olacaq?- 13 MART
Dünya mətbəxi - İspaniya
Uşaqlar üçün otaq dekorasiyaları
Mənim əl işlərim
İlham Əliyev viza rejimini sadələşdirdi
"Hörümçək adam" həbs edildi-SƏBƏB
Bu gecə Ramazan ayının ilk Qədr gecəsidir
Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun tikintisinə 8 milyon manat vəsait ayrılıb
Həftədə 2 dəfə görüşən cütlüklərin...
Levənt Yüksəl evləndi - FOTO
Təmizlik sağlamlıqdır
Məşhur ulduzlar məhkəməyə verildi-SƏBƏB
Yataq paltarları
Qabyuyana qoymamalı olduğunuz qablar
Hansı ərzaqlarla ehtiyatlı olmalıyıq?
Ayaqqabı modelləri
Yaz havası geri qayıdır















- ŞƏRHLƏR