Xəzəryanı ölkələr 2015-2016-cı illərdə də nərə balığı növlərinin ovuna qoyulan qadağanın uzadılması barədə razılığa gəliblər. Uzun illərdir ki, davam edən bu qadağanın yaxın illərdə də davam edəcəyini güman etmək olar. Yəni yaxın illərdə dənizdə nərə ovlamaq, ondan kürü istehsal etmək, ixrac etmək və satmaq mümkün olmayacaq.
Amma ANS PRESS-in məlumatına görə, Azərbaycan alimləri vəziyyətdən çıxış yolunu tapıblar. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İlham Ələkbərov yeni məruzə ilə çıxış edərək ölkədə qapalı şəraitdə nərəkimilərin istehsalını təşkil etməyi təklif edib. Bu, yerli bazara nərə əti və qara kürü çıxarmağa, həmçinin qara kürü ixracını təmin etməyə imkan yarada bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Balıqçılıq İnstitutunun direktoru Mehman Axundovun, AMEA Zoologiya İnstitutunun su heyvanları şöbəsinin rəhbəri, biologiya elmləri doktoru Şaiq İbrahimovun və AMEA Zoologiya İnstitutunun əməkdaşı biologiya elmləri üzrə fəlsəfə doktoru Namiq Mustafayevin həmmüəllif olduğu bu layihəyə görə, nərə kimilərin broyler üsulu ilə vannalarda yetişdirilməsini nəzərdə tutulur. Şirin suda bəslənən nərəkimilər xüsusi yemlərlə böyüdülür və sürətlə çəki yığırlar.
“Əgər nərə təbii şəraitdə 5 ilə 2 kiloqram çəki yığırsa, vannalarda buna 1 il müddətinə nail olmaq mümkündür. Təbii ki, bu yolla əldə edilmiş nərə əti və qara kürü keyfiyyətinə və dadına görə təbii yolla əldə edilmiş kürüdən fərqlənir. Amma təsərrüfat üsulu ilə nərə yetişdirmədə bunun alternativi yoxdur”,- deyə Namiq Mustafayev ANS PRESS-ə bildirib. Alimin sözlərinə görə, Azərbaycanda iş adamları nohur üsulu ilə çapaq, sudak və hətta forel belə yetişdirirlər: “Amma nərəni nohur üsulu ilə yetişdirmək mümkün deyil. Nərə üçün daha geniş su arealı, suyun xüsusi duzluluq səviyyəsi və s. vacibdir. Həm də məhsul əldə etmək üçün üzün illər lazımdır. Ona görə də iş adamları bu sahəyə sərmayə yatırmaq istəmirlər”.
Namiq Mustafayev bildirir ki, broyler üsulu ilə nərə yetişdirilməsi inkişaf etmiş ölkələrdə geniş yayılıb: “ABŞ-da, Fransada, Böyük Britaniyada, Rusiyada bu üsuldan geniş istifadə edilir. İsraildə xüsusilə sürətlə inkişaf edir”.
Broyler üsulu ilə nərə balıqların yetişdirilməsi Azərbaycanda brokonyer ovçuluğunun səviyyəsini də aşağı sala bilər. Fakt budur ki, Azərbaycanda nərə balıqlarına, qara kürüyə tələbat var və bu tələbat brokonyer üsulu ilə təmin edilir. ANS PRESS-in araşdırmasına görə, qara bazarda nərə kürüsünün kiloqramı 2,2-2,5 min manat arasında dəyişir, dükanlarda isə qiymət 4-4,5 min manat arasındadır. Nərə ətinin kiloqramı isə 50-60 manat arasında dəyişir. Azərbaycan bazarında kiloqramı 25-27 manatdan İrandan gətirilmiş nərə əti də satılır.
Broyler üsulu ilə nərə istehsalının təşkili brokonyerlik səviyyəsinə ciddi təsir etməlidir. Hər halda, broyler üsulu ilə əldə edilən nərə kürüsü təbii yolla əldə ediləndən 10 dəfə ucuz satılır. Məsələn, dünya bazarında qara kürünün kiloqramı 8 min dollar ətrafında dəyişdiyi halda, Moskvada broyler üsulu ilə əldə edilən nərə kürüsünün kiloqramı 800 dollardan təklif edilir. Nərə ətində də təxminən bu qədər ucuzluşmaya nail olmaq mümknüdür. Yəni orta səviyyəli azərbaycanlılar toylarda və şənliklərdə yumurta ağında düzəldilmiş saxta məhsulu kürü adı altında masaya qoymaq əvəzinə, dadı cüzi fərqlənən ucuz broyler kürüsünə üstünlük verərlər.
Bu sahənin inkişafı neftdənkənar sektorda geniş imkana malik yeni sahənin, minlərlə yeni iş yerinin açılması demək olar. İlkin hesablamalara görə, təkcə Azərbaycan toylarında ildə 80 tona yaxın kürüyə ehtiyac var. Bu, 2005-ci ildə istehsal edilmiş kürü məhsulundan 10 dəfəyə qədər çoxdur. 80 ton kürü istehsalı 800 ton nərə əti istehsalına imkan yaradar ki, bu da supermarketlərdə Vyetnamdan gətirilmiş keyfiyyətsiz nohur balıqlarını yerli məhsulla əvəz etməya imkan yarada bilər. Broyler üsulu ilə nərə yetişdirilməsi həm də Azərbaycana dünya bazarına qara kürü ixracını bərpa etmək üçün imkan yaradar. “Ermənistan artıq neçə ildir ki, dünya bazarına kürü ixrac edir. O zaman biz niyə bu texnologiyadan istifadə etməyək?” - deyə azərbaycanlı alim Namiq Mustafayev sual verir.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Koronavirusla bağlı son vəziyyət açıqlandı
İri ticarət mərkəzlərinin aqibəti necə olacaq?
Uşağın cinsiyyətini öyrənmək istəyən cütlük ŞOK YAŞADI
Məşhur futbolçunun qabırğası sındı
Burak Özçivitin filminə qadağa qoyuldu-FOTO
Bu gün ixtisas seçimi başa çatır
Müxalifət Paşinyana istefa üçün vaxt qoydu
Qanunsuz tikilmiş evlərin qeydiyyatı bizə nə verəcək?
Qorxulu film izləməklə arıqlaya bilərsiniz
Bakıda 10В°- dək isti olacaq
Shakira öz əl işini təqdim etdi
Permdə doğulan Ömər Xəyyam
"Bobbi"nin ulduzu Rişi Kapur öldü-FOTO
Azərbaycanda Facebook-a maraq azalıb
Hindistan tarixində ilk dəfə
Körpənin yuxuya rahat getməsi üçün tövsiyələr
Minsk qrupu Nalbandyanla Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib
Artıq çəkidən azad olmaq üçün 8 qızıl qayda
Koronavirusa yoluxan ən kiçik xəstə sağaldı-FOTO
Hər ay bir şəhzadəyə çevrildi
Beyonsenin konsertində zal boş qaldı-FOTO
Doğma kəndim - Baş Küngüt
Kompüter oyunlarını sevənlərə bəd xəbər
Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etdi
Bu gün Aşuradır
Hulusi Akar Qarabağda anlaşma barədə: “Türkiyə həm masada, həm də ərazidə olacaq”
Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günüdür
Prezident İlham Əliyev: “...əlimizdən gələni edəcəyik”
Almaniya kuboku: Türk futbolçu matçın qəhrəmanı oldu, "Bavariya" qalib gəldi
Azərbaycanda sahibkarlar bu xərcdən azad edildi - QƏRAR
Azərbaycanda müəllimlərin işə götürülməsi üzrə elektron ərizələrin qəbulu başlanır
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Dəri çatlarının qarşısını necə almalı?
"Coca-Cola"nın "gücü"
Banklara xəbərdarlıq etdi
Qış aylarında dəri baxımı
Yasəmən gülü və faydaları
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Körpə doğulandan sonra hansı qurban kəsilməlidir?
BenQ bazara qayıtdı
Kimə qırmızı kürü yemək olmaz?
Ən çox gəzən turist
Onların da geyimləri var
Ordumuz ermənilərə daha bir zərbə
Mehriban Əliyeva Xalq artistinə avtomobil HƏDİYYƏ ETDİ - FOTO
"Ermənistan rəhbərliyindəkilər, sanki, başqa planetdən gəliblər"
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Yaxşı işləyib tez qocalmamaq üçün nə edək?
İnsanların mənfi enerjisindən necə qorunmalı?
Jurnalistin ölümünə prezidentdən reaksiya
- ŞƏRHLƏR