Müdafiə Naziriyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazir 15 iyun - Milli Qurtuluş günü münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.
"22 ildir ki, xalqımız 15 iyun gününü ümumxalq bayramı kimi qeyd edir. Azərbaycanın “olum, ya ölüm” seçimi qarşısında qaldığı, azadlığımızın və müstəqilliyimizin böyük təhlükə ilə üzləşdiyi 1993-cü ilin dəhşətli iyun günlərində xalqın təkidli xahişi və tələbi ilə Ulu Öndər Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı müstəqilliyini yenicə bərpa etmiş respublikamızı məhv olmaq fəlakətindən xilas etdi və xalqımızın tarixinə Milli Qurtuluş günü kimi əbədi həkk olundu. “Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyən Ümummilli Liderimiz Vətən və xalq naminə çox ağır və məsuliyyətli missiyanı öhdəsinə götürərək bu yolda hər bir azərbaycanlı üçün örnək ola biləcək fədakarlıq nümunələri göstərdi. Unudulmaz dahi rəhbərimiz xalqı öz inamını itirməməyə, məsləkindən dönməməyə, Azərbaycanın müstəqilliyi, milli azadlığı, müstəqil dövlət kimi əbədi yaşaması yolundan çəkinməməyə, ölkəmizi düçar olduğu böhrandan çıxarmağa çağırdı.
Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən Milli Ordu quruculuğunda yeni bir mərhələnin əsası qoyuldu. Ulu Öndərimizin xalqa tarixi müraciəti milli şüurun oyanışında, xalqın bir bayraq altında, bir amal uğrunda birləşib, ümumi düşmənə qarşı səfərbər olmasında, ordu ilə xalqın monolit birliyinin yaranmasında, Azərbaycan əsgərinin döyüş və vətənpərvərlik ruhunun yüksəlməsində çox mühüm rol oynadı.
Qarabağ müharibəsinin veteranları qanlı döyüşlər getdiyi vaxtlarda əbədiyaşar Ali Baş Komandanımızın tez-tez cəbhə bölgələrinə etdiyi səfərləri, üzərində “Heydər Əliyev uğrunda!” sözləri yazılmış döyüş texnikalarının düşmən üzərinə qətiyyətli hücumlarını yaxşı xatırlayırlar. Məhz müasir Silahlı Qüvvələrimiz Ulu Öndərmizin sayəsində yenidən quruldu, formalaşdı, möhkəmləndi və vahid mərkəzdən idarə olunan mütəşəkkil qüvvəyə çevrildi.
Xalqımız və dövlətimiz, eləcə də Silahlı Qüvvələrimizin şəxsi heyəti Ümummilli Liderimizin ölkənin siyasi, iqtisadi, mədəni həyatında olduğu kimi ordu quruculuğu sahəsində də möhtəşəm xidmətlərini heç vaxt unutmur.
Azərbaycan Silahlı Qüvvələri Ulu Öndərmizin layıqli davamçısı möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında daha da qüdrətlənmiş və qarşısına qoyulmuş hər bir vəzifəni layiqincə yerinə yetirməyə qadirdir. Ordumuz ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunmuşdur.
İnanıram ki, xalqına, dövlətinə, Prezidentinə, öz Ali Baş Komandanına arxalanan Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da qazandığı uğur və nailiyyətlərlə xalqımızı sevindirəcək, tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızın xilas edilməsinə nail olacaq.
Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram".
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Uşaqlarda uzun müddət davam edən öskürək
Məşhur serialların yeni uğuru
Cavabsız suallar...
Azərbaycan Rusiyanı darmadağın etdi
Körpəni yuyundurarkən diqqət ediləcək məqamlar
Ronaldu Di Stefanonu arxada qoydu
Yeməyə görə kalorini necə yandırmalı?
Məktəbin yeni dərdi: əvvəl geyim idi, indi isə...
Abdullah Gülün oğlu Harvarddan məzun oldu
Google eksperimental şəhər tikəcək
Eynəklər
Suriyadakı kimyəvi silahların məhvinə özəl şirkətlər də qatılacaq
Türkiyə MN-dan Azərbaycana bayram təbriki: “Sizinlə fəxr edirik”
Özü yıxıldı - 7.5 milyon təzminat istəyir
Ana südünün artırılması və faydası barədə məsləhətlər
Gözlənilməz bahalaşma
Bakıda pulsuz internet olacaq
Leyla Əliyeva: "Mən səni çox-çox sevirəm!"
Görənlər şoka düşür: Pişik əsl vampir imiş - FOTO
Sabah Yerə yaxınlaşacaq – NASA xəbərdarlıq etdi
Kardi B bu dəfə də Merve Boluğura sataşdı-FOTO
2020-nin ən yaxşı çantaları
Ronaldu qovuldu, “Atletiko” vahid lider oldu
Miranda Kerr üçüncü dəfə ana olacaq - FOTO
Mənim ilk etirafım
Bakıda daha bir bulvar salınır
Yeni Zelandiyada şəhər satışa çıxarıldı
İvanka Trump öz şirkətini bağladı
Tarixi-mədəni sərvətimiz - Xan Bağı
Eda Taşpınarın sevgilisi kimdir?
Qeyri-ənənəvi oriyentasiyalı şagirdlər üçün məktəb
Arıqladan qidalarla həyatdan zövq alın (2)
Uşaqlarda sünnət icrası haqqında məlumat
"Kahı salatı" və "Pendirli rulet"(foto resept)
Bu qəsəbədə bu gün qaz olmayacaq
2016-cı il üçün dəhşətli proqnozlar! Bizi nələr gözləyir?
Bakıda Yəhudi Mədəniyyət Mərkəzinin tikintisi üçün torpaq sahəsi ayrılıb
İlin ən yaxşı serialı seçildi - FOTO
Tələbələrə müjdə: Bakıda müasir yataqxana kompleksi tikilir
Hamilələr üçün donlar
Bu icazələr ləğv ediləcək - Rəsmi
Amerikalı ukraynalı jurnalisti canlı yayımda qorxutdu - VİDEO
Dünyanın ən yaşlı əri öldü - FOTO
Əl işlərim
51 yaşlı modelin gənclik sirri bəlli oldu-FOTO
Ağcabədi rayonu yenidən atəşə tutulub - RƏSMİ
Şok! Marketdən alınan banandan əqrəb çıxdı
Sərinlik dərdi: bahalıdırsa, keyfiyyətlidir?
Sürücülərə ÜZÜCÜ XƏBƏR: Burada avtomobil saxlayan cərimələnəcək - VİDEO
Keçəlliyin də dərmanı tapıldı















- ŞƏRHLƏR