
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanov ali məktəbin rəhbər heyəti ilə görüş keçirib.
ANS PRESS xəbər verir ki, görüşün məqsədi yaxın günlərdə başlanacaq yay imtahan sessiyasından öncəki vəziyyətlə bağlı məlumat almaq, imtahanlara hazırlıq vəziyyətini müzakirə etməkdən ibarət olub. Son illər Azərbaycan Tibb Universitetində bütün imtahanlar insan faktoru olmadan - test üsulu ilə, kompyüterlər vasitəsilə aparılır.
Ənənə halını alan görüşdə akademik Ə.Əmiraslanov deyib ki, bu semestr, Azərbaycanda keçiriləcək tarixi tədbir - “Bakı 2015” Avropa Oyunlarına görə bir qədər qısaldılıb. Buna görə də Tibb Universitetində may ayının sonuna kimi imtahanlar başa çatdırılmalıdır.
O, “Bakı 2015” Avropa Oyunlarının ölkəmiz üçün daşıdığı siyasi və ictimai əhəmiyyətindən danışaraq bildirib ki, bu idman yarışı bütün qitənin tarixində qalacaq bir hadisə olacaq. Rektor ATU tələbələrinin böyük qisminin Avropa Oyunlarında könüllü kimi iştirak edəcəyini də vurğulayıb və onlara uğurlar arzulayıb.
İmtahanların keçırıldiyi Virtual Test Mərkəzinin direktoru dosent Şahin Bayramov imtahanlara texniki hazırlıqların uğurla başa çatdığını bildirib. Qeyd olunub ki, hazırda ATU-nun Əczaçılıq fakültəsinin IV kurs tələbələrinin dövlət imtahanlarına start verilib.
Görüşdə iştirak edən fakültə dekanları isə tələbələrin imtahana hazırlıq səviyyəsinin yoxlanılması, dövlət attestasiyası və semestr imtahanlarına hazırlığın vəziyyəti haqqında məlumat veriblər.
Tibb Universitetinin tədris-hissə müdiri dosent Nəsimi Qasımov Nazirlik tərəfindən fakültələr üzrə təyin edilən attestasiya komissiyaları haqqında məlumatı görüş iştirakçılarının diqqətinə çatdırıb.
ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Cahangir Qasımov isə bu il Universitetdə “Məzun günü”nün may ayının 27-i saat 17:00-da keçiriləcəyini bildirib.
Görüşdə vurğulanıb ki, ATU-da imtahanların gedişi zamanı yarana biləcək anlaşılmazlıqları operativ həll etmək məqsədilə appelyasiya komissiyaları və qaynar xətt təşkil edilib.
Mənbə: ANS PRESS

XƏBƏR LENTİ
Azərbaycan sinoptiklərindən hava müjdəsi
Builki tələbə qəbulu kampaniyasının yekun statistik rəqəmləri açıqlandı
"Böyük oyun" başlayır
Qanaxma zamanı ilk yardım
Azərbaycan qılınclarla bölünmüş candır
Google sağlamlığa önəm verir
Psixopatlıq irsən keçir?
Təhsil İdarəsindən valideynlərə MÜRACİƏT
Sürpriz salatı (foto resept)
Davudoğlu BMT baş katibi və Yunanıstanın XİN rəhbəri ilə Kipr məsələsini müzakirə edib
Azərbaycanın Fransadakı səfiri: “Parisdə ermənilər səfirliyimizə daş atdılar, şüşələrimizi qırdılar...”
Aleyna Tilki sevilməyindən narazıdır
Nazir yarmarkaya gəldi
TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ
Düşmən texnikalarının məhv edilməsinin yeni görüntüsü - VİDEO
Audi sirrini açdı
Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən uşaqların sayı gizli saxlanılır
Deputatdan hökumətə təkliflər: “Uşaq pulu” bərpa edilsin”
Beyin təhlükədədir! - Bu simptomlara laqeyd yanaşmayın
"Nar Mobile" ən sadiq abunəçilərini mükafatlandırdı
Ombalarınızı qaldıran 5 məşq hərəkəti
DİM şagird və abituriyentlərə müraciət etdi
Nəşhur həkimdən ilginc AÇIQLAMAlar
Məşhur aparıcı intihar etdi-FOTO
Günün ulduz falı
Koronavirusdan can verən adamı son sözləri hər kəsi təəccübləndirdi
Əsirlikdə olan Bayram Kərimov ailəsinə xəbər göndərib
Çağatay Ulusoy və Duyğu Sarışının ayrılıq xəbərləri yayıldı
Ən pis parol hansıdır?
Füzuli və Cəbrayılda daha 64 erməni hərbçinin meyiti tapıldı
Avstraliyada it 21 küçük doğdu
Saç üçün maskalar
Ombudsman aparatından Allahverdi Bağırovun məzarının ermənilər tərəfindən sökülməsi videosuna reaksiya
Qorxu dolu gecə
Azərbaycan idmançıları 1 qızıl və 2 bürünc medalla qayıdıblar
Azərbaycanda koronavirusa 1346 yeni yoluxma faktı qeydə alındı: 15 nəfər vəfat edib
Rus dili - РћРѕ
Antikvar saatlar
Şahzadə ailəsi hindli məşhurlarla görüşdü
15 min adamı it, pişik, siçovul, at, eşşək dişləyib
3 ölkəyə həcc qadağası qoyuldu
Vatsapdan YENİLİK
Nazirlik gecikən pulları ödətdirdi
Buna görə Tailanda getməyə dəyər
Mayk Tayson "Prins" oldu
Zümrüd daşı
Ezgi Mola sevgilisinə sataşdı
Hava haqqında
Ağız içi yaralar üçün təbii dərmanlar
"Ayfon" və "Aypəd" rəsmən Azərbaycan dilinə

- ŞƏRHLƏR