Bu gün Bakıda Avropa Peşəkar Futbol Liqaları Birliyi (EPFL), Avropa Klublar Birliyi (ECA), Peşəkar Futbol Liqası (PFL) və Azərbaycan Premyer Liqasının ECA təşkilatına üzv olan 4 klubu – “Neftçi”, “Xəzər Lənkəran”, AZAL və “Bakı” klublarının nümayəndələrinin iştirakı ilə geniştərkibli toplantı keçirilib.
ANS PRESS-in PFL-ə istinadən verdiyi məlumata, iki mərhələdən ibarət toplantının ilk mərhələsində EPFL nümayəndəsi Jair Emanuel Bertoni və Peşəkar Futbol Liqasının nümayəndələri iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev sözü PFL prezidenti Ramin Musayevə verib.
R.Musayev çıxışı zamanı bir sıra məsələlərə toxunub: “Diqqətinizə çatdırım ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə futbolun inkişafına dair dövlət proqramı imzalayıb. Həmin proqrama əsasən müxtəlif tədbirlər həyata keçirilir. Etiraf edim ki, biz futbol ölkələri kimi tanınan dövlətlərin təcrübəsindən yararlanmağa çalışırıq. Bu mənada, biz Avropa Peşəkar Futbol Liqaları Birliyinə üzv olmaqdan məmnunuq. Əlavə edim ki, Peşəkar Futbol Liqası 2008-ci ildə yaradılıb və keçən müddət ərzində inkişafa nail olmuşuq. Hazırda Premyer Liqamız Avropa ölkələrinin reytinqində 29-cu pillədə qərarlaşıb. Çalışırıq ki, daha yüksək pillələrə qalxaq”.
Öz növbəsində çıxış edən J.E.Bertoni Azərbaycanda olduğundan fəxr hissi duyduğunu ifadə edərək, ilk dəfə olduğu Bakını bəyəndiyini vurğulayıb. Səlahiyyətli şəxs bildirib ki, Peşəkar Futbol Liqasının gördüyü işlərdən xəbərdardır. O, Avropa Peşəkar Futbol Liqaları Birliyinə daxil olan 31 qurum arasında münasibətlərin qurulmasının və daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Nahar fasiləsindən sonra isə tədbirə Avropa Klublar Birliyinin nümayəndəsi Vouter Lambrext və yuxarıda adları qeyd olunan klubların nümayəndələri qatılıblar. Tədbirdə “Neftçi” icraçı direktor Elnur Məmmədov, “Xəzər Lənkəran” menecer Elvin İsmixanov, “Bakı” prezident müşaviri Nəriman Mehdiyev, AZAL isə vitse-prezident Fikrət Hüseynovla təmsil olunub. Tədbirin ikinci hissəsində isə daha çox klub-futbolçu münasibətlərindən danışılıb və problemlərin həlli yolları göstərilib.
Tədbirin sonunda R.Musayev qonaqlara xüsusi hədiyyələr təqdim edib və onları Azərbaycan Kubokunun finalına dəvət edib.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Körpəmizi ilk anından qoruyaq
Əhaliyə xəbərdarlıq!
Yaralıyam, dəymə…
Ən pis parol hansıdır?
8 mindən çox adam öldü
Yeni il bayramında şagirdlər neçə gün məktəbə getməyəcəklər?
Zəlimxan Yaqub Birinci Fəxri Xiyabanda dəfn olunacaq
Məşhur aktrisa qadınlar haqqında ilk möhtəşəm filmdən danışıb
Məktəblərdə övladlarımızın sağlamlığı nə dərəcədə qorunur? - FOTO
Vətəndaşlığı baha olan ölkələr - SİYAHI
Azərbaycanlı şagird dünya çempionu oldu
Maaşlarla bağlı gözlənilən qərar verildi
Adi yumurta İnstagram-da rekord vurdu - VİDEO - FOTO
Üz quruluşuna görə papaq seçimi
Yeni filmi üçün “Boeing 747”-ni partlatdı
Çində uşaq bağçasında oynanılan oyun hər kəsi heyrətə gətirdi - VİDEO
Dövlət Xidmətindən
Həkimdən ŞOK SÖZLƏR : “Bu qidaları yeməyin!”
MSK: 1894050 nəfər səsvermədə iştirak edib
Saç düzümləri
Dərs oxuma proqramı necə hazırlanmalıdır?
Meksikada "balıq yağışı" yağıb
Kim deyir, gecələr yatmaq üçündür?
Azərbaycanda ən çox bu xəstəlikdən ölürlər - Həkim
"Makiyajsız çirkinsən" deyən izləyicisini cavabı ilə susdurdu - FOTO
Nənə və babaya "Vağzalı" çalındı - Göyçayda maraqlı toy - VİDEO
Qadına uşaqlıq köçürüldü
Ordumuzun Kəlbəcərə daxil olmasının növbəti görüntüləri - VİDEO
Love you forever
10 Alış-veriş xarakteri var, sizinki hansıdır?
Şokoladlı bananlı keks (foto resept)
Azərbaycan idmançıları 1 qızıl və 2 bürünc medalla qayıdıblar
Ramazan ayının 23-cü gününün imsak və iftar vaxtları
“Vyetnamka” geyinənlərə XƏBƏRDARLIQ: sümüyünüz çatlaya bilər
İranın xüsusi nümayəndəsi Qarabağ münaqişəsi ilə əlaqədar Bakı, Moskva, İrəvan və Ankaraya gedəcək
Bir ananın qızına evlilik haqqında nəsihətləri
83 yaşlı qadın dünya çempionu oldu - FOTO
Bülənt Arınç: İslamofobiya insan hüquqlarının pozulmasıdır
"Görənlər 20 yaşım olduğunu düşünür" - FOTO
Dünyanın ilk korona peyvəndi bu tarixdə tətbiq olunacaq – Açıqlama
1 yaşı olmayan uşaqlara meyvə suyu verməyin!
HAVA necə olacaq?
Günəbaxan tumlu peçenye (foto resept)
Bu gün iki şəhərdə su olmayacaq
İmtahanın ən yüksək nəticələri açıqlandı
Arıqlamağı çətinləşdirən səhvlər
Qarabağ haqda təcili bəyanat
Quru dəri üçün şokolad maskası
Qat-qat xəmirdən pendirli piroq (foto-resept)
Müəllimlərə şad xəbər















- ŞƏRHLƏR