Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC ilə ölkəmizin bir neçə region kanalı arasında kanalların yayımına dair müqavilə imzalanıb.
Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, region kanalları – “Qütb” TV (Quba), “Alternativ” TV (Gəncə), “Türkəl” TV (Tovuz) və “Region” TV artıq “Azerspace-1” peyki üzərindən yayıma başlayıb. Regionlarımızda fəaliyyət göstərən bu kanallar artıq 11024/V/12700 tezliyi ilə yayımlanmaqdadır. Qeyd edək ki, yeni tezliyin detalları aşağıda qeyd olunub:
11024 Mhz : S/R-12700: QPSK 5/6: Pol –V
Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder.
2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-ın idarəçiliyini təhvil almış və bununla da Geo-İnformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır.
Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2017-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”-ni 45° Şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Romantik yataq otağı mebelləri
Uşaqlara qənaət etməyi necə öyrətməli?
Həzi Aslanov yad edildi
Məşhur tərzi: İzabel Goulart
Mimoza salatı (foto-resept)
Kerem Bürsin etirafı ilə diqqət çəkdi
Məşhurların 2019 qısa saç modelləri
Gənc qız Putini yerə çırpdı
Bakının bəzi küçələrində qaz olmayacaq
Haley Bieberin tərzi
“Fact Check Karabakh” daha bir erməni yalanını ifşa etdi - FOTO
İyul ayının qalibləri!
Insanların acizliyi-Allergiya
Fərqli salat (foto resept)
Gündən qoruyan kremlər... heç nədən qorumur - ARAŞDIRMA
İlin ən yaxşı fotoşop şəkilləri
Milan moda həftəsində diqqət çəkən payız aksesuarları
Tənha insanlar üçün kreslo
Çox sevilən içki - kapuçino
Cəbhədə son vəziyyət
Parlaq saçların sirri
Pendirli zapekanka (foto resept)
Fədakar dost
Süd allergiyası nədir?
Gün ərzində 8103-ə ikinci icazə üçün müraciət etmək mümkündür? - RƏSMİ AÇIQLAMA
Meqan Markl kral ailəsindən ayrılmağın əsl səbəbini AÇIQLADI
"Artıqçəkili şəxslər arıqlamaq üçün..."
Aleksandr Borodin
İskəndəriyyə kitabxanasının sirləri
Göbələk şorbası (foto-resept)
Yaşıl zeytunun faydaları
3 kəndin sakinlərini sevindirdilər
Rusiya FHN Ağdamı minalardan təmizləyəcək
Braziliyada həbsxanadan 470 məhbus qaçıb
Balqabaqlı şorba (foto resept)
Goranboya düşmən hücumu nəticəsində ölən şəxsin kimliyi bilindi - RƏSMİ
Uşaqların sosial-psixoloji inkişafı-25
Britni Spirs ərə gedəcək - FOTO
Qozlu peçenye (foto resept)
Azərbaycanda SMS icazənin müddəti artırıldı - RƏSMİ
Xizək üzərində hotel yaradıldı - FOTO
HAVA necə olacaq?-5 yanvar
"Arayışsız kredit" niyə ləğv olundu?
Sinir sistemini gücləndirən meyvə
2020-nin manikür modelləri
Ermənistanın növbəti yalanı ifşa olundu: Polkovnik Hafiz Ağayev sağdır
Kişilərin cəlbedici hesab etdiyi xüsusiyyətlər
Bulqurun inanılmaz faydaları
İzmirdə möcüzə: 58 saat sonra dağıntılar altından sağ çıxarıldı - VİDEO
Məşhur dieotoloq oruc tutmağın faydasından danışdı
- ŞƏRHLƏR