Ötən ilin yayında ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirən Azərbaycan əsgəri Sərxan Tahirzadənin qarşılaşdığı problemlər, ona olan biganəliklə bağlı yayılan xəbərlərə Müdafiə Nazirliyi reaksiya verib.
ANS PRESS-in məlumatına görə, Sərxan Tahirzadə AzNews.az-a açıqlamasında bildirib ki, məsələ ictimailəşəndən sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, onu və anasını nazirliyə dəvət ediblər.
Nazirliyin rəhbər şəxsləri tərəfindən qəbul edilən qazinin qarşılaşdığı problemlə bağlı söhbət aparılıb. Onun mövcud durumu, qayğıları və problemlərinin məğzi ilə maraqlanılıb.
Görüşdə S. Tahirzadənin ehtiyacları barəsində söhbət aparılması ilə yanaşı, yaranan hər hansı problem zamanı Müdafiə Nazirliyində müvafiq qurumla əlaqə saxlaması üçün ona telefon nömrələri də verilib.
S. Tahirzadəyə deyilib ki, Müdafiə Nazirliyi hər zaman onun qayğılarına dəstək olmağa hazırdır. Daha sonra qazini narahat edən problemlərin həllinə kömək göstərilməsi üçün müvafiq tapşırıqlar da verilib.
Qeyd edək ki, Sərxan Tahirzadə 77 manat pensiya, 150 manat da prezident təqaüdü ilə dolana bilmədiyini, sığorta pulunu isə Dövlət Sığorta Şirkətindən ala bilmədiyini dilə gətirmişdi. Onun anası Mahisə Tahirova isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbul şöbəsinin müdiri Bayram adlı şəxs tərəfindən təhqir olunduqlarını bildirmişdi. M. Tahirova əlavə etmişdi ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşə bilmir, müavini isə onlara qarşı hörmətsizlik edir.
Mənbə: ANS PRESS

XƏBƏR LENTİ
Qarpızlı sərinləşdiricilər (foto resept)
Ançelottidən sonra Pelleqrini seçildi
Yeni təxribatın anatomiyası
Şeroun Stounun səhifəsi bloklandı-SƏBƏB
Mobil qurğularda təhlükələr artır
Dənizkənarı Bulvar İdarəsinin tabeliyindəki qurumlar təsdiq edildi
2014-cü ilin yeni saç trendləri
Ancelina Coli necə arıqlayır? - Siz də yoxlayın...
Şəhid oğlu hər kəsi göz yaşına boğdu: “Atamı cəmi doqquz il qucaqlaya bildim” - VİDEOREPORTAJ
Bülənt Ərsoydan Azərbaycanla bağlı paylaşım
"Instagram" işləmir - Problem yaranıb
Fahriye və Burak Özçivitdən yeni FOTO
Belqrad
BÜRCLƏR bizə nə vəd edir?-17 yanvar
Sufi İdris Şahdan xoşbəxtliyin açarı
İnsan əti yeyən manyak saxlanıldı - Dəhşətli faktlar/Foto
“Taxt oyunları” həvəskarlarına BƏD XƏBƏR - Final gəlir - FOTOLAR
Afina küçələrində sənətkarlıq nümunələri
Ayaqqabı ipi bağlamağın 13 yolu
Belə də qadağalar olar?
ÜST: “Kütləvi immunitet qurtuluş yolu deyil”
Dünyanın ən sağlam ölkələrinin sirləri
Yaz üçün gözəl donlar
Dünya Bankı: 5 gündən sonra ABŞ-ı fəlakət gözləyir
Soyuq havalarda dəri qulluğu
Yaxşı kitab beyni və həyatı dəyişir
5 min avroya qarışqa aldı
Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri bahalaşıb
Kosmosdan polisə zəng gəldi, işə rəsmilər qarışdı
İspaniyada bank 2 mindən çox evi kütləvi satışa çıxardı
İsveçrədən ermənilərə şok!
Məşhur aktrisa ərə getdi
Küçəyə çıxmaq üçün göndərilən SMS-ə belə cavab gəlir
Qadın-kosmonavt yadplanetlilərin varlığıdan danışdı
Hava necə olacaq? - XƏBƏRDARLIQ
Disney şəhzadələrinin modern görünüşləri
2116 Yusifimiz var, 1444 Hüseynimiz
Stounhenc
Ölümcül virus Avropada da can aldı
Peru silkələndi
Azərbaycanda yeni internet televiziyası fəaliyyətə başlayır
Evdə Lahmacun (foto resep)
Yalançı qurud (foto resept)
Günün ulduz falı - 06.02.2014
Super lent hazırlanıb
Məşhur aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİR-FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-77
Dərslər neçə dəqiqə olacaq?
Dreykin 979 min dollarlıq geyimi səs-küy yaratdı - FOTO
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik qüvvəyə mindi

- ŞƏRHLƏR