"Facebook" sosial şəbəkəsi qəribə xidmət təqdim edib.ANS PRESS-in məlumatına görə, yeni xidmət intiharların qarşısını almaq üçün nəzərdə tutulub. Funksiyanı hazırlanan zaman saytın administrasiyası intiharların qarşısını almaqla məşğul olan bir neçə təşkilatla əməkdaşlıq edib.
Yeniliyə əsasən, "Facebook"un divarında xüsusi düymə olacaq. Əgər sosial şəbəkə istifadəçisi depressiv xarakterli şərhlər görərsə, həmin düyməyə basacaq. Nəticədə saytın administrasiyası hansısa istifadəçinin şübhə doğurması haqqında məlumat alacaq. Həmin şəxs tapılandan sonra onun bütün şərhləri yoxlanılacaq və o, növbəti dəfə öz səhifəsinə daxil olanda ona belə bir mesaj göndəriləcək: "Salam! Dostun düşünüb ki, sən hansısa çətinliklərlə rastlaşmışan və bizdən xahiş etdi ki, sənin son vaxtlardakı yazılarına baxaq". Bu üsulla həmin şəxsə psixoloq köməyindən istifadə etmək imkanı veriləcək.Qeyd edək ki, bir müddət əvvəl "Facebook" daha bir yenilik təqdim etmişdi.
Belə ki, əvvəllər ölən şəxslərin hesabı avtomatik olaraq bağlanırdısa, indi sosial şəbəkə istifadəçiləri öz hesablarını başqalarına ötürə, "miras qoya" bilərlər. Lakin bu halda da müəyyən məhdudiyyətlər olur. Məsələn, ölən adamın şəxsi mesajlarına heç kim baxa bilmzə. Lakin hələlik yeni funksiya yalnız ABŞ-da aktivdir.
Mənbə: ANS PRESS

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR