Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Niderland Krallığında silsilə tədbirlər təşkil olunub.
Fevralın 26-da Azərbaycanın Niderlanddakı səfiri Mirhəmzə Əfəndiyev, Milli Məclisin deputatları Zahid Oruc, Sahib Alıyev, Dünya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Xəzər Emin, Niderland-Azərbaycan Əməkdaşlıq Platformasının prezidenti Arnold Utama, Niderlanddakı Azərbaycan diasporunun rəhbər və fəalları, eləcə də səfirliyin əməkdaşları Haaqa şəhərində yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə əklil qoyublar.
Sonra “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Niderland Krallığının parlamentinin binasında, “Nieuwspoort” Beynəlxalq Mətbuat Mərkəzində “Light a Fire to Fight the Liar!” (Yalanla mübarizə üçün alov yandır!) adlı foto sərgi açılıb. Sərgi Holland ictimaiyyətinin təmsilçiləri tərəfindən təsis edilən Niderland-Azərbaycan Əməkdaşlıq Platformasının təşkilatçılığı, Azərbaycanın Niderlanddakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Sərginin açılışı zamanı Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şəhidlərin xatirəsinə şamlar yandırılıb, Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı “Xocalı soyqırımı” adlı film nümayiş etdirilib, iştirakçılara “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının təqdim etdiyi tematik kitab, broşür, jurnal və digər təbliğat materialları paylanılıb.
Sərgi iştirakçıları “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanmış və Xocalı faciəsinin insanlığa qarşı cinayət və soyqırımı kimi tanınmasına çağıran petisiyanı imzalayıblar.
Tədbirdə Niderland parlamentinin nümayəndələr palatasının deputatları, müxtəlif dövlət qurumlarının, o cümlədən holland ictimaiyyətinin təmsilçiləri, Niderlanddakı Azərbaycan diasporunun üzvləri, yerli və xarici jurnalistlər iştirak ediblər.
Sərgi ilə eyni vaxtda Niderland parlamentinin qarşısında, “Plein” meydanında çadır qurulub, yerli ictimaiyyətə Xocalı soyqırımı, ermənilər tərəfindən törədilmiş vəhşiliklər haqqında məlumat verilib, təbliğat materialları paylanılıb.
Mənbə: ANS PRESS
![](/sfiles/img/icons/news-icon.png)
XƏBƏR LENTİ
Ağ Evdə çəkdiyi video ilə məşhurlaşdı - 7 milyonluq ev aldı - FOTO
Milyoner 2-ci mərtəbədən yıxıldı-SƏBƏB
64-cü "Emmy" mükafatında ulduzların geyimi
2020-nin manikür modelləri
Ərdoğan Bakıya gəlir
Trendi özünüz yaradın
Selena Gomez Justin Biberə mahnı həsr etdi-VİDEO
Günün ulduz falı
Milyarder kosmosa uçmağa hazırlaşır - 5 ay sonra
HAVA necə olacaq?
600 alimdən hökumətə məktub: "Savadsızlığa son qoyun!"
Bakı birinci oldu!
Sevgiyə aid ən yaxşı 11 türk filmi
Mehriban Əliyeva İmam Hüseyn məscidinin açılışında iştirak edib - FOTO
"Facebook" və "Whatsapp"dan növbəti yeniliklər
"Facebook" bizi aldadır
ABŞ-dan çox önəmli peyvənd açıqlaması
Onurğaya zərər verən vərdişlər
Rəsm əsərlərim
Mehmet Ali Erbilin gənc sevgilisi var?-FOTO
ABŞ kosmosa hərbi baza yerləşdirəcək?
Əsl hekayələri qaranlıq olan cizgi filmlər
Pensiyalar haqqında yeni QANUN
İlham Əliyev Qubadlının işğaldan azad olunmasında fərqlənmiş komandirləri təbrik etdi
Təqaüdçülərə şad xəbər!
Uşaq ensiklopediyası (11)
Platforma ayaqqabılar
Boşanma zamanı uşaqların hüquqları necə qorunmalıdır?
"28 May" stansiyasının nəyi kəmdir?
19 yaşlı qəhrəman: Qəsəbənin 30 ildən sonra ilk şəhidi - VİDEO
Çin yenidən dünyanı təhdid edir - Şok fakt
Ən gözəl qış ətirləri
Sınaq imtahanının nəticələri bu gün açıqlanacaq
Nemtsovun Əliyev etirafı
Paytaxtımızda möhtəşəm yenilik
Azərbaycanda ipoteka kreditlərinin 20 faizdən çoxu güzəştli əsasda verilib
Dünyanın ən hündür heykəlinin açılışı oldu-FOTO
Mark Zukerberq pullarını nəyə xərcləyir?
Souslu kələm salatı (foto resept)
Saç qurudarkən nəyə diqqət etməli?
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Dollar yenə ucuzlaşdı
HAVA necə olacaq?
"iPhone 6"-da qüsur aşkarlandı
Ərdoğan bütün sirləri açdı
Bulvarda pulsuz yoqa dərsləri olacaq
Süd keyfi
Boşanmağa qərar verərkən
Yeni Qarabağ ümidi
Bakıya qar yağdı, yollar buz bağladı - VİDEO
![](/sfiles/img/icons/valuable-icon.png)
- ŞƏRHLƏR