Trend xəbər verir ki, Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı İstanbulun məşhur Taksim meydanında “Xocalıya ədalət” kampaniyası çərçivəsində fləşmob keçirilib. “Zəhra Ana” Dərnəyi və İslam Konfransı Gənclər Forumunun dəstəyi ilə keçirilən aksiya zamanı faciə qurbanları olan 63 uşağın qətlə yetirilməsini yada salmaq üçün üçün 63 gənc üzlərinə uşaq maskası taxaraq yerə yıxılıb və canverməni səhnələşdirib.
Sonra gənclər ayağa duraraq, kütləvi qırğında həyatını itirmiş Xocalıdan olan uşaqların adlarını və yaşasaydılar, bu həyatda nə edəcəklərini söyləyərək, bununla onları yad ediblər. Fləşmob zamanı kampaniya fəalları “Yalanla mübarizə üçün alov yandır” (Light a Fire to Fight the Liar) devizi altında dünya ictimaiyyətinə ünvanlanan petisiyanı Taksim meydanında 1000-dən artıq xarici turistə və 5000-dən çox yerli sakinə paylayıblar. Dünya liderlərinə, KİV-lərə, bütün vicdanlı insanlara ünvanlanan bu petisiyada Xocalı faciəsini törətmiş adamların cinayət məsuliyyətinə cəlb edilməsi və faciəni “insanlığa qarşı cinayət” və “soyqırım aktı” kimi qiymətləndirilməsi çağırışı edilir.
Tədbir zamanı çıxış edən “Zəhra Ana” Dərnəyinin nümayəndəsi Sərdar Qoca dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlının bu müqəddəs missiyanı həyata keçirməyə dəstək göstərməyin vacibliyini bildirib.
Aksiya Türkiyənin bir çox KİV-lərində geniş şəkildə işıqlandırılıb.
Qeyd edək ki, “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlamış və hal-hazırda 50-dən artıq ölkədə həyata keçirilir. Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınıb.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Özge Ulusoydan ayrılıq xəbəri
Dekolte lenti ilə gözəlliyi azad yaşayın
Cəbrayıl-Füzuli istiqamətində şəhid olan gizirimiz
Bakını toz bürüyəcək
Letolojika
Bölgə yazarları həyəcan təbili çalırlar
Bu gün Salatın Əsgərovanın doğum günüdür
Azərbaycanda zəlzələ olub
Gəlinlər üçün ayaqqabı modelləri
8 nəvəli nənə dördəm əkizlərə hamilədir - FOTO
“Eurovision 2019”da şounu Azərbaycan bağlayacaq
iPhone sahiblərinə xoş xəbər
"Dünyanın ən gözəl ombası" yarışına o da qatıldı-FOTO
Zəriflərimizin zəif cəhəti...
850 minə yaxta aldı - FOTO
Yay/Yaz aylarının 4 ayaqqabı trendi
Xalq artisti könüllü orduya yazıldı - FOTO
Rəsmi Bakı Ermənistanın cavabını verdi
Gif avatarlar
DİM yeni növ imtahanlar keçirməyə hazırlaşır - RƏSMİ
Ginekoloqa getmək üçün 7 səbəb
Vaxtımız: xəyallar, yoxsa məqsədlər?
Alimlər duman vasitəsilə elastik displey yaradıblar
45 yaş sonrası üçün dəbli geyimlər
Demetin evini yardılar
Nazim ilə Piraye
Emin Ağalarov italyan müğənni ilə duet oxudu - VİDEO
İrəvana ikinci zərbə
Dünyanın ən kiçik “Rubik Kubu” nümayiş olunub
Ombudsman aparatından Allahverdi Bağırovun məzarının ermənilər tərəfindən sökülməsi videosuna reaksiya
Günün ulduz falı
Ən sevdiyim paltarlar və ya paltar növləri
Ətli göbələk ( foto-resept)
Kraliça sarımsaq və soğanı da qadağan etdi-FOTO
"Qanlı Ay" tutulması nə vaxtdır?
Hindli futbolçunun yaşını eşidən şoka düşür
Portağallı-limonlu tort (foto-resept)
Azərbaycanda qar yağıb
Lauranın maraqlı makiyaj nümunələri
Günəşin dəri üzərindəki təsiri
Analoq televiziya yayımının dayandırılma tarixi açıqlandı
Uşağınızı ayrılığa öyrəşdirin
Qan içən qadın
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Azərbaycan tarixindən yüz şəxsiyyət-54
Şokoladla gözəlliyə doğru
Günün qoroskopu: əlverişli tanışlıq olacaq
2000 adam işıqsız qaldı - Səbəb pişik
Hər yaşa uyğun saç modelləri
Karantin rejimi yumşaldılacaq - Baş nazirdən ŞAD XƏBƏR
- ŞƏRHLƏR