Uşaqlar üçün ən sevimli qidalardan biri, bəlkə də birincisi konfetdir. Ancaq istənilən konfet məhsulu uşaqlar üçün zərərlidir və müəyyən yaşa kimi konfetdən, ümumiyyətlə, istifadə məsləhət görülmür.
Araşdırmalar ümumi nəticələrdə göstərir ki, şokoladın hər çeşidi insan orqanizmi üçün yetərli bir miqdardan sonra zəhər olaraq yığılır. İstilikdə əriməyən və "damla" şokolad olaraq adlandırılan qara şokolad tipləri gündəlik 65-70 qram olaraq yeyilməsi nəzərdə tutulduğu halda, ağ, südlü, çərəzli və bu kimi daha da iştahlandırıcı dada malik olan şokoladlar gündəlik 25-30 qram miqdarında istifadə olunmalıdır. Şokoladın maraqlı xüsusiyyətlərindən biri də bir növ vərdiş yaratmasıdır. İnsana xoşbəxtlik hormonlarının sürətli axınını yaradan şokoladdan hər yaş təbəqəsi daimi xoşbəxt olmaq üçün istifadə edir desək yanılmarıq. Amma təəssüf ki, bəzən bu xoş vərdişə aludə olanlar uşaqlar olur.
Şokoladın zərərlərini pərdələmək məqsədi ilə zaman-zaman qarşımıza bir çox məlumatlar çıxır. Şokolad ürəyə xeyirdir, insanı xoşbəxt edir, bədəndəki çatmayan bir çox elementləri bərpa edir və s. Düzdür, bütün bunlarda doğruluq payı var, amma bunun üçün şokoladın miqdarı qeyd olunmur. Elə onu yeyənlər də bu miqdarla maraqlanmır. Məsələn, şokoladın ürəyə xeyri olduğunu bildirənlər artıq şokoladın piy və çəki yaratdığını, bunun da ürəyə birbaşa zərbə vurduğunu qeyd etmir. İnsanı xoşbəxt etdiyi iddia edilən şokoladın normadan artıq yeyilməsi zamanı bədəndə xolestrolun artması, dərinin selülitə meylli olması, doymuş yağların və artıqların bədənə toplanması, qara ciyərin zədələnməsi və s. ziyanları elə də işıqlandırılmır.Psixoloq Emil Behrudinin sözlərinə görə, uşaqları ən gözəl tərbiyələndirmək və onları şokolad və bu kimi zərərli qidalardan çəkindirməyin yolu elə düzlükdür. Bu cür düzlüklə yola gəlməyən və yenə şokolad istəyən uşaqlara isə kiçik hiylələrlə başa salmaq mümkündür ki, o ziyanlıdır və valideyn yemirsə, uşaq heç yeməməlidir: "Ziddiyyət o zaman yaranır ki, ana uşağına deyir, konfet olmaz və yoldaşına çayı şokoladla verir. Uşağın gözünün qabağında saatlarla dadlı konfet hansıdır deyə müzakirə edilir və mağazadan alınır. Evdə əl altında saxlanmayan şokolad qonaq gələndə ortaya çıxarılır. Uşaq şüuraltı konfetin yaxşı bir şey olmasını dəqiqləşdirir və artıq heç bir qüvvə onu şokolad istəyindən uzaqlaşdıra bilmir".
Psixoloqun fikrincə, konfet gizlədilməməli, daim uşağın əli çatacağı yerdə olmalıdır ki, onun konfetə marağı ölsün. Məcbur edərək almanı uşağa yedirə bilməyən ana bir müddət sonra konfetlə də eyni aqibəti yaşayacaq və artıq məcbur edilsə belə uşaq konfet istəməyəcək: "Körpənin ağlı kəsəndən şokolad masa üzərində olmalıdır. Onun gözünün qarşısında konfet yeyilməsə, o da heç vaxt yemək üçün israr etməyəcək. Oynadıb yerinə qoyacaq. Onun üçün konfetr arzu olaraq qalmayacaq. Axtarmayacaq. Bir müddət sonra konfet soyuducuya qoyulacaqsa, qara paketə bükülüb qoyulmalıdır. Uşağa siqnal göndərilməlidir ki, bu yaxşı qida deyil. Heç bir halda körpənin gözü baxa-baxa konfet yeyilməməlidir. Onun yerinə alma, kök və bu kimi xeyirli qidalar iştahla yeyilməli və əməllə uşaq tərbiyə olunmalıdır. Uşaqların başqa ailələrdə şirniyə əl uzatmasının qarşısını almaq üçün mütləq evdə şirniləri qadağasız və yaxından görməsi şərtdir".
Ekspress.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Asan boxaça (foto resept)
Ölməyən eşq hekayəsi
Makiyajsız məşhurlar
Rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlandı
Prezidentdən nazirliklə bağlı fərman
Unikal enerjili avtomobil
Azərbaycanda özbaşına tikinti işləri aparanlar həbs ediləcək.
Daun sindromlu gənc namizəd oldu - Dünyada ilk
Murad Dalkılıçdan Hande Erçellə bağlı ETİRAF
X Mavericks pulsuz olacaq
Özünü reallaşdırmaq
İstədiyinizdə deyil, acdığınızda yeyin!
Qurban bayramı namazının VAXTI AÇIQLANDI
16 yaşlı gəncin boyu şoka saldı - 2.31 sm
BÜRCLƏR bizə nə vəd edir? - 8 APREL
Hansı bədən temperaturu normal hesab edilməlidir?
Saçı və dərini gözəlləşdirən düyü suyu
JLo bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ
Azərbaycan əsgərləri Əfqanıstanda
Hazırcavablar...
Sonsuzluğun çarəsi tapıldı
Hələ bu cür saç düzümü görməmisiniz!
Adelin FOTOsu hər kəsi QORXUTDU
Körpələrin zehnini inkişaf etdirən faktorlar
Gənc xanımlara ziyafət geyimləri
Bu paylaşımlarına görə işdən qovuldu - FOTO
Bakıda Böyükşor Bulvarı olacaq
BMT: 90 günahsız uşaq öldürülüb
Ev şəraitində hörgülü toppuz yığmaq üsulu
Bəzi kişilərin son ümidləri də puç oldu
Məşhur aktrisa gəlinlik geyindi-FOTO
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Sevməkdən qorxduğunuzu göstərən hallar
Suriyada kimyəvi silahın məhv edilməsi planı təsdiqləndi
Kənan Doğuludan BOŞANMA AÇIQLAMASI
Xanımlara sual!
Türkiyədə Koroğlunun nəhəng heykəli qoyuldu -VİDEO
40 yaşından sonra dəblə necə ayaqlaşmalı?
Almanlar ispanları darmadağın etdi, yığmamız xorvatlara uduzdu
Azərbaycan gölləri
Kəs və yapışdır-34
Dünyanı onlar idarə edir?
Yarmarkaya gətirilən 22 ton BAL SAXTA ÇIXDI
Bu gün Azərbaycan kinosu günüdür
Mütəxəssislərə görə evlənmə yaşı
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Bakı Şəhər Halqasının loqosu təqdim olundu
160-dan çox ölkə bu qidaları QADAĞAN EDİB: alma, çörək, ət...
Hindlilərin xoşbəxtlik məsləhətləri
Səni daha yaxşı edəcək 30 vərdiş
- ŞƏRHLƏR