2014-cü ilin oktyabrında Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edildi.Həmin qanuna əsasən, Ailə Məcəlləsinin 13-cü maddəsi yeni varinatda verildi. Bu maddə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi haqqındadır. Əvvəlki variantda Ailə Məcəlləsinə əsasən nikaha daxil olan tərəflərin nikahdan öncə tibbi müyaniədən keçməsi öz əksini tapsa da bu, könüllü idi.
Dövlət başçısı tərəfindən verilən fərman bu sahədə insanların qarşılaşdığı problemləri azalda biləcəkmi?
Ailə, qadın, uşaq problemləri üzrə Dövlət Komotəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova modern.az-a açıqlamasında bildirib ki, edilən dəyişiklik baş verən ciddi problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq:
“Son zamanlar ailələrdə olan problemlər, xüsusilə boşanmaların səbəbləri araşdırılarkən müəyyən edildi ki, nikaha daxil olacaq şəxslərin öncədən müayinədən keçməsi olduqca vacibdir. Bu həm tərəflərin hüquqları, həmçinin ailədə dünyaya gələcək uşaqların sağlamlığı, ailənin bütövlüyünü qorunması baxımından vacibdir.
Statistika göstərir ki, boşanmaların əksəriyyətinin səbəbi sonsuzluq və ya təhlükəli xəstəliklərin aşkarlanması, eyni zamanda qüsurlu körpələrin doğulması ilə bağlıdır.
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2007-ci ildən bu məsələ ilə bağlı öz təkliflərini Milli Məclisə təqdim etmişdi. Nəhayət ki, 2014-cü ildə Ailə Məcəlləsinin 13-cü maddəsinə bu dəyişikliklər edildi”.
Komitə rəsmisi bildirib ki, baş verən dəyişliklərə əsasən, nikaha daxil olmaq istəyən şəxslər qeydiyyat şöbələrinə öz ərizələrilə bərabər, tibbi müayinədən keçdiyini təstiq edən arayışı da təqdim etməlidir:
“Həmin arayışda şəxslərin tibbi müayinədən keçdiyi təstiq olunmalı, lazımi tibbi məsləhətlərin verildiyi də öz əksini tapmalıdır. Lakin nəticə barədə digər tərəfin məlumatlandırılması könüllüdür. Bildiyiniz kimi insanın sağlamlıq durumu barədə informasiyalar fərdidir, konfidensialdır, eyni zamanda həkim sirridir. Nikaha daxil olan digər şəxsin bu məsələni bilməsi könüllü formada həyata keçirilir.
Edilən dəyişiklikdən sonra nikaha daxil olmaq istəyən şəxslər konkret olaraq müəyyən olunmuş xəstəliklər üzrə müayinədən keçməlidirlər:
Hazırda həmin xəstəliklərin siyahısı təstiq edilməsə də, çox güman ki, AİDS, immun çatışmazlığı, narkomaniya, dəri-zöhrəvi xəstəliklərinin adı orada öz əksini tapacaq. Qanunverciliyə görə bir şəxsin digərini SPİD, yaxud dəri-zöhrəvi xəstəliklərinə yoluxdurması cinayət məsuliyyəti deməkdir və buna görə nikah etibarsız sayıla bilər”. T.İbrahimova onu da qeyd edib ki, Prezidentin fərmanı ilə müvafiq qurumlara tapşırıq verilib: “Səhiyyə Nazirliyində tibbi müayinədən keçmə qaydası və müayinə ediləsi xəstəliklərin siyahısı hazırlanır. Müvafiq qurumlarla razılaşdırıldıqdan sonra təsdiq ediləcək.
Son zamanlar gənclər arasında sorğular aparmışdıq. Nəticələr göstərirdi ki, gənclər də bunu arzulayırlar. Düşünürəm ki, nikaha daxil olmaq istəyən şəxs tibbi müayinədən keçdikdən sonra problemləri barədə məlumatlı olacaq, zamanında həyata keçirlən müalicələrdən sonra riskləri azaldacaq”.
Bu sahədə baş verə biləcək özbaşınalıqlar, səhlənkarlıqlara gəldikdə komitə rəsmisi qeyd etdi ki, həmin arayışı verən həkim birbaşa məsuliyyət daşıyacaq: “Ona görə də nəticələri gözə alaraq bunu etməldir. Korrupsiya halları baş verəcəksə belə, o cinayət məsuliyyəti daşıyacaq. Bu cür risklər hər zaman ola bilər. Nikaha daxil olmaq üçün müarciət edən şəxs arayış təqdim etməyəcəyi təqdirdə nikah baş tutmayacaq”.
XƏBƏR LENTİ
Vanqadan varlanmaqla bağlı TÖVSİYƏLƏR
Portağal maskası ilə gözəlləşin
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
Bakı sürücülərinə xəbərdarlıq
Çin və İran COVID-19-un yayılmasından məsul tutulub
Ermənistan Azərbaycan hərbçilərinin meyitlərini vermir - RƏSMİ
Protein çatışmazlığını göstərən əlamətlər
Səni sevmək...
Zövqlü geyimlər
Orqanizminiz hazırdırmı?
DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir
Sevgili tapmağın 30 üsulu
Mehriban Əliyevadan xalqa çağırış
5 kiloluq nəhəng burger -FOTO
Onlar yaşlanmaq əvəzinə daha da gözəlləşiblər
Sədəf sırğalar
Gürcüstanda ən çox yayılmış soyadlar
Azərbaycanda iş və istirahət günlərinin yeri dəyişdirildi - RƏSMİ
Google 3D planşet göstərdi
Elmi hesablamalar nəticəsində dünyanın ən yaraşıqlı kişisi seçildi - FOTO
Dəbli koftalar
İlham Əliyev Qələbə paradında
Bakıda hərbi keçid olacaq
Rodriqo Alves yenidən əməliyyat olundu-FOTO
Kainatımızın forması-Qaranlıq maddə
Ən tez başa gələn badımcan kürüsü (foto resept)
Stress və onun öhdəsindən gəlmə üsulları
2014-cü ildə karyeralarını başa vuran ulduz futbolçular
Birinci Xanımın nəcib hərəkəti
Kylie və Kendall Jenner dəbli geyimləri ilə tətildə
Fantastik aləmi canlandırdı
Məkkədə azərbaycanlı zəvvarlar üçün “WiFi” internet xidməti təşkil olunub
Halit Ergenç 1 milyon dollarını itirdi
Koronavirus xəstəxanada ən çox bu otaqdan yayılır
Beyin haqqında miflər(1)
Madonna Konsertlərini Ləğv etdi-SƏBƏB
Ermənilərin böyük yalanı ifşa edildi
Çəkini niyə azalda bilmirik?
Saç tökülməsinin 7 səbəbi
Ovma Piroq
ÜST-dən məktəblərlə bağlı gözlənilməz açıqlama
Facebook istifadəçilərinin sayı 1,37 milyarda çatıb
Daha bir yenilik "Youtube"dan gəlir
Buzqalterlə yatmağın zərərləri
8 milyon dollarlıq boyunbağı
Gündəlik geyimlər
Bir üzüm salxımı 5,4 min dollara satıldı
Bu fotolarınız deməsələr də, dostlarınızı əsəbləşdirir
Ağcaqanadlar sizi niyə sevir?
6 gün qaranlıq olacaq
- ŞƏRHLƏR