Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gün ərzində intensivləşəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzerTAc-a verilən məlumata görə, şimal-qərb küləyinin arabir 30-35 m/s-dək şiddətlənəcəyi, küləyin ani maksimal sürətinin isə 38-40 m/s-yə çatacağı gözlənilir.
Çovğun olacağı, gecəyə doğru yolların buz bağlayacağı ehtimalı var. Temperaturun gecə 1-3° isti, gündüz 0°-yə yaxın, axşama doğru 2°-dək şaxta olacağı gözlənilir. Atmosfer təzyiqi 750 mm civə sütunundan 774 mm civə sütununadək yüksələcək. Nisbi rütubət gecə və gündüz 90-95 faiz təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, yanvarın 8-i Abşeron yarımadasında ötən günlə müqayisədə hava şəraitinin çox kəskin dəyişəcəyi, havanın temperaturunun 10-15°-yə enəcəyi, güclü xəzri küləyi fonunda soyuq diskomfort şəraitin güclənəcəyi və çovğun ehtimalı əksər əhali üçün çox əlverişsizdir. Belə hava şəraitində uzun müddət açıq havada qalmaq məsləhət deyil. Yanvarın 9-u gündüz və 10-da soyuq diskomfort şəraitin davam edəcəyi gözlənilsə də, meteoroloji amillərin mülayim tərəddüdü fonunda oksigenlə zəngin və təmiz hava şəraitinin üstünlüyü müsbət amildir.
Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 28-33 m/s-dək güclənəcəyi ehtimalı var. Temperaturun gecə 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 25-30 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Temperaturu gecə 8-13° şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındahavanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 25-30 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Temperaturun gecə 2-6° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 25-30 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var. Temperaturun gecə 3-7° şaxta, gündüz 0-3° şaxta, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 25-30 m/s-dək güclənəcəyi, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək şiddətlənəcəyi ehtimalı var.
Temperaturun gecə və gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havaın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin arabir 28-33 m/s-dək güclənəcəyi ehtimalı var. Temperaturun gecə və gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə və gündüz 0-5° şaxta olacağı gözlənilir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dişlərinizə hansı vərdişlər zərər verir?
Metroda şalvarsız gün
Qadın sürücülər
Duyğu Çağatar Ulusoyun evinə köçdü-FOTO
Koronavirusun yayılmasına qarşı şəhərləri bağlamaqdan daha effektiv yol təklif edilib
İstanbulu dolu vurdu - VİDEO
İstanbulun polis rəisi öpüşlərlə yola salındı
Bayden bir aya 250 min amerikalının öləcəyi barədə proqnoz verdi
Hande Yenerdən gözlənilməz irad
Azərbaycanda xırda təkanlar böyük zəlzələdən xəbər verir?
Nüfuzlu "Əl-Fəcr" qəzetində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc edilib
Sarı saçlar üçün xüsusi maskalar
Türkiyə Azərbaycanla sərhədi bağladı - SƏBƏB
Kartof zənbilində balıq (foto resept)
Avqustun HAVA buraxılışı
Bakıda 60 min manata "yolka" satılır - VİDEO
Plastik butulkaları təkrar istifadə etməyin! - Bu çox təhlükəlidir!
Bananlı pankek (foto resept)
Azərbaycan vətəndaşları Türkiyədə ev alan əcnəbilər arasında ilk onluqda
Yeni süni mayalanma mərkəzi yaradılacaq
Alimlərdən inqilabi ixtira
"Ögey ana" filminə abidə qoyuldu - VİDEO/FOTO
İranda şok cəza
Prezidentdən mühüm qərar
17 il əvvəlki şəklini görənlər tanımadılar-FOTO
Qeyri-adi etiraz aksiyası
Cennifer Lopesin "əkiz"i tapıldı - FOTO
"Riçard" salatı (foto-resept)
Bakıda ucuzluq olacaq
Mehriban Əliyeva uşaqlar üçün təşkil olunan şənlikdə iştirak edib
Facebook film çəkməyə başlayır
Ən məşhur fil öldürüldü
Geyim kombinasiyaları
Ucuz maska çəkdi, dərisi soyuldu - FOTO
Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburidirmi?
Ata söz verdi, o dünyadan qızının toyuna gəldi – ŞOK FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-15
Möcüzəvi minerallar - 1
Arzularını gerçəkləşdirən yaşlılar
Filiz Akının başına 11 tikiş vuruldu-FOTO
Səs gigiyenası üçün bilməli olduqlarınız
Baş pediatr: "Süni uşaq qidaları həkim resepti əsasında alınmalıdır"
2013-cü ilin gəlinlik modelləri
Yasemin Özilhan gözəllik sirrini paylaşdı
Deputatdan hökumətə təkliflər: “Uşaq pulu” bərpa edilsin”
Yumşaq tort keksi (foto resept)
Məntiqi test
"Microsoft" ucuz telefon nümayiş etdirib
ABŞ-da Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olunub
Hamiləlik zəhərlənməsi
- ŞƏRHLƏR