Təqvim ilinin dəyişməsi ərəfəsində yenə də ənənəvi olaraq Şaxta baba, Santa Klaus, Qar qız, küknar ətrafında “dini-fəlsəfi” müzakirələr qızışır. Dekabrın 31-i sanki iman göstəricisi kimi önə çəkilir: həmin gün şənlənən, həmin günü xüsusi olaraq qeyd edən – kafir, münafiq, ən yaxşı halda fasiqdir. Yox, qeyd etməyən, sosial şəbəkələrdə, yazılarında, çıxışlarında, qeydlərində “Ded Moroz”u yıxıb-sürüyən, onun zatına lənət oxuyan isə əsl müsəlmandır. Dartışmalara müdaxilə etməyərək məsələyə bir başqa aspektdən yanaşmaq, fikirlərimizi qısaca bölüşmək istərdik.
Bəzədilmiş küknar, rəngbərəng oyuncaqlar, fişənglər, məzəli oyunlar, gözəl əhval-ruhiyyə - bütün bunlar daha çox kimi cəlb edə, kimi maraqlandıra bilər? Əlbəttə ki, uşaqları! Bax, Yeni ilin qeyd edilməsini də hamıdan çox məhz onlar gözləyir. Təbii ki, 3-4 gün məzuniyyətdən istifadə edib tuluğuna litr-litr zəhər tökən daydayılar da var. Onları buraxaq öz hallarına, Allaha hər kəs öz əməlinə görə cavab verəcək. Amma uşaqlar yazıqdırlar axı!
Reallıq belədir ki, Azərbaycanın böyük əksəriyyəti, onların öz təbiri ilə desək Yeni il gecəsi, yəni dekabrın 31-dən yanvarın 1-nə keçən gecə süfrə ətrafında toplaşır, deyir-gülür, şənlənir. Uşaqlarımız da bunu görür, seyr edir, məktəbdə bu barədə danışılır, TV-də verilişlər nümayiş etdirilir. Uşaq artıq psixoloji cəhətdən bu günə hazırdı. Onun üçün heç fərqi yoxdur – bu gün Məsih doğulub, ya da qonşusu Məmməd kişi Həcc ziyarətindən gəlib. O uşaqdır! O da həmyaşıdları kimi şənlənmək, oynamaq, atlanıb-düşmək istəyir.
Amma çox təəssüf ki, bəzən dindar ailələr ifrata varır, hələ düz əməlli yaxşını pisdən ayıra bilməyən cocuğa matəm libası geyindirir, “olmaz!” kəlməsi ilə bir küncə qısılmağa vadar edirlər. Söhbət yetkinlik yaşına çatan uşaqlardan yox, 3-5 yaşlı övladlarımızdan gedir. Yaxşı, biz ondan “Yolka bayramını” aldıq, əvəzinə nə veririk? Heç nə! Öz əməl dəftərimizi bəhanə edərək sağ tərəfdəki mələyə ora 1-2 cızmaqara etdirmək bizim üçün prioritet olur. Öz aləmimizdə buna nail oluruq. Amma əslində necədi? Sükut çökən mənzildə həsrətlə pəncərəyə boylanan, həmyaşıdları kimi əylənmək istəyən cocuğun yükləndiyi özünəməxsus dərd hara yazılacaq bəs? Bəlkə buraxaq körpələrin əlini, qoy oynasınlar, əylənsinlər? Allahın deyil (əstəğfrullah), İsa Məsihin doğum gününü qeyd etsinlər. Qoy fırlansınlar küknar ətrafında. Təvaf niyyəti ilə yox, oyun niyyəti ilə. Qoy olsun. Səhəri gün isə onların başına tumar çəkib bu gün əsəbi halda dediklərimizi daha mülayim, daha sadə dillə anladaq. Deyək ki, bu bir oyun idi. Gizlən-qaç, ya da futbol kimi. İslamı onlar üçün qəlizləşdirməyək, qadağalar dini kimi tanıtdırmayaq. Belə daha yaxşı olmazmı? Onlar hələ cocuqdurlar. Allah ömürlərini uzun etsin, hələ çox əza məclislərinə qatılacaqlar, çox Məhərrəmlik görəcəklər, Eşq Səfərinə yollanacaqlar. Hələliksə... Bəlkə “Şaxta baba”nı lənətləməyək və imkan verək övladlarımız uşaqlıqlarını yaşasınlar?
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İdmana yeni başlayanlar üçün tövsiyələr
Azərbaycanda avro dolları üstələdi
Zakir Həsənov ön cəbhədə zabitləri topladı, göstərişlər verdi
Ağlamağı qəbahət hesab edənlər, oxuyun!
Serenaydan sevənlərinə pis xəbər
Obama İŞİD-i məhv edəcək
Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ
Dollar yerinə manatdan istifadə nə vəd edir?
9 qaşıq şirniyyat (foto-resept)
"Dilə gərək qulluq edəsən. Seçəsən, təmizləyəsən"
Uşaqlarda autizm xəstəliyi
Vanqadan dəhşətli proqnoz: Fevralın 22-si...
Saç baxımında doğru bilinən yalnışlar
Məşhur döyüşçü dünyasını dəyişdi
Azərbaycanda daha 3 nəfər koronavirusdan öldü: 127 yeni yoluxma faktı - RƏSMİ
Kimdən məsləhət almalıyıq?
Müəllimlərin imtahanında ƏN ZƏİF nəticə
Kabak qızartması (foto resept)
Rusiya mətbuatı: Azərbaycan seçkilərə tam hazırdır
Ramazanın 11-ci gününün duası, imsak və iftar vaxtı
Şuşakənddə erməni qərargahı məhv edildi - VİDEO
Monika Belluçi Etirafları ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Piyaz salatı (foto resept)
31 kq arıqlayan qadın instagram fenomeninə çevrilib!-FOTO
Təbiətin gözəlliyini əks etdirən şəkillər
Belarusiyanın jürisi Eurovisiondan qovulub-SƏBƏB
Meqan niyə qarnını tutur?-Mütəxəssis CAVABI
Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub
On iki bürcün ən gözəl xanımları
Göyçayda 46 sahibkara 613 min manat güzəştli kredit verilib
Mobil rabitə operatorları təşvişdə...
İnstaqramdakı o "zəhləngetmiş"
Texnologiyadan necə istifadə etməliyik?
Beyin funksiyalarının pozğunluğu
“Real Madrid” Xabi Alonso ilə müqaviləni uzatdı
İçərişəhər Azərbaycana beynəlxalq mükafat qazandırdı
Koronavirusa görə bu məhsullar idxal rüsumundan azad edildi - QƏRAR
Pomidor şorbası (foto resept)
Yemək bişirmə üsulları
İbrahimoviç Parisdən qovulur
WhatsApp-da daha bir gözlənilən YENİLİK
"Hercai"nin "Reyyan"ı tənqid hədəfi oldu-SƏBƏB
Kimlər koronavirusa yoluxmayacaq?- Məşhur alimdən açıqlama
Ronaldodan təsirli paylaşım -FOTO
Ərə getmək üçün arıqlayacaq
Miqrenə çarə mətbəxdə
Günün qoroskopu: maraqlı təklifi qəbul edin
Şagirdin məktəb tədarükü neçəyə başa gəlir?
Axı nədən yazaq və ya bəlkə heç yazmayaq?
Kraliyyət ailəsi parçalanır - Boşanma qalmaqalı
- ŞƏRHLƏR