Rəsmi məlumatlara görə, Azərbaycanda dövlət xətti ilə ipoteka krediti alan hər 10 nəfərdən 8-i dövlət sektorunda, neft-qaz şirkətlərində və bank sahəsində çalışanlardır. Bəs niyə adi adamlar bu ipotekadan yararlana bilmir?ANS TV-nin məlumatına görə, bu günə qədər ipoteka kreditləri vasitəsilə 16 min ailə mənzil alıb. Bu kreditdən yararlananların 40 faizə yaxını dövlət xidmətində, 16 faizi neft-qaz sektorunda, 22 faizi bank sektorunda və yalnız 22 faizi digər özəl sektorlarda çalışır. İpoteka krediti alan hər 10 nəfərdən 9-nun aylıq gəliri 500 manatdan artıqdır. Borcalanların cəmi 7 faizinin aylıq gəliri 500 manat qədər olanlardır. Dövlət xətti ilə ipoteka götürənlər arasında aylıq gəlir 300 manatdan az olanlar isə cəmi 1 faiz təşkil edirlər.Bu gün Azərbaycanda orta əmək haqqının 400-450 manat, dövlət təşkilatlarında çalışan şəxslərin isə orta əmək haqqları 200-250 manat olduğunu nəzərə alsaq onların ev almaq istəyinin hələ uzun illər elə arzu olaraq da qalacağını demək olar. Çünki son bir ildə paytaxtda köhnə mənzillər üzrə qiymətlərdə 15 -20 %, yeni binalar və fərdi evlərdə isə 8-10 faiz arası artım müşahidə olunur. Mənzillərin bir kvadratmetrinin qiymətləri yerindən asılı olaraq 650-2500 manat arası dəyişir. 2015-ci il üçün nəzərdə tutulan 50 milyon manatdan yalnız 1000-1200 ailə mənzil ala biləcək ki, bu da mənzilə ehtiyacı olan vətəndaşların 35 faizini də təşkil etmir. Mənzil bazarındaki mövcud qiymətləri, həmçinin əhalinin gəlirlərini əsas gətirən millət vəkili Əli Məsimli də deyir ki, hazırkı şərtlər ağırdır. Şərtlərin dəyişdirilməsi üçün yeni təkliflər də hazırlanıb və hökumətə təqdim edilib. Deputatların tədqim etdiyi təkliflər əsas üç istiqaməti əhatə edir. Onların fikrincə, bu prosesi sürətləndirmək üçün sosial evlərin tikintisini təşkil etmək lazımdır. Vətəndaşlar aylıq 70-100 manat ödəməklə, kirayə kimi qaldığı bu evləri 20-25 ildən sonra şəxsi mülkiyyətinə çevirsinlər.
“Birincisi, ipoteka kreditlərinin sosial bloku üzrə ayrılan 50 milyon manat tədricən artırmalı, kredit faizləri 4 faizdən 2 faizə endirilməli və ilkin ödənişlərini birinci mərhələdə müəyyən qədər azaltdıqdan sonra xüsus fond yaradılmalıdır. Bu fond vasitəsi ilə ilkin ödəniş problemini həll etmək olar” – deyə millət vəkili Əli Məsimli bildirib.
Əvvəlki illərə nisbətən bu il hökumət bu istiqamətdə daha fəal addımlar atmağa başlaca da ipoteka kreditləri hələ ki, Bakı və bəzi iri şəhərlərdə verilir. Təkliflərdə isə göstərilir ki, kreditlərin verilməsini ölkənin digər regionlarına da yaymaq lazımdır. Xüsusilə gənclərin ipotekadan istifadəsi sadələşdirilməlidir ki, əlçatan olsun.
Millət vəkili Hadı Rəcəbli deyir ki, gənc ailələrin sosial durumu ağır olan hissəsinə, sosial ipoteka verilsin: “Uzun müddətli, faizsiz və onun tələblərinə minumum cavab verə bilən otaqlar. Belə bir ideya var. Amma maliyyə tutumu və büdcədən bunu üçün küllü miqdarda vəsait ayrılmalıdır. 90 min cütlük nigaha girib. Bunun bu günləri 30 faizinin sosial müdafiə ehtiyacı var”.
İnkişaf etmiş ölkələrdə sosial ipoteka kreditlərinin illik faizi 0,7-2 faiz arasında dəyişir. Və ödəmələr kredit götürənlərin əmək haqqına uyğun olaraq hesablanır. Bizdə isə ipoteka götürənin aylıq gəliri ən azı 600 manat olmalıdır. Gənc ailələr, müharibə əlilləri, hərbçilər və digər imtiyazlı şəxslərə verilən sosial, başqa sözlə güzəştli ipoteka maksimum 50 min manat olmaqla 4%-lə 30 illiyə, adi poteka isə maksimum məbləği 50 min manat olmaqla 8%-lə 25 illiyə verilir.
İpoteka Fondundan isə deyirlər ki, hazırda 26 müvəkkil bank üzrə kreditlərin verilişi davam etdirilir və müraciət etmək istəyənlər üçün kifayət qədər vəsait var. Yaxın vaxtlarda şərtlərin dəyişdirilməsilə bağlı məsələ isə gündəmdə deyil.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Oruc tutmayan insanlar nə etməlidirlər?
Dünyanın ən cazibədar qadını seçildi - FOTO
Whatsapp-dan ev yıxan yenilik
Dünyanın ən darısqal şəhəri
60 min qərbli qadın İŞİD sıralarında
Saytımızın ƏN-ləri III hissə
Amaliya Pənahovaya film həsr olunacaq
Bakıda yol nişanları işıqlandırılır
Gəlinlik seçərkən...
Məşhur aktrisa ilk dəfə sevgilisi ilə-FOTO
Eva Lonqoriya Karib dənizində-FOTO
Müdriklər demişlər (2-ci hissə)
Azərbaycanda xəstəxanalarda müalicə alan əsgər və zabitlərimizin sayı açıqlandı - RƏSMİ
Pokerdə 10 milyon dollar uddu
Prezidentdən mühüm qərar
Murat Boz - "Aşklarım büyük benden"
Tanınmış neyrocərrah: “Şumaxerin əməliyyatı gecikdirilib”
Anna və Lusiyə bu dəfə də qanun "YOX" dedi-FOTO
U-17 Avropa çempionatında finalçılar məlum olub: Dadaşov yenə fərqləndi
İki ay əvvəl oğurlanan uşaq evinin 20 kilometrliyində zirzəmidə tapıldı
Qoyun ətli vindaloo (foto resept)
İftarda bunları ƏSLA ETMƏYİN!
Azərbaycanda alça qızıldan bahadır
Dünyanı xeyirxahlıq xilas edəcək
Müəllimlərini saatıyla qorxuya salan müsəlman şagird Ağ Evə dəvət edilib
Torpaqda yetişdirilməyən gül
Kontrast duş və soyuq əlcəklə sürtünmə
Bakıda qarışqanın rekordunu təzələyən avtomobil
Dubay sonuncu koronavirus xəstəsini evə buraxdı
Bakı küçələrində yolkəsənlər peyda olub
Xınalıq qara bürünüb
Magistrlərin nəzərinə
Bahar yorğunluğuna müqavimət göstərin
Kimdən məsləhət almalıyıq?
Düşmənin təminat və döyüş vasitələri darmadağın edilib
6 aya 142 kq arıqladı!-FOTO
Azərbaycanda hava şəraiti dəyişəcək
"Qızcığaz dovşan" tortu (foto resept)
Şəkildə ilk gördüyünüz detal zehin yaşınızı göstərir
Düşmənin xeyli qüvvəsi və hərbi texnikası məhv edildi - SİYAHI
Beşiklər
Mövqelərimiz atəşə tutuldu
Tüklərdən xilas edən maska
Düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur - RƏSMİ
Hollivud gözəllərinin arıq qalma sirləri
Qlütensiz kotlet (foto resept)
Özcan Denizdən "Atalar günü"nə özəl QƏRİBƏ paylaşım-FOTO
JLO ideal bədəni qurluşu ilə yenə TƏƏCCÜBLƏNDİRDİ
ÜST: “Koronavirusun müalicəsində parasetamoldan istifadə edin”
Mayli Sayrusdan QALMQALAlı paylaşım
- ŞƏRHLƏR