Ayaqqabı geyimin tamamlanması üçün vacib faktordur. Xüsusilə işləyən insanların ayaqqabısının rahat olması daha məqsədəuyğundur. Əks təqdirdə ayağınızı incidən, tərlədən ayaqqabı kefinizin pozulmasına səbəb ola bilər. Hətta həkimlər ayağı narahat edən çəkmələrin güclü baş ağrısına səbəb olduğunu da istisna etmirlər.
Azərbaycan insanını düşüncə tərzinə görə 2 qrupa ayırmaq olar: bahalı brendlərə üstünlük verənlər və cibinə uyğun geyinənlər. Birinci qrup adından da göründüyü kimi keyfiyyət və şöhrətə üstünlük verənlərdir. Amma araşdırmalar göstərir ki, elə ən çox aldananlar da “brend müştərilər”dir.
İkinci qismə aid olanlar isə keyfiyyətdən çox məhsulun ucuz olmasına önəm verirlər. Məhsul Türkiyədən, Amerikadan, Çindən gəlib, bunun heç bir önəmi yoxdur. Yararsız məhsulların bazarı cənginə aldığı, çoxunun hardan gəldiyi, hazırlanma qaydaları, materialının təhlükəsizliyi alıcıları fəsadlar meydana çıxdıqdan sonra narahat edir. Ucuz dəridən, çoxlu kimyəvi maddələrin qatqısından hazırlanan ayaqqabılar ayaqda qızartı və pis qoxu yaradır. Qoxu sonra güclü qaşınma ilə müşahidə olunur ki, bu da ayaqda göbələk xəstəliyinin yaranmasına gətirib çıxarır. Yay vaxtında isə ayaqdan pis qoxunun gəlməsinə səbəb olur...
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da modern.az saytına açıqlamasında sadaladığımız problemləri təsdiqləyib: “Azərbaycanda satılan ayaqqabıların 70 faizi brend adı altında elə Azərbaycanda tikilir. Çin və Hindistandan ştamplanmış neft məhsullarından, tullantılardan hazırlanan ayaqqabılar daha çox gətirilir”.
Onun sözlərinə görə, hər bir məhsula gigiyenik sertifikat verilməsinə baxmayaraq, Azərbaycanda ayaqqabıların ekspertizasını aparan laboratoriya yoxdur:
“Ayaqqabıların təxminən 40 faizi dəri adı ilə dəri əvəzləyicilərdən tikilir. Brend sayılan bir çox dükanlarımızda az hallarda təmiz dəri ayaqqabıya rast gəlmək mümkündür. Bu sahədə istehlakçılar aldadılır. İstehlakçı keyfiyyətli məhsulu əldə etmək üçün diqqətlə baxmalıdır. Natural dəridən hazılanan ayaqqabının içərisinin oturacaq hissəsində açılan dəri şəkli, şaquli hissədə dabanın iç tərəfində ayaqqabının hansı hissəsinin dəri, hansı hissəsinin süni materialdan hazırlandığı göstərilir”.
Ekspertin sözlərinə görə, adətən, ayaqqabılar qeyri-dəri materialdan elə tikilir ki, onun heç bir çıxıntısı qalmır: “Alıcı həmin hissədən kiçik parçanı yandırıb iyini qoxlamaqla dərinin keyfiyyətini öyrənə bilər. Amma bu, bizdə yoxdur.
Uşaq ayaqqabısı satılan dükanlarda da vəziyyət ürəkaçan deyil. Bu yaxınlarda bizə “Aldo” mağazasından şikayət daxil olub. Müştəri aldığı məhsulu dəyişdirmək istəsə də, sahibkar onun bu arzusunu reallaşdırmayıb”.
Qiymətlərə gəldikdə, birliyin sədri bu sahədə sərbəstlik olduğunu vurğulayıb: “Qiymətlər təbii ki, keyfiyyətdən asılı olmayaraq bazar iqtisadiyyatına uyğun tənzimlənir, kim necə istəyirsə, məhsulunu elə də satır.
Ayaqqabılarla bağlı əsas problem başqadır. Bizdə bir misal var: “Yayın malını qışda al, qışın malını yayda”. Qanuna əsasən istehlakçının 14 gün ərzində alınan məhsulu qaytarmaq və dəyişdirmək hüququ var. Lakin bizdə məhsullar mövsümlər üzrə alınmadığından, məhsulun alınma vaxtından bir müddət keçdikdən sonra dükan onu qaytarmır və ya dəyişmir. Bizə gələn şikayətlərin əksəriyyəti ayaqqabının su buraxması ilə bağlıdır. Hesab edirəm ki, bu probelmlərin aradan qaldırılması üçün qanunvericilikdə mövsümü məhsullarla bağlı dəyişiklik edilməlidir”.
XƏBƏR LENTİ
Azərbaycanda koronavirusa yeni rekord yoluxma faktı qeydə alındı: 12 nəfər öldü
Sabahın HAVAsı
Eurovision-un qalibi Camala: "Mən erməniyəm, erməniləri çox sevirəm"- VİDEO
Ağıllı qızlar niyə tənhadırlar?
Kim oruc tutmaya bilər?
Hər Məcnunun öz Leylası, öz səhrası
Başqa ölkələrdə uşaq tərbiyəsi
5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə müavinətlər veriləcək
Kağızdan hazırlanmış donlar
Dünyanın ƏN TÜKLÜ QADINI - Yeni görünüşü hamını təəccübləndirdi - FOTOLAR
Kralın sevimlisi həbsxanasından çıxdıqdan sonra saraya qayıtdı
Məşhur müğənni Antalyada klip çəkdirir
Ailə qurmaq istəyənlərə xəbər
ÜST rəhbəri gənclərin davranışının koronavirusa yoluxmanı artırdığını açıqladı
İnternetdə 1 dəqiqədə nələr olur?
Bakıya qar yağdı, yollar buz bağladı - VİDEO
Sevgi baş ağrısını azaldır
Xalq artistindən qəti etiraz-VİDEO
Eser Yenenlerin xanımı 1 həftəyə 10 kq arıqladı-FOTO
Ermənilər qul kimi yaşamağa hazırdırlar, təki...
Psixoloqa ən çox kim gedir?
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
Aleyna Tilki görənləri TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Məcidov Londonun qısasını alaraq Dünya çempionatında finala çıxdı
Almaniya hökuməti ermənilərə türklərin sözünü dedi
""Azerspace-1" peykinin buraxılması layihəsi iqtisadi məqsədyönlüyünü doğrultdu"
Azərbaycan Müdafiə Nazirliyi: “Motoatıcı alayın komandiri məhv edilib”
Minlərlə gənc səfərbərlik üçün qeydiyyata alınır - RƏSMİ
Saç tipinə görə maskalar
Toy çantaları
60 yaşlı əməkdar artist tamamilə dəyişdi - VİDEO
Bütün bank işçiləri ixtisara düşəcək: kreditlərin verilməsində YENİ ÜSUL
Uşaqlarına- "Aza, Oyalı,Taz..." adlarını qoymaq istədilər
Prezident İlham Əliyev: "Azərbaycan və Ukrayna arasında bir çox istiqamətlərdə sıx qarşılıqlı əlaqələr mövcuddur"
Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA
Bakıda maraqlı və nümunəvi aksiya
Tarkandan “Evdəqal” paylaşımı - FOTO
Prezident İlham Əliyev Cozef Baydeni ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib
Günün qoroskopu: fikrinizi dəyişməyiniz istisna deyil
ÜST-dən bədbin proqnoz: “Koronavirusa qarşı peyvənd...”
Restoranlardan heyrətə salan menyular
Keyt Middltonun ayaqqabıları 1 saat içində satıldı-QİYMƏTİ
Günəş evinizdən doğsun
Azərbaycanda daşqınlar olacaq
Bayram bazarlığını haradan etməli?-SİYAHI
Bilərziklər
Hər gün qəhvə içmək üçün 6 səbəb
Qripin müalicə prosesini sürətləndirən 5 təklif
Rəsm əsəri kimi tortlar
Hamiləlikdə dodaq baxımı necə olmalıdır?
- ŞƏRHLƏR