“Ermənistan Respublikasının hərbi-siyasi rejiminin helikopter hadisəsi ətrafında bir neçə gündür qaldırdığı ajiotaj elə bir həddə çatıb ki, artıq düşmən tərəfi xalqı sakitləşdirmək və dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün davamlı surətdə dezinformasiyaya əl atır, faktları qarışdırır və yalan yaymaqla hərəkətlərinə bəraət qazandırmağa çalışır”. ANS PRESS-in məlumatına görə, bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Müdafiə Nazirliyi bir daha bildirir ki, vurulan Mi-24 döyüş helikopterinin və pilotlardan ikisinin qalıqlarının, o cümlədən birinin cəsədinin ərazidən çıxarılması üçün guya Ermənistan tərəfinin hansısa xüsusi əməliyyat keçirməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur, bu uydurmadır və erməni xalqının diqqətini yayındırmaq məqsədini güdür: “Tam əksinə düşmən tərəfi son günlər Mi-24 döyüş helikopterinin vurulduğu ərazidə təxribat törətməklə gərginliyi saxlamağa və bu məsələyə bəzi beynəlxalq təşkilatları da cəlb etməyə cəhd göstərir. Azərbaycan tərəfi ilk gündən helikopterin qalıqlarının və ekipaj üzvlərinin cəsədlərinin ələ keçirilməsi və ya hər hansı başqa məqsədlə bu istiqamətdə heç bir addım atmamışdır. Bildiririk ki, düşmən tərəfinin bu ərazidə “xüsusi əməliyyat keçirməsi” kimi absurd, uydurma və əsassız fikirləri qətiyyətlə rədd edir, həmin istiqamətdə ərazinin tam olaraq Silahlı Qüvvələrimizin nəzarətində olduğunu bəyan edirik”.
Məlumatda qeyd okunur ki, aviasiya uçuşları üzrə hərbi mütəxəssisləri tərəfindən erməni tərəfinin təqdim etdiyi videomateriallar ustalıqla hazırlanmış çox yaxşı videomontaj kimi qiymətləndirilir: “Pilotların ailələrinə hansı vəziyyətdə onların qalıqları da verilib bunu da təsəvvür etmək çox çətindir. Aviasiya uçuşları üzrə hərbi mütəxəssislərin rəyinə görə, Mi-24 döyüş helikopterinin partlamasından və yerə çırpılmasından sonra oradakı cəsədlərin nə texniki, nə fiziki baxımdan, heç nəzəri cəhətdən də ictimaiyyətə göstəriləsi halda olması belə mümkün deyildir.
Belə ki, 11 ton çəkisi olan, saatda 250 km sürətlə yerə çırpılan helikopterdən düşən cəsədin də videoda təqdim olunan formada qalması texniki cəhətdən mümkünsüzdür. Fiziki cəhətdən isə insan bədəni yanarkən bədən üzvləri xeyli dərəcədə deformasiyaya uğrayır. Odur ki, erməni tərəfinin guya Mi-24 döyüş helikopterinin ekipaj üzvünün cəsədi kimi təqdim etdiyi və elə düz formada videoda əks olunan kimi uzanaraq həlak olması da qeyri-mümkündür. Yəqin ki, bunu az-cox biliyi olan patoloqoanatomlar da təsdiq edər”.
Mütəxəssisin fikrincə, təqdim olunan ekipaj üzvlərinin geyim formaları Mi-24 döyüş helikopterinin ekipajına aid olması da çox şübhəlidir və müəmmalı suallar doğurur: “Nümayiş etdirilən paraşütün qalıqları da aviasiya mütəxəssisləri tərəfindən birmənalı və ciddi qarşılanmır. Texniki baxımdan “İqla” daşınan zenit raket kompleksi ilə vurulduqdan sonra baş verən partlayış nəticəsində cəmi 3-4 saniyə yanaraq yerə düşən və zərbədən tam dağılan Mi-24 helikopterin ekipajının qərar qəbul etməsi, hazırlaşması, paraşütlə tullanması və paraşütün ermənilərin təqdim etdiyi görünüşü vəziyyətində qalması nə nəzəri, nə praktiki, nə də fiziki baxımdan mümkün deyildir. Paraşüt özü tezalışan, dərhal yanan kapron materialdan hazırlandığından, yüksək dərəcədə yanğın olan zaman onun videoda görünən formada qalması da şübhəlidir. Buradan isə bir nəticə çıxarmaq olar - ermənilərin təqdim etdikləri foto-video görüntülərin helikopter hadisəsi ilə heç bir bağlılığı yoxdur”.
XƏBƏR LENTİ
Sənədi olmayan evlərin taleyi müəmmalı qalır
Bütün ölkədə telefon və İnternet kəsildi
Elton Con mükafatlandırıldı-FOTO
İstirahət gününün HAVAsı
Sənədli filmlər həftəsi ilə bağlı mətbuat konfransı keçirilib
Maraqlı mətbəx ləvazimatları
Qaşları qalın və gözəl edən 3 təbii vasitə
1170 məcburi köçkün ailəsi yeni yaşayış məhəlləsinə köçürülür
Ölkənin əsas magistral yollarından birində hərəkət məhdudlaşdırılır
Açıq paltar geyinmək istəyənlərə məsləhətlər
Muncuqlardan qolbağın hazırlanması
Bakıya giriş çətinləşib, amma çıxış çox asandır
Dünyanı xeyirxahlıq xilas edəcək
Körpü canlı yayım zamanı dağılmağa başladı - VİDEO
VW Scirocco təzələndi
“İnstaqram”da Yenilik!
"Facebook"un dizaynı dəyişdirilir
Qadınlar daha iştahlıdır, yoxsa kişilər?
Samsung Galaxy Note 3 göstərildi
Qar yağacaq!
Rusiya ilə Azərbaycanın fərqi
Pendirli sarımsaqlı toplar (foto resept)
Sızanağın şişkinliyi necə keçər?
Gözlər qəlbin aynasıdır
Orucunuzu ballı su ilə açın
Beren Saat sərxoş halda görüntüləndi-FOTO
İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda bir neçə obyektdəki vəziyyətlə tanış olublar
Müdafiə Nazirliyində kadr dəyişikliyi
Bakıda hava şəraiti kəskin dəyişəcək, ölkəyə qar yağacaq
Hər qadını maraqlandıran sual: ağrısız doğuş mümkündürmü?
"Dünya gözəli-2018"in qalibi bəlli oldu - FOTO
“Azəriqaz”dan LİMİT AÇIQLAMASI
Hicablı xanımlar üçün geyimlər
Dəri detoksu
Saakaşvili Marneulidə yaşayan azərbaycanlıları düzgün seçim etməyə çağırıb
COVID-19 testinin cavabı gecikən şəxslər nə etməlidir? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda ilk yaşanacaq
Ferhat Göçerin BOŞANMA xəbərləri yayıldı-FOTO
"Böyük yeddilik" Rusiyaya təzyiq göstərdi
Xəstəliyə qarşı mürəbbələr (2)
Maykl Cordanın idman ayaqqabıları rekord məbləğə satıldı
Epilepsiyaya qarşı pulsuz dərman
Qozlu brownie (foto resept)
Hyustonun mərkəzində “Qarabağ Azərbaycandır!” şüarı nümayiş etdirilib
Günün qoroskopu:Stressdən uzaq olun
Riyazi məntiqi fiqurlar
Şokoladlı, qozlu piroq (foto resept)
Kiberidmançıların minimal əmək haqları artır
Nazirlik əhaliyə bildirişlər göndərməyə başladı
Həyat dediyim…
- ŞƏRHLƏR