Maraqlı tendensiyanın şahidiyik. Bəzi şəxslər əsrlərdən bəri formalaşmış adət-ənənələrimizi din adı ilə inkar edir, Novruz bayramı, təvəllüd günü kimi günlərin qeyd edilməsini haram və günah elan edirlər. İndi də bütün bəşəriyyət üçün spesifik olan yası rədd edir, "Quranda yas anlayışı yoxdur", "İslam dinində, peyğəmbərimizin hədislərində bununla bağlı heç bir məlumata rast gəlinmir" kimi fikirlər yayırlar.Məsələyə aydınlıq gətirmək üçün İslam.Az ilahiyyatçı alim Elşən Mustafaoğluya müraciət etdi.Ekspert qeyd etdi ki, yas - insanın özünə yaxın saydığı birinin dünyadan köçməsinə görə kədərlənməsi, hüzn halı keçirməsi, matəm saxlamasıdır: “Bu, dinindən, inancından asılı olmayaraq, bütün bəşəriyyətə xas olan bir xüsusiyyətdir. Bu, insanın təbiətindən, fitrətindən gələn bir şeydir. İslam dinində, peyğəmbərimizin hədislərində bununla bağlı heç bir məlumata rast gəlinmədiyi fikri də kökündən yanlışdır. Həzrət Məhəmməd peyğəmbər (s) də yaxınlarını itirdikdə, savaşda şəhidlər verdikdə onlar üçün ağlayıb, kədərlənib, matəm saxlayıb. Həmin şəxslərin qəbrini ziyarət edib, dualar oxuyub, Allahdan onların bağışlanmasını diləyib. Bütün bunlar məzhəb fərqi olmadan, ən mötəbər kitablarda öz əksini tapıb. Zənnimcə, insani duyğulardan, insanın təbiətindən qaynaqlanan belə məsələlər heç müzakirə mövzusu olmamalıdır. Axı necə birisinə demək olar ki, yaxınını itirdikdə kədərlənmək, yas saxlamaq olmaz?"
Elşən Mustafaoğlu məsələlərə belə yanaşmanın İslam dinilə heç bir əlaqəsinin olmadığını qeyd etdi: "Təəssüflər olsun ki, bəzi şəxslər İslam dinini orta əsr ərəb mədəniyyəti və məişəti kimi başa düşür və təqdim edirlər. Belə çıxır ki, 7-ci əsr
Ərəbistanında hakim olan ənənələrdən kənar heç nəyi qəbul etmək olmaz. Halbuki dinimiz zaman və məkanın fövqündə olub, hər dövr və cəmiyyət üçün universaldır. İslam dini xalqların ilahi təlimlərə zidd olmayan mədəniyyətini, adət-ənənələrini əsla inkar etmir."
E.Mustafaoğlu bunu da qeyd etdi ki, İslam şəriətinə görə bir insan dünyasını dəyişdikdə yalnız 4 vacib ayin yerinə yetirilir: "Mərhum üçün qüsl verilir, kəfənlənir, cənazə namazı qılınır və dəfn edilir. Bununla şəriətdə göstərilən ayinlər bitir. Bundan qalanlarının dinlə əlaqəsi yoxdur, bu və ya başqa toplumun adət-ənənə məsələsidir. Xalqların, mədəniyyətlərin fərqliliyi isə inkar edilə bilməz. Hər bir toplumun özünəməxsus toy şənliyi, yas mərasimi keçirmə ənənələri var. Dinə görə, əsas budur ki, bu ənənələr ilahi təlimlərə zidd olmasın, orada haram işlər görülməsin, israfçılığa, riyakarlığa, insanları çətinliyə salan hərəkətlərə yol verilməsin. Belə ki, din insanların rahat yaşamasını istəyir, əzab-əziyyətə düşməsini deyil. Bu çərçivələr qorunursa, adət-ənənələrə uyğun şənlik və matəm mərasimlərinin keçirilməsində heç bir qəbahət yoxdur."
İlahiyyatçı insanın həyatda üzləşdiyi hər şeyin Quranda olmasının zərurət kimi qəbul edilməsinin də yanlış olduğunu bildirdi: "Quran - ilahi hidayət kitabıdır. Mənəviyyat qanunları toplusu olaraq, insanlara dünya və axirətdə xoşbəxt yaşamaq üçün doğru yolu göstərir. Orada gündəlik həyatımızdakı məişət məsələlərini aramaq, üzləşdiyimiz hər bir şeyin, hadisənin əks olanmasını ummaq mənasızdır. Quranda son zəng, ad günü, müəllimlər günü, yaxud işıqfor, tibb işçilərinin uniforma geyinməsi və ya lift, kompüter, televizor və s. yoxdur deyə, bütün bunlar inkar edilməz ki! Dinimizi orta əsr hadisəsi çərçivəsində görmək, o zaman nə olubsa, onu din, nə olmayıbsa - dinə zidd hadisə kimi səciyyələndirmək dinə də, həyata da mürtəce yanaşma olardı. Başqa sözlə, dinimiz ilahi təlimlərə zidd olmayan hər bir şeyi məqbul hesab edir və bunları insanların öz əqlinə, düşüncəsinə, həyat təcrübəsinə həvalə edir".
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Bu ərazilərdə su olmayacaq
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Kraliça II Elizabet haqqında çəkilən serial Britaniya hökumətilə “Netflix”i qarşı-qarşıya qoyub - VİDEO
Dovğa (foto-resept)
Dəbli ziyafət geyimləri
Xalq artisti dünyasını dəyişdi
Profil üçün şəkillər
Yaralı əsgərimizdən "Qarabağ"a möhtəşəm dəstək
Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlara hansı güzəştlər edilir?
Qarışıq kələm turşusu (foto resept)
Nazirlik xəbərdarlıq edir: bu yerlər təhlükəlidir!
Azərbaycan dili - VI dərs
Tramp həyat yoldaşı barədə açıqlama verdi
Fransız qadınlarının gözəllik trendləri
Qarın əzələlərini işlədən yoqa hərəkətləri
1-ci sinfə gedənlər üçün
Elektron "çobanlar" iş başında
Melaniya Trump Donald Trumpun xəyanətindən danışdı-FOTO
Vətən Müharibəsinə şəxsi yük maşını ilə qatılan qəhrəman
Bakıda açıq teatr: "Azərbaycanfilm"in yubileyi möhtəşəm qeyd olunacaq
İlham Əliyev: "Rüşvət o vaxt verilir ki..."
Ermənistan və Rusiya arasında hərbi-texniki əməkdaşlığın inkişaf məsələləri müzakirə olundu
Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
Ərdoğanı güldürən uşaq
Avropanın yeni valyuta qorxusu
Nəhəng təyyarə otel oldu
Namaz-VII Dərs-Sübh namazı
Cəmi iki uşağınız var? Nahaq...
Asteroidin ilk - FOTOları
Fahriye Evceni arıqladan çay
Mənim şirinlərim
Meyvələrin məzəli halları
Yağış davam edəcək
HAVA necə olacaq? 8 İyul
İlham Əliyev xalqı təbrik etdi
Ramazan ayı ilə əlaqəli bilməli olduqlarımız
Leonardo Di Kapriodan gözlənilməz addım
Masallıda İİV və QİÇS mövzusunda maarifləndirici tədbir keçirilib
Ulduzlar ziyafət donları ilə diqqət çəkdilər-FOTO
Ukraynada koronavirusun ikinci dalğası başladı
Koronavirusun ikinci dalğası daha təhlükəli olacaq? - professordan açıqlama
Dünyanın ən müasir həbsxanası - FOTO
HAVA necə olacaq?- 25 MART
"Elmin ekologiyası" Adlı Seminar Keçirildi!-FOTO
İrana getmək daha asan olacaq
“Azərbaycan obyektivdə” fotosərgisi Brüsseldə nümayiş etdirilib
Toyuq xəngəli (foto resept)
Dünyanın ən böyük zanbaq xalçası
Güclü yağış Gəncədə 34 evi uçurdu
Günün ulduz falı - 23.08.2013
- ŞƏRHLƏR