“Səhər-səhər güclü zəlzələ qeydə alınmışdı. Sonradan onun avterşokları qeydə alındı. Ümumiyyətlə bütün Azərbaycanda zəlzələ təhlükəsi var. Azərbaycanın harasında zəlzələ olmur ki? Ölkəmiz aktiv seysmoloji sahədə yerləşir. Qəbələdə, Şəkidə, Zaqatala və digər bölgələrdə zəlzələ ola bilər. Yeraltı təkanların gücü də müxtəlif ola bilər”, - deyə Qurban Yetirmişli bildirib.
Alimin sözlərinə görə, aktiv seysmoloji ərazilərdə yeraltı təkanların olacağı əvvəlcədən məlum olsa da, zəlzələnin dəqiq baş vermə tarixini demək qeyri-mümkündür: “Müəyyən ərazilər var ki, orada yeraltı təkan gözləmək olar. Yəni xeyli qabaqcadan proqnoz vermək olar”.
Qurban Yetrmişli onu da əlavə etdi ki, paytaxtda da yeraltı təkanların olacağı istisna deyil: “Hələlik paytaxtda 2000-ci ildə olan yeraltı təkan kimi təhlükə olacağını demək düzgün olmaz”.
Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli ANS PRESS-ə açıqlamasında bildirib ki, yeraltı təkanların episentri Rusiya ilə sərhəd ərazidə baş verib. Alimin sözlərinə görə, həmin ərazidə baş verən yeraltı təkanlar digər ətraf ərazilərdə hiss olunub. Həmin təkanlardan sonra avterşoklar qeydə alınır.
Ekspert baş verən zəlzələlərin gözlənilən hal olduğunu bildirib. Onun sözlərinə görə, qırılma zonalarında əks istiqamətli tektonik hərəkətlər gedir. Bu zaman müəyyən həddə çatandan sonra süxurlar deformasiyaya uğrayır. Deformasiyaya uğrayan süxur tab gətirə bilmir və qırılır. Süxur qırılan kimi qəflətən titrəyiş baş verir. Bir neçə santimetrdən tutmuş daha güclü zəlzələlər bir neçə metrlərlə ölçülür. Gərginliyin toplanmasından, deformasiyaya uğrayan süxurun həcmindən, onlara təsir edən xarici qüvvələrin təzyiqindən asılı olaraq, zəif, orta-güclü və güclü zəlzələlər baş verir.
“Orada potensial ocaq zonası var. Əvvəlcədən də bilirdik ki, həmin ərazilərdə təkanlar ola bilər. Lakin əvvəlcədən bunu dəqiq vaxtını demək mümkün olmur”, - deyə Tahir Məmmədli vurğulayıb.
Tahir Məmmədli onu da əlavə edib ki, Azərbaycanda seysmoloji aktivliyə nəzarət etmək üçün quraşdırılan yeni Seymoloji Stansiya və avadanlıqlar vasitəsilə yeraltı təkanları izləmək üçün gözəl imkanlar yaradır. Bu avadanlıqlar vasitəsilə baş verən zəlzələni yüksək dəqiqliyilə qeydə alınıb.
“Yeni avadanlıqlar vasitəsilə burada və ümumiyyətlə Azərbaycan ərazisində ən zəif təkanları, hansı ki, əvvəlki stansiyalarda onları qeydə ala bilmirdik, onları yüksək dəqiqliklə görə bilirik. Bu da seysmoloqlara ölkədə seysmoloji aktivliyi dəqiqliklə öyrənməyə geniş imkanlar verir. Bu cihazlar bizə seysmoloji hadisələri dəqiqliklə izləməyə imkan verir. Seysmoloqlar da alınan məlumatlar əsasında müəyyən fikirlər söyləyə bilər. Amma ümumilikdə zəlzələnin nə zaman baş verəcəyini demək hələlik mümkün deyil”, - deyə Tahir Məmmədli vurğulayıb.
Alimin sözlərinə görə, Azərbaycanda bir çox seysmoloji aktiv zona var. Həmin ərazilərdə güclü zəlzələ olmasını gözləmək lazımdır: “Bəzi mütəxəssislər həmin ərazilərdə enerjinin boşalmasını deyirlər. Amma göründüyü kimi bu proqnozlar özünü doğrultmur. Yenə həmin yerlərdə titrəyişlər olur. Bu da onu göstərir ki, zəlzələlər hansısa qanunauyğunluq tanımır. Ona görə də, demək olmur ki. indi burda zəlzələ olub, bir də neçə vaxtdan sonra olacaq. Çünki bu çox mürəkkəb proseslərdir. Sadəcə seysmoloqlar harada güclü zəlzələ ola bilər və onun gücünü deyə bilərlər”.
Tahir Məmmədli onu da əlavə edib ki, Azərbaycan üçün ən təklükəli zəlzələ ərazisi Şamaxı və İsmayıllı ərazisində olan ocaqlardır: “Şamaxı-İsmayıllıdan tutmuş Zaqatala-Balakən, Şəki-Qax, Şəkidən daha güclü Oğuz zonası, Lənkəranda, Xəzər zonasında güclü ocaqlar var. Bundan başqa, ən təhlükəli mənbələr Xəzər dənizindədir. Həmin ocaqlarda baş verən yeraltı təkanlar Bakıda güclü zəlzələ təhlükəsi yarada bilər. Xəzər dənizində ocaqlar çoxdur. Onlardan ən böyük seysmik təhlükəyə malik Abşerondan 50-60 kilometr cənubda, Xəzər dənizində yerləşən güclü ocaq zonasındadır. Yaxşı ki, bu ocaq 60 kilometr aralıdadır və 3035 kilometr dərinlikdədir. Buna baxmayaraq, bu ocaqda baş verən proses Bakı üçün 8 bal gücündə zəlzələ yarada bilər”.
Son zamanlar zəlzələnin olacağını əvvəlcədən proqnozlaşdırmaq kimi fikirlər yayılıb. Ekspert isə güclü zəlzələlərin baş verməsini prqonozlaşdırmaq mümkünsüz sayır: “Dünyada da belə sübut edilib ki, güclü zəlzələdən əvvəl də sakitlik ola bilər. Bəzən isə güclü yeraltı təkanlardan əvvəl zəif zəlzələlərin aktivləşməsi də ola bilər. Bu fikirlərdən ümumi nəticəyə gəlmək olar ki, zəif titrəyişdən sonra güclü zəlzələnin baş verib-verməməsini proqnozlaşdırmaq olmur. Ümumiyyətlə həmin zonalar potensial ocaq zonalarıdır. Bəlkə də, uzun illər sonra orada güclü zəlzələ ola bilər, Amma bunu qabaqcadan demək mümkün deyil”.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Dünyanın ilk sərnişin dronu
Süd sudan ucuzdur
Çinin nağıllar aləmi
Lobyalı soğanlı salat (foto resept)
Son zamanların ən populyar oyuncağı - Stress çarxı
"Elmin ekologiyası" Adlı Seminar Keçirildi!-FOTO
Alimlərdən şok xəbərdarlıq: Yeri böyük təhlükə gözləyir - FOTO
Leyla Əliyevadan növbəti xeyirxah addım - FOTO
ETİRAFLAR:"Kimdən əskiyəm?!"
Teymur Rəcəbov: "Dünya Kubokunda zəif rəqib yoxdur"
İnsanın öləcəyi tarixi qol saatları göstərəcək
Ermənilərin Bakıda döyüşəcəkləri tarix açıqlandı
Yayın "qış" xəstəlikləri
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Səhiyyə Nazirliyi həyəcan təbili çalır
100 milyon illik yırtıcı tarakan tapıldı
Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq
Hollivud ulduzu həbs olundu-SƏBƏB
Həcc ziyarəti ilə bağlı xəbərdarlıq - 6 ayadək həbs cəzası gözlənilir
Kişilər niyə xəyanət edirlər?
Buraxılış imtahanlarının nəticələri açıqlandı
Azərbaycanda yanacağın qiyməti yenidən qalxacaq?
Yerindən tərpənmədən arıqlamağın yolu tapılıb
Qurban Bayramınız Mübarək!
Beş ayda 11 mindən çox insan iş tapıb
Evdə toz hissəcikləri və allergiyadan qorunma üsulları
Qulaq ağrısı necə keçər?
Ajda Pekkan 46 illik FOTO paylaşdı
Günün ulduz falı
Bakıda idmançının qaydasız döyüşdə rinqdə ölməsi ilə bağlı açıqlama
"Ken" 600 min dollar müqabilində "Barbie" oldu- FOTO
Maqnit qasırğası dörd gün davam edəcək
- Akula... - Ay can?!..
Məşhurlar qarın əzələlərini hansı idmana borcludur?
Türk aktrisaları içində birinci oldu-FOTO
Biznesmen gecikən işçiləri yarıçılpaq vəziyyətdə qaçırtdı-FOTO
Nazirlər Kabinetindən icbari sığorta ilə bağlı QƏRAR
Universal mütəxəssislik
Bu günün hava praqnozu
Noyabr ayının qeyri-iş günləri məlum oldu
I siniflərə şagirdlərin qəbulu başlayır
Çiyələk görünüşlü sadə salat (foto resept)
Günün qoroskopu: yeni əlaqələrin bünövrəsini qoymaq olar
BÜRCLƏR bizə nə vəd edir? -23 MAY
Bakıda ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək
Nazirdən ali təhsil semestrləri ilə bağlı AÇIQLAMA
Parada hazırlıqla əlaqədar bu yollar bağlanacaq
Payız tətili başladı
Ayaqlara zərər verən yaz ayaqqabıları
Şəngülüm, Şüngülüm, Məngülüm
- ŞƏRHLƏR