Ev yeməkləri hər zaman ən sağlam və gigiyenik baxımdan təmiz yeməklər hesab olunur. Ancaq bəzən ev xörəkləri düşünüldüyü kimi hər zaman sağlam yemək siyahısında olmaya bilər. Əgər bişirilən qida müəyyən müddətdə qurtarmayıbsa, sabaha və digər günlərə saxlanılırsa, eyni zamanda bişirilməyən qida hazırlanıb hazır formada soyuducunun buzxanasında saxlanılırsa, bu, artıq təhlükənin qapıda olması deməkdir.
İşləyən xanımların əksəriyyətinin müraciət etdiyi rahat üsul dondurulmuş qidalardır. Son zamanlar ev xanımları da işin çoxluğundan bu üsula əl atırlar. Belə ki, bişiriləcək qida əvvəlcədən hazırlanır, dolmalar bükülür, ət qaynadılıb bankalara yığılır, müxtəlif paxlalı bitkilər qaynadılır, hətta ət məhsullarından hazırlanan küftə, kotlet kimi qidalar belə hazır şəklə salınıb bükülür. Daha sonra bu qidalar soyuducunun buz yerinə yerləşdiririr. Bişiriləcəyi gün isə sadəcə buzunun açılması kifayət edir ki, əziyyətsiz axşam yeməyi hazır olsun. İlk baxışdan hər şey olduqca asan və rahat görünür. Halbuki bu, sadəcə məsələnin görünən üzüdür. Əslində bu cür qidalar müəyyən müddətdən sonra olduqca təhlükəli olur, eyni zamanda ilkin hazırlanan ərəfədəki dadı da vermir. Təhlükədən xəbərsiz qadınlar isə bu zəhəri sağlam ev yeməyi adı ilə ailə üzvlərinə bilmədən yedirirlər.
Bioloq Mirqasım Mahmudun sözlərinə görə, qidanın hansı formada olur-olsun dondurularaq süfrəyə verilməsi elə təhlükənin özü deməkdir. Ev şəraitində qidaların dondurularaq daha dadlı və keyfiyyətli olduğunu düşünənlər yanılırlar. Sağlamlıqdan əlavə sadəcə dondurulma üsuluna baxdıqda hazır dondurulmuş qidalar evdə dondurulmuş qidalardan daha təmiz və keyfiyyətli hesab oluna bilər. Çünki dondurmaq sadəcə buzluqdan istifadə etməklə həyata keçirilməməlidir. Bu cür dondurulan qidalar özü elə təhlükə mənbəyi hesab oluna bilər: "Əvvəla, ev şəraitində hansısa ərzaqı və ya hazırlanmış yeməyi dondurmaq üçün dərin soyuducu dediyimiz irihəcmli soyuduculardan istifadə edilməlidir. Belə soyuducular qidanı maksimum müddətdə soyudub tərkibində mikrob və bakteriyaların yaranmasının qarşısını alır. Evdə istifadə olunan soyuducuların markası hansı olmasından asılı olmayaraq bu soyuducular qısa müddətdə ərzağı buz halına çevirmə gücünə malik deyil" deyən həmsöhbətimiz buna görə də ev şəraitində dondurulma prosesi aparmağı məsləhət görmür. Onun sözlərinə görə, mağazalarda satılan hazır qidaların dondurulma prosesi olduqca sürətlidir və ərzaq dondurucuda maksimum yarım saata bu hala çevrilir. Ərzağın tərkibi, keyfiyyətli olub-olmaması artıq ikinci plana keçir. Çünki ən keyfiyyətli məhsul belə ev şəraitində dondurulursa, donma müddəti 2-3 saatı keçirsə, artıq tərkib etibarilə qida dəyişilmiş olur. Bioloq bildirir ki, bundan sonra buzun açılma prosesində qidanın tərkibi ikinci dəfə dəyişilmiş olur ki, artıq mikrobların qidanı tamamilə bürüməməsi qeyri-mümkündür. "Ev şəraitində dondurulan qidalara fikir vermək lazımdır. Onları dondurarkən şok üsulu dediyimiz üsuldan istifadə etmək məsləhətdir. Dondurulma üçün uyğun qidalar meyvə-tərəvəzlər və paxlalı bitkilərin bişməmiş, çiy olan halıdır. Tərəvəz və bitkilər şok üsulu ilə dondurulmalıdır. Əvvəlcə qaynar suya salınan dondurulacaq ərzaq 1-2 dəqiqədən sonra buzluğa qoyulmalı və istifadə zamanı buzun rahatlıqla açılmasını gözləmək məsləhətdir".
M.Mahmudun dediyinə görə, ərzaqların buzluqda olduğu halda qısa zamanda tərkibinin dəyişməsi bir neçə inqridientin birlikdə dondurucuya qoyulmasına görədir. Hazırlanan yeməyin tərkibində olan ət və tərəvəz məhsulları birlikdə donub açıldığı üçün ideal mikrob şəraiti meydana gəlir. Halbuki, ayrı-ayrılıqda dondurulduqda bu təhlükə maksimum azalmış olur: "Buzluğa qoyulan çiy dolma, hazırlanmış yağ soğan, blinçiklər, qaynadılmış ərzaqlar sadəcə bir ərzaqdan ibarət deyil. Müxtəlif tərkibli qidaları birləşdirib eyni anda soyuducuya qoyduqda, üstəlik soyuducunun gücü qısa bir müddətdə soyutmağa yetmədikdə yeməklərin tərkibi dəyişməyə başlayır. Bişirilən zaman yeməkdən fərqli dad gəlir və təzə bişirilmiş yemək kimi olmur. Ümumiyyətlə, ev şəraitində heç bir ərzağın dndurulmasını məsləhət görmürəm. Əgər dərin buzluq varsa, dondurulmada heç bir problem yoxdur. Ev soyuducularında dondurulan qidaların keyfiyyətinə isə şübhə var və bu cür yeməkləri hazırlayıb, saxlayıb yemək məsləhət deyil".
Qidanı donduran zaman onun ətrafındakı su buz kristallarına çevrilərək qidanın fiziki, kimyəvi və mikrobioloji cəhətdən keyfiyyətini itirməsinə mane olur, onun təzəliyini qoruyub saxlayır. Lakin dondurulmuş qidanın bəzi istifadə qaydaları var ki, bunları bilmək vacibdir. Dondurulmuş qidanı isti suya salaraq və ya isidərək donunun açılması düzgün deyil, donun açılması normal temperaturda öz-özünə tədricən baş verməlidir. Donu açılan qidanı saxlamadan bişirmək məsləhətdir. Donu açılmış qidanın müəyyən miqdarını istifadə etdikdən sonra qalan hissəsini yenidən dondurmaq məsləhət deyil, bunun üçün də yalnız ehtiyacınız olduğu qədər məhsulun donunu açın.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Çimərlik dəstləri
Xəzərin suyunu təmizləmək üçün yeni qurğular tikilə bilər
Bulud şirniyyatı (foto resept)
Zibil yığanların ən çox pul qazandığı ölkələr - SİYAHI
102 gündən sonra yenidən koronavirus aşkarlanan ölkədə qadağalar başladı
Hava haqqında - 17.08.2013
MN: Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozdu
Yağış bir neçə əsrlik məzarları ortaya çıxardı - FOTO
Beləsini görmədiniz
Diş itkisinin qarşısını necə almalı?
Gələn il hansı bürcü nə gözləyir?
Seda Sayan gəncliyinin sirrini bölüşdü-FOTO
Yerlərinə yapışdır
Günün qoroskopu: mübahisəli vəziyyətdən çıxış yolu arayın
63 qadın səmada rekord vurdu
Yanıqlar
Azərbaycanlı aktyor koronavirusdan öldü - FOTO
Nağıl qalmaqala səbəb oldu - TƏFƏRRÜATLAR
"Meydanda can qoyan futbolçu varsa, o da Messidir"
Çağla Şikel İlk Dəfə ETİRAF ETDİ
Günün qoroskopu: Fəal olun!
Məşhur aktyor müalicəsinə 120 min ödədi-FOTO
Günün ulduz falı - 06.09.2013
Ramazanda hava necə olacaq? - PROQNOZ
Planşetlərə tələbat azalacaq
Qol güləşçilərimiz bir günə 14 medal qazandı
Çiyələkli Rustik Tart (foto-resept)
Duyğu Şənyürək
Bəzək əşyanızı özünüz hazırlayın
Kim Çen In həyat yoldaşını edam edib?
Heydər Əliyev Mərkəzində sərginin açılışında Leyla Əliyeva iştirak edib
Qeyri-adi geyimlər
Yayın qorxulu dəbi: gəlin arıqlayaq!
Sular çəkilincə məscid minarəsi ortaya çıxdı - FOTO
Ticarət mərkəzinə hücum: 15 ölü
Şahzadənin nişanlısı DODAQ UÇUQLADAN ziyafət libasinda - FOTO
Manaf Süleymanov
Ronaldodan yeni rekord
Qadının diş ətində tük bitdi-FOTO
Sen Qallen rahibinin əsərindən 3-cü hissə (son)
Neçə milyon olduq?
Toyuq və göbələklə doldurulmuş bibər (foto resept)
Qarderobunuza bu rəngləri əlavə edin
Azərbaycanda ali məktəbə yeni rektor TƏYİN EDİLDİ
Norveç kralı karantinə yerləşdirilib
Novruz haqqında bunları bilirdiniz?
Koronavirusdan qoruyan boyunbağı hazırlanıb – FOTO/VİDEO
Tayland plastik paket istifadəsinə qadağa qoydu
Qışın əvəzedilməz yeməkləri
Bu qız İnstagram-ın yeni ulduzudur
- ŞƏRHLƏR