"Azərbaycanda uşaqlar, pensiyaçılar, əlillər icbari tibbi sığorta ödəmələrindən tam azaddırlar. Bu isə təxminən 3-3,5 milyon insan deməkdir".
Trend-in məlumatına görə, bunu “Azərbaycan qəzetinə müsahibəsində Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, icbari tibbi sığorta zamanı səhiyyənin maliyyələşməsinin ağırlığı, bu dəfə sığorta sistemi vasitəsi ilə, yenə də əsasən büdcənin üzərinə düşəcək. Bununla yanaşı, vətəndaşların və işəgötürənlərin də icbari tibbi sığorta fondunun formalaşmasında rolu təmin edilməlidir: “Bu, hər şeydən əvvəl, dövlətin sosial öhdəlikləri ilə əlaqədardır. Lakin səhiyyə xidmətlərinin keyfiyyətlərinin yaxşılaşdırılması zərurəti maliyyələşmənin yeni mənbələrinin axtarılıb tapılmasını tələb edir. Vətəndaşların icbari tibbi sığortalanması bu mənada mühüm əlavə maliyyə mənbəyi kimi nəzərdən keçirilə bilər. Eynilə işəgötürənlərin də öz işçiləri üçün tibbi sığorta ödəmələrini həyata keçirməsi kimi vacib mənbə nəzərə alınmalıdır”.
Baş nazirin müavini qeyd edib ki, bü gün öz işçilərinin müalicə xərclərini ödəyən iri işəgötürənlərin sayı getdikcə artmaqdadır.
Ə.Əhmədov hesab edir ki, işəgötürənlər əməkhaqqının 2 - 2,5 faizi miqdarında icbari tibbi sığorta ödəmələrini həyata keçirməklə işçilərinin sağlamlığına və dolayısı ilə öz müəssisəsinin daha çox itkilərdən qorunmasına nail olunduğuna anlaşma ilə yanaşacaqlar: “Vətəndaşlara gəldikdə isə, onların həmrəylik prinsipinin əhəmiyyətini lazımınca qiymətləndirəcəyinə inanıram. Hər kəs, cüzi də olsa, icbari tibbi sığorta ödəmələrində iştirak etməyə hazır olmalıdır. Əgər dövlət vətəndaşın sağlamlığının qorunması üçün böyük vəsaitlər xərcləyirsə, imkanı olan vətəndaşın icbari sığorta ödəmələrindən boyun qaçırması ən azından, başa düşülməz”.
Ə.Əhmədov qeyd edib ki, əməkhaqqının 1-2 faizinin icbari tibbi sığorta fonduna köçürülməsi ailə büdcəsinə elə də böyük yük olmaz. İkinci tərəfdən, bununla hər bir vətəndaş böyük xərclər çəkmədən özünün və ailəsinin daha etibarlı tibbi xidmətlər almasını təmin etmiş olur: “Hamıya aydın olmalıdır ki, icbari tibbi sığorta haqlarını intizamla ödəməklə insan sağlamlığı ilə əlaqədar ortaya çıxan problemləri aradan qaldırmaq üçün daha artıq xərclərdən sığortalanmış olur. İcbari tibbi sığortanın mahiyyəti elə bundan ibarətdir. Bunu cavan da, yaşlı da dərk etmək zorundadır”.
XƏBƏR LENTİ
Qızıl dəqiqədə arzu tut
Azərbaycan əsgəri ilə erməninin dialoqunu əks etdirən görüntülər yayıldı - ŞƏRHSİZ VİDEO
"2 yaş" tortu (foto resept)
Azərbaycanda hansı ixtisaslar üzrə vakant müəllim yerləri qalıb?
Aktyorun yeni imici bəyənildi - FOTO
Akının FOTOsu 20 dəqiqədə 150min LİKE yığdı
Ordumuz üçün 60 milyon
Saunanın faydaları
İlandan hazırlanan alkoqollu içkilər
Bir-birindən gözəl yay ayaqqabıları
Azərbaycanda daşınmaz əmlak UCUZLAŞACAQ
HAVA necə olacaq?
Dahilərdən gözəl sözlər - 5
Göz oxşayan gəlinliklər
Düzgün duruş üçün 4 idman hərəkəti
Övladınızı internetdə gözləyən təhlükələr
Evinizi payıza hazırlamaq üçün 5 yol
Messi anti-koronavirus döşəkdə yatır
Dodaqları dolğunlaşdıran təbii üsullar
NASA alimindən YADPLANETLİ açıqlaması
Gülşen oğlunu 75 minlik bağçaya qoydu-FOTO
Kənan Doğulu paylaşdığı FOTO ilə diqqət çəkdi
Dövlət katibi Con Kerri Azərbaycan xalqına müraciət etdi
Tozdan sənət əsərləri
Gəlinlik tacları
Bütün bədəni skaner edən ilk qurğu - VİDEO
Məşhur müğənninin anası öldü-FOTO
Meryem Üzerli Dominikdə belə görüntüləndi-FOTO
Çinin ağılagəlməz kosmik planı
Payız depressiyası və ondan xilas yolları
Şeyma Subaşı HƏBS edilə bilər-SƏBƏB
"Ölüm körpüsü"nə çarə tapdılar
Orta əsr coğrafiyası (V-XV əsrlər )
İngilis dili-Ww
Dərini təmizləyən və ağardan maska
Həzrət İsanın doğulduğu yerdə Milad ağacı quruldu
Yaralıyam, dəymə…
Çəmənotu
Reynmendən ailəsinə bahalı hədiyyə
Səni sevirəm... Deyim niyə?
Nazirlik işçi axtarır
Düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ
Xaçmazlı idmançı Avropa çempionatının qalibi oldu
Həftənin ulduz falı
İngilis dili - İ (1)
Eksklüziv Porsche 911 Turbo S
Şeymanın FOTOsu diqqət çəkdi-FOTO
Cennifer Lopez gözəlliyi ilə diqqət çəkdi-FOTO
Prezident: “Türkiyə-Rusiya birgə atəşkəs nəzarət mərkəzinin yaradılması bölgədə iş birliyinin yeni formatıdır”
Yeni tədris ilində dövlət universitetlərinin təhsil haqlarında artım olacaqmı?