Artıq paytaxta isti havalar müşahidə edilir. Bu isə xüsusilə sağlamlığında hər hansı problemi olan insanlara təsirsiz ötüşmür. Təcili tibbi yardım stansiyalarına daxil olan müraciətlərə baxdıqda, isti havanını fəsadları ilə bağlı zərərçəkənlərin müraciətlərinin sayında artım var.
Təcili tibbi yardım stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin sözlərinə görə, ən çox daxil olan çağırışlar səbəblər ürək-damar xəstəlikləri ilə bağlıdır. Amma yay mövsümü ilə əlaqədar olaraq bu müddət ərzində, ilan sancmalarla, günvurmalarla və boğulmalarla bağlı müraciətlər də daxil olur”.
Proqnozlar isə bu müraciətlərin daha da artacağından xəbər verir. Ekolojiya və Təbi Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, sabah 40 dərəcəyə yaxın isti olacağı gözlənilir.
Proqnozlar bürosunun qrup rəhbəri Tükəzban Hacıyeva deyir ki, havanın temperaturu gündüz saatlarında 33-38 dərəcə isti təşkil edəcək: “Bölgələrdə də əsasən yağmursuz hava şəraiti gözlənilir. Sabah gündüz saatlarında kəskin isti meteohəsas insanlara mənfi təsir edə bilər. Buna görə də, gündüz saatlarında açıq havada çox qalmaq məsləhət görülmür”.
Açıq havada çox qalmaq xüsusi risk qrupuna aid edilən ürək-damar sistemi xəstəliklərindən, hipertaniyadan əziyyət çəkənlər üçün daha təhlükəlidir. Sağlam adamlar da qızmar günəş altında 30-40 dəqiqə qalarsa, günvurma qeydə alına bilər.
Bu zaman həmin şəxsdə ürəkbulanma, qızdırma, qusma müşahidə ediləcək. Uzun müddət günəş altında qalmaq zərurəti yarandıqda, baş örtüklərindən istifadə etmək lazımdır. İsti hallarda baş örtüyü vaxtaşırı isladılmalıdır. Günəş şüasının təsiri artdığı zamanlarda mümkün qədər kölgəyə çəkilmək lazımdır. Tez-tez alkoqolsuz sərinləşdirici içkilər, adi su, ayran qəbul edilməlidir. Orqanizm üçün ağır olan heyvan mənşəli ərzaq növlərindən, yəni yağlardan, ət məhsullarından imkan daxilində az istifadə edilməlidir. Qida rasionunda göyərti və meyvə-tərəvəzə, ağartı məhsullarına, mayeyə çox yer verilməli, yeməyin həcmi bir qədər azaldılmalıdır. Əgər günvurma baş veribsə, zərərçəkmişi soyuq içkilərlə yükləmək olmaz. Bu ürəkdayanmaya səbəb ola bilər. Ağır halarda isə həkim çağırmaq lazımdır.
XƏBƏR LENTİ
Onların populyarlığı sürətlə artır
Qadın və kişiləri özünə əmin edən amillər
Murat Hande üçün oxudu-FOTO
Sılaya dəstək olmaq istəyən Çağla rüsvay oldu-FOTO
Vanilin faydaları
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
ABŞ-da 800 uşaq COVID-19 şübhəsi ilə karantinə alındı
İlham Əliyev xalqı əmin etdi
2017-də evlənən məşhurlar
Ödənişli təhsil alan tələbələrə şad xəbər
Tanınmış azərbaycanlı iş adamı ləqəbindən imtina etdi
Azərbaycanın caz əfsanəsi
Ev heyvanı ilə böyüyən uşaqların qazandığı 3 üstünlük
Serdar Ortaçın keçmiş xanımı yeni sevgilisi ilə-FOTO
Nüsrət bu dəfə də təəccübləndirdi-FOTO
Ronaldonu hələ bu qədər "şirin" görməmişdiniz - VİDEO
Ağır çantaların əsəri: çiyin və bel ağrıları
Metro istifadəçilərinə ŞAD XƏBƏR
Azərbaycanda idman gimnastikası dirçəlir
Cennifer Lourensin tərzi
Sağlam qidalanaq - sağlam olaq
Şahzadə Harri oğlu üçün 5 evi birləşdirib saray etdi-FOTO
Sağlam kişi koronavirusa yoluxduqdan sonra ayağını itirdi
Monika Belluçi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Psaki girovlar barədə danışdı
Penelopa Kruz mükafata layiq görülüb-FOTO
Rəngarəng çanta modelləri
Matcha çayının faydaları
Qadın jurnalisti məhkəmədə soyunmağa məcbur etdilər-SƏBƏB
Meyvəli tuile
Beren Saat ölən sevgilisindən yazdı-FOTO
Böyrəkdə oksalat daşı zamanı pəhriz
Bekhemin malikanəsinin tikintisi dayandırıldı - FOTO
Koronavirusa görə dərisinin rəngi dəyişən həkim öldü
Beyonce ölən körpəsindən danışdı
Sabah bu ərazilərdə qaz olmayacaq
Saxta kosmetik vasitələr müxtəlif fəsadlara yol açır
Gözəl geyim və aksessuarlar
Facebook cinayətdə suçlanır
Britaniya kraliçası prodüserin medalını geri aldı
Gəlinlik seriyası 3
Sellülit masajı
13 yaşlı uşağın zarafatı ölkəni ayağa qaldırdı-FOTO
Toylarını mətbuatdan gizlədən məşhurlar
Keti Holms depressiyadan çıxdı-FOTO
Xəstəliklərə qarşı likopen
Gənc qız psixologiyasına ailə dəstəyi
Məşhur aparıcı işinə qayıtdı-FOTO
İtaliyaya səyahət (II hissə)
Sevgililər Gününü yalnız keçirənlərə
- ŞƏRHLƏR