Hər bir qadın kişi ilə münasibəti necə kəsməyi bilir. Bəs qadınla? Bu çox çətindir. İstəmədiyin rəfiqənlə əlaqəni ürəkağrısı olmadan necə kəsməli?
Tez-tez rəfiqələrimizi itiririk, həyatımızın bir anında onları tərk edərək yolumuza davam edirik. Belə ayrılıq bəzən həm xeyirli, həm də vacib olur. Amma bəzən dəyərli dostumuzla xırda problemləri həll edə bilmədiyimizə görə ayrılırıq. Bəs necə edək ki, səhvə yol verməyək, əsl dostu itirməyək? Lazımsız dost münasibətini daha az itki ilə necə bitirmək olar? Dostluğu bitirməyin səbəbləri müxtəlif ola bilər: maraq dairəniz dəyişib, rəfiqəniz xətrinizə dəyib və ya sadəcə bir-birinizdən yorulmusunuz. Amma buna baxmayaraq, belə dostların yanında bizi hər zaman nə isə saxlayır. Ona artıq inanmasanız da, o sizi əsəbiləşdirsə də, münasibətə son qoya bilmirsiniz. Bu hərəkətin bir neçə səbəbi var: 1. Bağlılıq - uzun zamandır dostsunuz və haqqınızda hər şeyi bilirsiniz, bərabər çoxlu tanışlarınız var, bir yerdə böyümüsünüz, ona görə bu adamı itirməkdən çəkinirsiniz. 2. Əlaqələr - müasir dünyada əlaqənin itməsi mənfi nəticələrə gətirib çıxara bilər. Bu, əsasən, dostunuzun da eyni peşə sahibi olduğu zaman yarana bilər. 3. Əsl dostluq hisləri - bu insanla artıq möhkəm emosional münasibətiniz var, həqiqətən bir-birinizə gözəl hisslər bəsləyirsiniz, lakin get-gedə maraq dairəniz və çevrəniz dəyişib.
Heç nəyə baxmayaraq bir insanla münasibətinizə son qoymaq istəyirsinizsə, bir neçə qaydaya riayət edin. Ayrılığın səbəbini açıqlayın. Bunu etmək çox çətin, lakin vacibdir, öncə sizin üçün, sonra dostunuz üçün. Səbəbləri söyləyərkən onları düzgün ifadə etməyə çalışın ki, qəlbini sındırmayasınız, əks halda dostunuz olan insanın timsalında yeni düşmən qazana bilərsiniz. Onunla ünsiyyətdən çəkinin. Bəzən elə olur ki, insanlar uzun zaman ünsiyyət saxlamayanda biri-birinə qarşı soyuyurlar. Çalışın ondan uzaqlaşasınız, məsələn, internetdə sosial şəbəkələr, telefon və ya elektron poçtu ilə əlaqədən uzaq olun. Onun dəvətlərini cavabsız qoyun. Əgər hər dəfə onun yeməyə, gəzməyə, kinoya və başqa yerə dəvətini qəbul etməsəniz, o, məqsədinizi anlayacaq. Düzdür, bu vəziyyətdə siz getmək istədiyiniz yerlərdən imtina etməli olacaqsınız. İsmarışlara gec cavab verin. Bu çox əla variantdır. Əgər bir insandan yaxa qurtarmaq istəyirsinizsə, onun mesajlarına cavabı üç-dörd saatdan sonra yazın. Heç yazmamaq mədəniyyətsizlikdir, amma gec yazsanız, o bunu başa düşəcək və sizi daha rahatsız etməyəcək. Məsafəni qoruyun. Söhbət edərkən uzun cümlələrdən istifadə etməyin və içinizdə olan hər şeyi açıb tökməyin. Özünüzü bir az soyuq göstərin, sanki bu mövzu sizə maraqsız gəldi, amma əlbəttə ki, kobud olmayın. Münasibətlərinizin statusunu aşağı endirin. Canlı ünsiyyəti on-layn ünsiyyətə çevirin, sonra isə tamamilə tərgidin. Bunu həqiqətən mərhələ ilə həll etmək lazımdır
Nə etmək lazımdır?
Tez, ya gec bu sualla hər kəs qarşılaşır, əsasən səbir kasası dolan zaman, yəni stress keçirdiyiniz dönəmdə. Belə məqamlarda tək bir istək yaranır - münasibətləri silmək və o insanı həyatınızdan yox etmək. Bu həmişə düzgün çıxış deyil, çünki belə hallar mənfi nəticələr verə bilər. Ona görə dostunuzun sizə yük olduğunu başa düşəndə, hər şeyi analiz edin, bu insanla sizi nə bağlayır:
1) Əgər bu yalnız adətdirsə, o zaman münasibətinizi minimum dərəcəyə endirin. Ola bilsin, bir az soyuq və məsafəli davranmalı olacaqsınız. Birlikdə keçirdiyiniz illəri unutmaq mümkün olmaz, ona görə bu insan sizin həyatınızdan birdən-birə çıxa bilməz.
2) Əgər rəfiqənizin sizin çalışdığınız sahə ilə əlaqəsi varsa, o zaman onunla işgüzar münasibət saxlayın, daha məsuliyyətli olmağa çalışın və onun dostluğuna artıq bel bağlamayın. Belə halda siz onu özünüzdən yavaş-yavaş uzaqlaşdıracaq, yalnız işinizlə məşğul olacaqsınız (rəfiqəmiz olduğunda biz həmişə ona güvənərək bəzi problemləri onun məsləhəti olmadan həll etmirik). Əgər həmişə belə davam etsəniz, o insan elə fikirləşəcək ki, ondan istifadə edirsiniz, bu da pis sonluqlara gətirib çıxarda bilər.
3) Əgər hiss edirsiniz ki, o insan sizin üçün dəyərlidir və onsuz özünüzü narahat hiss edirsiniz, dostluğu pozmamaq üçün çalışın onunla dil tapasınız. Birdən görsəniz ki, rəfiqənizin yeni hobbisi var, ona qatılmağa tələsməyin və öz maraqlarınızla onu cəlb etməyə çalışmayın.
Rəfiqənizlə deyin ki, yeni maraq və macəralarını sizinlə müzakirə etməsin. Rəfiqənizi fikrindən döndərməyə cəhd etməyin, onun seçiminə hörmət edin və mübaisəyə yol verməyin, nələrsə sizin xoşunuza gəlməsə belə. Mövzunun hər dəfə dəyişməsi lazımi nəticə verməyəcək, yalnız narahatlığa səbəb olacaq. Özünüzü ələ alın və ona söyləyin ki, hansısa iş sizdə maraq yaratmır, amma siz onun yerinə sevinirsiniz. Çox vaxt kiminsə xətrinə dəyməmək üçün onunla açıq danışmırıq. Əslində, həmişə yalan deyərək onu itirə bilərik. Səmimi söhbət bir anlıq insanın qəlbini qıra bilər, ancaq sonra o düşünüb sizin haqlı olduğunuzu başa düşəcək və özündə dəyişiklik etməyə başlayacaq. Yadda saxlayın ki, söhbət edərkən diqqətli olmaq lazımdır və çox irəli getməyə çalışmayın.
XƏBƏR LENTİ
Ən gülməli heyvanlar
Ukrayna ordusu daha 3 yaşayış məntəqəsini azad edib
Güləşçimiz bürünc medal qazandı
ÜST-dən virusun qida vasitəsilə yayılması barədə AÇIQLAMA
Hormonal dərmanlar mədəni yıxır
Ağ pizza (foto resept)
Azərbaycan Türkiyə mediasının gündəmində
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Bakıdadır
İstirahət günü Azərbaycanda çimərlik havası olacaq
Koronavirusu qəsdən yayan adam öldü
1000 manat istəyənlərin nəzərinə
Mənə namaz necə nəsib oldu
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Bu gün 36.613 şagird imtahan verəcək
Kate Middletondan gözəl saçlar üçün tövsiyyələr
Kəsmikli gül peçenyesi (foto resept)
Priyanka Çopra “Matrix 4”də çəkiləcək
Sizcə insanlari ikiüzlü olmağa nə vadar edir?
Gözəllik üçün sağlamlığından olanlar
Azərbaycanın rəy və təklifləri BMT baş katibinin hesabatına daxil edildi
Sabahın HAVASI
Sağlam böyüməyinə kömək edin
Qadın şəkilli dollar...
Pəhriz üçün möcüzəvi qidalar
İşğaldan azad olunmuş ərazilərin əhalisinin sayı açıqlanıb
Azərbaycanda qar yağacaq
Bu günün hava proqnozu
Ancelina Colidən qorxulu etiraf
Gəncədə reyd keçirilib
Gürcüstanda üç soydaşımız ölkə parlamentinə seçildi
Azərbaycanda Yüksək Texnologiyalar Parkının inşa ediləcəyi yer müəyyənləşib
Leyla Əliyeva Venesiyada
Alimlər qocalmanın əsas səbəbini müəyyənləşdirdi
Əfsanəvi maşın geri qayıdır
Bakıdan erməni əsilli Rusiya vətəndaşları ilə bağlı sərt RƏSMİ CAVAB
İzmirdə zəlzələ nəticəsində 25 nəfər ölüb, 831 nəfər yaralanıb - YENİLƏNİB
Şəkərbura (foto-resept)
Bakı metrosunun kart sistemində yenilik
Bu qida C vitamini mənbəyidir
Ronaldo Evləndi-FOTO
Günün qoroskopu:Vədlərinizi yerinə yetirin!
Zukerberq Britaniya parlamentinin dəvətini qəbul etmədi
Bunlar uşaqlarınızın inkişafını ləngidir
"Red Bull" pilotu: "Bakı şəhər trasında 350 km/saat sürət yığmaq mümkündür"
Can Yamanın şəxsi həyatı yenidən gündəm oldu-FOTO
Toyuqla şəkil paylaşdı - hamı güldü
"Qanlı Ay" tutulmasından FOTOlar
Sezonun trendi: Albalı
Günün ulduz falı
Piylənmənin faydası da var imiş - Alimlərin yeni kəşfi
- ŞƏRHLƏR