Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin vəfatının 32-ci ildönümü ilə əlaqədar Amerika Birləşmiş Ştatlarında "QaraBağ: ZulfiqaRenatuS" diski işıq üzü görüb.Trend-in məlumatına görə, Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondunun maliyyə dəstəyi ilə ərsəyə gələn diskdə Azərbaycan klassik musiqi nümunələri saksofonçu Zülfüqar Bağırovun və portuqaliyalı pianoçu Renato Dizin ifasında müasir üslubda və yeni improvizədə dinləyicilərə təqdim olunur.Albomda Üzeyir Hacıbəylinin "Koroğlu" operasından, Qara Qarayevin "Yeddi gözəl" baletindən və "Skripka və orkestr üçün konsert"indən parçalar, bəstəkar Zakir Bağırovun "Miniatürlər, Andanito" əsərindən müqəddimə yer alıb. Daha bir improvizə Fərəc Qarayevin "Qobustan kölgələri" baleti, Zakir Bağırovun "Miniatürlər, mahnı və rəqs" və "İki ifaçı üçün sonata"sının sintezindən ərsəyə gətirilib. Altıncı nümunə isə Fərəc Qarayevin "Tristessa" əsərinin improvizə olunmuş yeni variantıdır.Diskdə Azərbaycan klassik musiqisinin gözəl nümunələri indiyədək heç kəsin dinləmədiyi tərzdə və improvizədə lentə alınıb.Aranjmanın və səsləndirmənin, eyni zamanda, səsyazmanın yüksək səviyyədə həyata keçirilməsi dinləyicilərdə xoş ovqat yaradır, onlarda Azərbaycan musiqisinin dərinliyi, incəliyi haqqında təəssürat formalaşdırır.Bu nümunələrdə musiqisevərlər Azərbaycanın klassik, milli musiqi və cazının sintezindən yaranan yeni nəfəs hiss edəcəklər. Əsərlər üzərində improvizə işi o qədər yüksək səviyyədə aparılıb ki, nümunələrin əsli ilə improvizəsi arasında yeni ahəng qurulub. Saksofon və pianonun aydın duyulan melodiyası klassik simfonik əsərlərə fərqli ovqat qatıb. Eyni zamanda, canlı ifanın peşəkarlığı dinləyicidə Azərbaycan musiqisinə heyranlıq hissi oyadır. Ümumilikdə, diskdə improvizə olunmuş əsərlərin ana qayəsi Azərbaycan musiqisinin gözəl nümunələrini dünyaya tanıtmaq, hamının anladığı və qəbul etdiyi musiqi dilinə çevirməkdir.
Albomda musiqi nümunələrinin müəllifləri haqqında da məlumat verilib. Həmçinin Zülfüqar Bağırov və Renato Diz tanıtım bukletində öz təəssüratlarını dinləyicilərlə bölüşüblər. Zülfüqar Bağırov "QaraBağ" albomun qədim və əzəli torpaqlarımıza həsr olunduğunu vurğulayır və qeyd edir ki, Qarabağ Azərbaycan musiqisinin beşiyidir. Renato Diz isə diskin ərsəyə gəlməsi prosesindən, iki musiqiçi arasında yaranan metafizik bağlantıdan söhbət açır, klassik Azərbaycan musiqisinə heyranlığını ifadə edir.Qeyd edək ki, Zülfüqar Bağırov görkəmli bəstəkarlar Qara Qarayev və Zakir Bağırovun nəvəsidir."QaraBağ: ZulfiqaRenatuS" diskini əldə etmək istəyənlər http://www.karabakhfoundation.org/ZulfiqaRenatuS/ linkinə daxil ola bilərlər.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
İnsanlığın keçdiyi yollardan – Kuvada
Zahid Oruc: “1,5 -2 milyon vətəndaşımızı işğaldan azad olunan ərazilərdə yerləşdirməliyik”
Astma xəstələri şərfsiz gəzməməlidir!
Valideynlərə ŞAD XƏBƏR
Damla şokoladlı paxlava (foto resept)
"Beşiktaş"ın matçından sonra güclü partlayış: 29 ölü, 166 yaralı
Kameron Diaz haqqında gözlənilməz xəbər _FOTO
Yer kürəsi böyüklüyündə yeni planet kəşf edildi
Daraqları tanıyaq
Məşhurların illərə görə dəyişən saçları
Altıncı hissiniz nə qədər güclüdür?
Ağzı açıq yatanlar bu yazını oxusun
Çanta modelləri
Qadının sirrini "Minni Maus"-açdı-FOTO
Dəbli qısaboğazlı çəkmə modelləri
Ebru Gündeş makiyajsız halı ilə bəyənildi-FOTO
Erməni yazar Ərdoğanı təhqir etdi
Qulaqda səslərin yaranma səbəbi
Kıvança söz atmağına peşman etdilər
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Olimpiyaçılarımız "Zika"dan necə qorunacaqlar?
Bakı Şərqlə Qərbin qapısı sayılır
Azərbaycan da planşet satacaq
İnstaqramda mühüm YENİLİK
100 milyon dollarlıq hədiyyə
Nurit Hen Royal 2016 gəlinlik modelləri
Günün qoroskopu: sizə faydalı ola biləcək insanlarla görüşün
Bəyəndiyiniz insanın sevgili olmağa hazır olduğunu göstərən hallar
Körpəniz mışıl-mışıl yatsın deyə...
Hadise geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ_FOTO
İlan qızı buna görə əzizləyirmiş - İnanmayacaqsınız-FOTO
Eşq və etiraf
Adəti ilə diqqət çəkən şəhər-FOTO
Günün ulduz falı
Evdə maraqlı yeni il keçirmək üçün...
Bu da yeni Mustang
Azərbaycanda ardıcıl iki zəlzələ oldu
Gəlinlik ayaqqabı modelləri
Dünya Kubokunun simvolik yığması
Senia Şeyma Subaşını sevindirdi
Yeni hobbi axtaranlar üçün maraqlı fikirlər
Salyanda gümüş pul və qədim əşyalar tapılıb
Yağış yağacaq
Hazırcavab Molla
Hamiləlikdə idman təklifləri
Sobada pendirli kabak (foto-resept)
"İstanbullu gəlin"ə yeni aktrisa daxil oldu - FOTO
Artıq çəkini gizlətmək üçün necə geyinməli?
В«2030-cu ilədək ərəb monarxiyaları məhv olacaqВ»
“Jet sosyete” serialı final edir















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]