Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamentinə keçirilən seçkinin nəticəsi bir sıra səbəblərdən son dərəcə maraqlı və səciyyəvi hesab oluna bilər. Birbaşa Aİ vətəndaşlarının səsverməsilə keçirilən seçki (proporsional sistem üzrə), ilk növbədə, avroskeptiklərin və radikalların mövqelərini gücləndirib. Qeyd edək ki, bu dəfə seçkidə seçici fəallığı müqayisədə o qədər də yüksək olmayıb.Beləliklə, növbəti 5 ildə Avropa Parlamentində Aİ-nin 28 ölkəsini əsasən Avropa Xalq Partiyasının, Sosialistlərin və Demokratların Proqressiv Alyansının, "Avropa uğrunda liberalların və demokratların alyansı"nın və "Yaşıllar"ın nümayəndələri təmsil edəcəklər. 751 deputat yerinin böyük əksəriyyətini - 521-ni, məhz, bu qüvvələrin üzvləri qazanıblar. Onlarla yanaşı, "Avropa mühafizəkarları və islahatçıları", "Avropa birləşmiş solçuları",/ "Şimalın solçu-yaşılları", "Azadlıq və demokratiya uğrunda Avropa" fraksiyası və müstəqil deputatlar da yeni parlamentdə yer alacaqlar.Amma əsas intriqa "başqa" siyasətçilər arasındakı yer bölgüsü sayıla bilər (yeni parlamentdə, təxminən, 150 yer). Onlar əvvəllər Avropa Parlamentində yer ala bilməyən partiyalara qismət olub - ultrasağçılar, radikallar, avroskeptiklər, avrofoblar. Qanunverici orqanda yerlərin əksəriyyəti yenə də millətçilərin nəzarətində qalsa da, göründüyü kimi, millətçilər və Aİ-nin faydalı olmadığını düşünənlər əvvəlki seçkilərlə müqayisədə mövqelərini xeyli yaxşılaşdırıblar. Bu mənada 2 ölkəni xüsusi fərqləndirmək olar. Söhbət Fransa və Böyük Britaniyadan gedir.Marin Le Penin rəhbərlik etdiyi fransızların Milli Cəbhəsi 25% səs toplayaraq, hazırkı prezident Fransua Ollandın 14% səs yığa bilmiş Sosialist Partiyasını geridə qoyub. Nəzərə alsaq ki, 2009-cu ildə keçirilmiş seçkidə Le Pen cəmi 6% səs yığmışdı, Milli Cəbhənin ciddi uğur qazandığını söyləmək olar. İndi Le Pen 2017-ci ildə keçiriləcək prezident seçkisi üçün əsas favorit sayılır.Birləşmiş Krallığın Azadlıq Partiyası (UKIP) səslərin 30%-dən çoxunu qazanıb. Bununla da, Aİ-ni tərk etməyin, Şərqi Avropa ölkələrindən miqrasiyanın məhdudlaşdırılmasının tərəfdarı olan UKIP ilk dəfə leyboristlərlə mühafizəkarları geridə qoyub. Bu, son 5 ildə partiyanı dəstəkləyənlərin sayının 2 dəfə artdığını göstərir. "Bu ölkəni, əslində, kim idarə edir? İndi bizim qanunların 75%-i Brüsseldə qəbul olunur", - deyə UKIP-in reklam plakatlarında bildirilir. Partiyanın lideri Naycel Fərəc isə seçkidəki uğurlarını "siyasi zəlzələ" adlandırır, Londonun yaxın zamanlarda "qərarları müstəqil qəbul edəcəyini" söyləyir.İtaliyada avrodan imtinanı vacib hesab edən populist "5 ulduz hərəkatı" 21,1, "Şimal Liqası"ndan olan avroskeptiklər isə 6,2% səs qazanıblar. Avropa Parlamentində Avstriya, Macarıstan, Yunanıstandan olan ultrasağçılar da mövqelərini gücləndiriblər. Onlarla yanaşı, Belçikanın "Flamand marağı" partiyası, Danimarkanın Xalq Partiyasının da adlarını çəkmək olar. Polşada avroskeptiklərin partiyasına 7,15% seçici səs verib və bununla da, o, sıralamada 4-cü olub, Partiyanın lideri Yanuş Korvin-Mikke Aİ-ni "heç kəsə lazım olmayan" qurum kimi, daxildən sındıracaqlarını vəd edir.
Bununla yanaşı, seçkidə qələbə qazanmış "xalqçılar"ın və sosial-demokratların proqramlarında islahatların davam etdirilməsinin, vahid bazarın gücləndirilməsinin vacibliyi əks olunur, Yunanıstanın borcu, borc öhdəlikləri kimi ağrılı məqamlar, sanki, diqqətdən kənarda saxlanılır. "Sərt iqtisadiyyat"ın dayandırılmalı olduğunu yalnız solçular bəyan edirlər.
XƏBƏR LENTİ
Hava haqqında - 26.02.2014
Avtobuslarda və taksilərdə şəffaf arakəsmələrin quraşdırılmasına başlanıldı - VİDEO
Yaddaş bəlası: gözümü yummaq, onu unutmaq istəyirəm
Pensiyaçılarla bağlı yeni statistika
Kəkələmə kişilərdə daha çox müşahidə edilir
Təyyarənin mühərriki səmada dayandı
"QazEL"lər xəttdən çıxarılır
Ancelina Coli uzun müddətdən sonra İLK DƏFƏ-FOTO
Azərbaycanda koronavirusa görə karantinə alınanların sayı 3500-ə çatır - RƏSMİ
Gözəl saçlar
18 Oktyabr - Müstəqillik günü
Artıq çəki ilə mübarizədə nəzərə almadığımız faktorlar
Bu ölkədə ilk dəfə internet klub açıldı
Öd kisəsindəki daşdan xilas olmaq üçün...
Şeyma Subaşı Etiraf Etdi:"Kitabı Mən Yazmadım!"
A vitamini haqqında bilməli olduqlarınız
İçimizdəki imza
Pəhrizinizə daha çox lif qatmağın yolları
DİN-dən metro istifadəçilərinə XƏBƏRDARLIQ - FOTO
Hər növ çəkili qadına yaraşan geyimlər
Azərbaycanda daha 76 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
“Qəbələ RLS” barədə son açıqlama
Bu gün növbəti qəbul imtahanları keçirilir
Azərbaycanda yağış yağacaq
Nur Yerlitaş xərçəngdən əməliyyat olunacaq
Körpələr sağ qalmaq üçün gecələr oyanırlar
Uşağa yod çəkərkən diqqətli olun! - PEDİATR Xəbərdarlığı
Gümüşün ev şəraitində təmizlənməsi
Düşmən Mingəçeviri atəşə tutub - RƏSMİ
Hava haqqında - 16.01.2014
Klaç çanta modelləri
Böyük Britaniyanın nüfuzlu "Politics First" jurnalı Azərbaycandan yazdı
Köpək balığından qaçmaq üçün 3 saat üzdü: "Yem olacaqdım..."
Evlilik niyə kökəldir?
Elektron kitabların üstünlükləri
Körpələrin yuxusu haqqında bilmədikləriniz
Xasiyyət testi
Azərbaycandan ABŞ-a etiraz
Beş gün vaxt verildi
Əfsanəvi idmançı avtobusla yarışdı
Azərbaycan "Formula 1"ə 150 milyon ödəməyəcək
Az ye, çox yaşa
Dəbli ayaqqabı modelləri
Şəhzadə Diananın 4 gözəllik imzası
Qurban kəsilən heyvanın ətini necə bölüşdürmək lazımdır?
Ukrayna XİN-dən Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun atəşə tutulması ilə bağlı BƏYANAT
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
Məşhur aktyorun fanatından gözlənilməz addım
Rənglər haqqımızda nələr deyir?
"Bu dəfə dəqiqdir": Putin Ermənistana gedir
- ŞƏRHLƏR